Icma.az
close
up
RU
Su ehtiyatlarımız azalır: NİYƏ?

Su ehtiyatlarımız azalır: NİYƏ?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqlim dəyişikliyi Azərbaycanın təbii ehtiyatlarına və əhalinin həyatına ciddi təhlükə yaradır. 

Son illər ölkəyə daxil olan su ehtiyatlarının həcmi 30 faiz azalıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” mövzusunda panel müzakirəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, son 10 ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı 6 dəfə artıb.

Meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb. Yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.

İqlim dəyişikliyi, suyun qeyri-effektiv istifadəsi və transsərhəd su mənbələrində baş verən dəyişikliklər Azərbaycanın su təhlükəsizliyini risk altına atır.

Bəs ölkəyə daxil olan suyun həcmi niyə azalıb? Bu azalma hansı səbəblərlə əlaqəlidir?

Mövzu ilə bağlı ekoloq-hidroloq Rövşən Abbasov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, bu azalmanın bütün səbəblərini iqlim dəyişikliyi ilə əlaqələndirə bilmərik:

“Azərbaycan coğrafi mövqeyinə görə aşağı axın ölkəsidir və ölkəmizin su ehtiyatlarının 70 faizindən çoxu yuxarı axın ölkələrinin – Ermənistan, Gürcüstan, Türkiyə və İranın ərazisində formalaşır.

Son illərdə bu ölkələrdən Azərbaycana daxil olan suyun həcmi sürətlə azalır. Bu azalma, bir tərəfdən iqlim dəyişikliyinin təsiri ilə izah olunsa da, biz hər bir məsələdə iqlim dəyişikliklərini günahlandıra bilmərik, yəni bütün problemləri onun üzərinə ata bilmərik”.

O qeyd edib ki, bəndlərin tikilməsi ölkəyə daxil olan suyun azalmasına gətirtib çıxarır:

“Ermənistan, Gürcüstan, Türkiyə və İran ərazisində Kür və Araz hövzəsinə daxil olan çayların suyunun kəskin azalması baş verir və bu azalma çay suyunun götürülməsi ilə bağlıdır.  Bəndlər tikilir, Türkiyə və Ermənistan ərazisində bir sıra bəndlər artıq inşa olunub, həmçinin bu iki ölkənin birgə həyata keçirməyi planlaşdırdığı layihələr də mövcuddur. 

Eyni zamanda, Gürcüstan və İran ərazilərində də yeni bənd layihələri hazırlanır. Bütün bu proseslər ölkəmizə gələn su ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olur”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri