Icma.az
close
up
RU
Su qatılmış benzin: Maşına dəhşətli zərər verir KONKRET

Su qatılmış benzin: Maşına dəhşətli zərər verir KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizelə su qatılması iddiaları artmaqdadır. Sürücülərin və avtomobil təmirçilərinin bir çoxu bu iddianı təsdiqləyir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan təcrübəli avtomobil təmirçisi Xəyyam Səlimov bildirib ki, son model maşınların bir çoxu yanacaqda su qatqısı olduğu zaman işə düşmür:

“Benzinə su və ya başqa maddənin qatılması maşınlara ciddi ziyan vurur. Son model maşınlar bu kimi hallarda ümumiyyətlə yerindən tərpənmir. Çünki mühərrikin içində olan indeqator yanacağı qəbul etmir və işə salmağa qoymur. Köhnə maşınlar isə bir az yol gedir və daha sonra mühərrik sönür. Elə bil kimsə xəstələnir, həkim də deyir ki, filan dərmanı iç. Həmin adam isə tövsiyə edilən dərmanı başqa dərmanla əvəzləyir və daha betər günə düşür”.

Usta qeyd edib ki, belə hallar avtomobilin bir çox hissələrinə ciddi zərərlər vurur:

“Yanacağa su qatma ötürücü, mühərrik, yanacaq çəni və digər bir çox detalları da məhv edir. Benzinin tərkibinə qarışan su qısa zamanda avtomobilin yanacaq sisteminə, nasosa, eləcə də silindirlərə ciddi zərər vurur. Lakin bəzi avtomobil firmaları bunu nəzərə alaraq əlavə filtrlər quraşdırır. Nəticədə su çənə daxil olduqda maşının beyninə (ECU) bu barədə bildiriş gedir. Hətta bəzi avtomobillərdə benzindən ayrılan suyu xaric etmək üçün əlavə qurğular belə var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri