Şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan Daxili İşlər Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. SİA xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda təqsirli bilinərək əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü C.B və Azərbaycan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü A.H həbs ediliblər.
Saxlanılan şəxslərin evlərində aparılmış axtarış nəticəsində narkotik vasitələr olan “Metadon”, “Subotex” və “Heroin” , həmçinin, elektron tərəzilər maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə araşdırma aparılır. İşi üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















