Bütün görülən işlər sərnişinlərin təhlükəsizliyinin təmininə yönəlib
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Bakı Metropolitenində təhlükəsizliyin artırılması hər zaman əsas prioritet məsələlərdən biri olub və bu istiqamətdə görülən işlər kompleks xarakter daşıyır".
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, metropolitenin fəaliyyətində sərnişinlərin təhlükəsiz daşınması və qatarların hərəkətinin fasiləsizliyinin təmin olunması əsas şərt kimi müəyyən edilib:
"Eyni zamanda, bütün texniki qurğuların, tunellərin və infrastruktur obyektlərinin təhlükəsiz istismarı daim nəzarətdə saxlanılır".
B.Məmmədov bildirib ki, stansiya və qatarlarda sanitar-gigiyenik normalara ciddi riayət olunur, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün isə müasir sistemlər tətbiq edilir və preventiv tədbirlər görülür:
"Bakı Metropoliteni dünya təcrübəsini və mövcud infrastrukturun xüsusiyyətlərini nəzərə alaraq təhlükəsizlik sahəsində mütəmadi yeniliklər həyata keçirir. Təhlükəsizlik tədbirlərinin effektivliyini artırmaq məqsədilə xüsusi qiymətləndirmə və monitorinqlər aparılır".
Vurğulayıb ki, tətbiq edilən hər bir texnoloji yenilik ilk növbədə təhlükəsizlik baxımından dəyərləndirilir:
"Prosesin davamlı xarakter daşıması səbəbindən konkret yeniliklərin tətbiq vaxtını dəqiq demək çətin olsa da, görülən bütün tədbirlər sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















