Icma.az
close
up
RU
Su ehtiyatlarımız kəskin azalır: Göllərin və çayların suyunu kim alır?

Su ehtiyatlarımız kəskin azalır: Göllərin və çayların suyunu kim alır?

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Göllərin və çayların suyunun azalmasında bir neçə əsas faktor təsir göstərir. Bunlardan biri iqlim dəyişiklikləridir. İqlim dəyişiklikləri demək olar ki, bütün çaylarda və göllərdə suyun azalmasına səbəb olur. Bu dəyişikliklər nəticəsində suyun buxarlanma səviyyəsi artır. Məsələn, normal halda bu səviyyə 8% təşkil edirsə, istiləşmə nəticəsində 15%-ə qədər arta bilir. Xüsusilə yay aylarında buxarlanma səviyyəsi həddindən artıq yüksək olur".
Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
O, bildirib ki, Azərbaycanda bir çox göllər süni şəkildə, yəni qurğular vasitəsilə formalaşır:
"Bu göllərin suyundan istifadənin olması da su ehtiyatlarının azalmasının ikinci əsas səbəbidir. Ümumi dünya kontekstinə baxdıqda isə su ehtiyatlarının azalması qlobal bir problemdir. Xüsusilə çaylar və göllər bu vəziyyətdən ciddi təsirlənir. İçməli suyun tələbatının artması da bu azalmanı sürətləndirir".
Onun sözlərinə görə, dünya üzrə istifadə olunan içməli suyun yalnız 2,5%-i buz dağları və qar təbəqələrinin əriməsi hesabına formalaşır:
"Dağların başındakı buzlu və qarlı təbəqələr bu ehtiyatların əsas mənbəyidir. Bu təbəqələrin azalması isə iqlim dəyişiklikləri və buxarlanma nəticəsində çay və göllərin suyunun təxminən 10%-ə qədər azalmasına səbəb olur".
Ekspert bildirib ki, digər əsas səbəblərdən biri əhalinin artması və kənd təsərrüfatında əkin sahələrinin genişlənməsidir:
"Qida istehsalına olan tələbat artdıqca suvarma üçün istifadə olunan suyun miqdarı da artır. Azərbaycanda göllər və çaylar əsasən şirin su mənbəyi olduğundan suvarmada geniş istifadə olunur. Məlumata görə, kənd təsərrüfatında istifadə olunan su ümumi istifadənin 80%-ə qədərini təşkil edir. Bu, çox böyük rəqəmdir və nəticədə çaylarda suyun azalmasına səbəb olur. Yay aylarında isə su tələbatının daha da artması səbəbindən göllərdən əlavə istifadə olunur. Mən hesab edirəm ki, bütün bu səbəblər göllərin və çayların suyunun azalmasının əsas faktorlarıdır".
Qeyd edək ki, Azərbaycanda 57 göldə aparılan monitorinq nəticəsində bəzi göllərdə suyun səviyyəsinin azalması müəyyən edilib. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Sentyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri