Icma.az
close
up
RU
Su təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər davamlıdır

Su təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər davamlıdır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Regionların tarazlı və davamlı inkişafı, yeni müəssisələrin yaradılması, işsizlik probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən iqtisadi siyasətin əsas tərkib hissələridir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoydu. Regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə geniş imkanlar yaratdı. Dövlət Proqramları çərçivəsində görülən işlər sırasında infrastruktur layihələrinin icrası xüsusi yer tutur.

Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Dövlətimizin başçısı müşavirədəki çıxışında diqqəti regionlarda, o cümlədən azad edilmiş ərazilərdə icra edilən içməli su və suvarma layihələrinə yönəltdi. Bildirdi ki, son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” və “Sərsəng” su anbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki – “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Bu il praktik işlərə başlanılacaq.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır: “Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır”.
Bu reallıq da məlumdur ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür. Ölkəmizin su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Görülən işlər qat-qat çoxdur. Layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər ölkəmiz üçün çox ciddi problemlər yarada bilərdi. Məqsəd əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edilsin.
Yeni dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirmək üçün yeni Dövlət Proqramına böyük zərurət duyuldu. Yeni Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Prezident İlham Əliyev müşavirədəki çıxışında qeyd etdi ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl Dövlət Proqramı qəbul edilsin. Bir müddət bundan əvvəl cənab İlham Əliyevin göstərişi ilə Proqramın hazırlanması prosesi başlamışdır. Qeyd etdiyimiz kimi, Proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır.
Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən- həm dövlət büdcəsi, həm də xarici kreditlər hesabına maliyyələşəcək. Cənab İlham Əliyev bu çağırışı etdi ki, Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada əksini tapıb, nəzarət də həm Hökumət, həm də Prezident Administrasiyası tərəfindən təmin ediləcək. İctimai nəzarət mütləq olmalıdır. Bu Proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır: “Tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır”.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri