Suares bu dəfə oyundaşını dişlədi!
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Luis Suaresin müasir futbolda özünü dünyanın ən yaxşı hücumçularından biri kimi çoxdan sübut etdiyi hamıya bəllidi. O, eyni zamanda bəzən rəqib oyunçuları dişləməsi ilə də tanınır.
"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu KONKAKAF Çempionlar Kubokunun 1/4 finalının “Los Anceles”lə keçirilən cavab matçında (3:1) etdiyi hərəkətlə növbəti dəfə gündəmə gəlib.
Uruqvaylı forvard bu dəfə dişləri ilə komanda yoldaşı Xordi Albaya xəsarət yetirib. 89-cu dəqiqədə rəqib komandaların futbolçuları arasında dava düşüb. Bu məqamda Luis bilmədən Albanın əlini dişləyib.
Xatırladaq ki, 38 yaşlı Suares indiyədək bir neçə dəfə rəqib oyunçuları dişləyib. Otman Bakkal (2010), Branislav İvanoviç (2013) və Corco Kyellini (2014) onun dişlərinin acı təsirini hiss ediblər.
Baxış sayı:89
Bu xəbər 17 Aprel 2025 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















