Subay şəxslərdən vergi ALINACAQ!
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Şimali Makedoniyanın Baş naziri Hristijan Mickoski ölkədəki demoqrafik böhranla bağlı ciddi tədbirlərin görüləcəyini açıqlayıb. O bildirib ki, əhalinin azalması, doğumların və evliliklərin sayının düşməsi, gənclərin ölkədən köçməsi gələcək üçün böyük təhlükə yaradır.
News24.az xəbər verir ki, Mickoski deyib ki, 2024-cü ildə 16 min uşaq doğulub, 20 mindən çox insan isə dünyasını dəyişib, yəni ölkədə təbii azalma yaşanıb. Bu vəziyyətə qarşı hökumət artıq subay şəxslərdən əlavə vergi almağı planlaşdırır.
Baş nazir çıxışında ailə dəyərlərinin qorunmasının, doğumların artmasının və gənclərin ölkədə qalmasının vacibliyini vurğulayıb. “Sadəcə pasport deyil, ümid dolu bir dövlət qurmalıyıq” deyə əlavə edib.
O, cəmiyyətin bütün təbəqələrini bu problemə qarşı birlikdə mübarizə aparmağa çağırıb.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 12 İyul 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















