Icma.az
close
up
RU
Subkultura təhlükəli ola bilərmi?

Subkultura təhlükəli ola bilərmi?

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Lalə Mehralı

Gənclərin şəxsiyyətinin formalaşmasında, özünü tanımasında subkulturlar mühüm rol oynayır, öz tərzini, həyat yönünü tapmağa kömək olur, lakin həm də təhlükəli ola bilir. Çünki subkultura həmişə yaxşı vərdişlər aşılamır, təhlükəli cərəyanlara da yönəldə bilir. Öz kimliyini dərk eləmək, başqalarından fərqlənmək istəyən gənc üçün hər hansı subkultur cəlbedici ola bilər, özü kimi düşünən, danışan, geyinən, davranan başqalarını tanımaq, onlarla eyni mühitdə olmaq ona xoş ola bilər, amma bu cür ətrafının olması həmişə onun kimliyini təsdiq etməsi, özünü tapması demək deyil. Özünü mənsub hiss etmək bəzən gəncin başına bəla ola bilər, zərərli və ya təhlükəli vərdişlər qazanar, amma bəzən ona faydalı da ola bilər, özü kimi aydın düşüncəli insanlarla bir araya gələ, özünü inkişaf da etdirə bilər. Sağlam ənənələrə dayanan, savadı, təhsili, mədəniyyəti, mənəviyyatı, insani keyfiyyətləri aşılayan subkultlar təhlükəli deyil, əksinə gəncin öz hədəflərini tapa bilməsi üçün bir növ yoldur.

Amma elə subkulturlar da var ki gənclərə riski, təhlükəni, zərərli vərdişləri aşılayır, risk etməyəni o çevrəyə buraxmırlar, təhlükə sevməyən onlarla eyni mühitə girə bilmir. Yəni, subkultura bəzən cəmiyyətin əksinə getməyi təlqin edir, bəzən isə özünü tapmasına kömək edir, bəzən sosiallaşdırır, bəzən təcrid edir. Bəzən subkulturlar multikultural ola bilir, bəzən radikal. Bəzən gənc istəmədən də olsa həmin kulturanın qaydalarına boyun əyməli olur, çünki ondan bu tələb edilir. Xatırlayın, 15-20 il əvvəl Bakı küçələrində əcaib geyimli, gözləri, dodaqları, dırnaqları qara rəngə boyanmış, dəmir aksesuarlı, burun və dilləri dəlinmiş gənclər vardı, özlərini “Emo”lar adlandırırdılar. Emo subkulturu 1990–2000-ci illərdə populyarlaşmışdı, daha çox emo-rock, emo-punk musiqi üslubuna bağlı idi. Lakin görünüşcə bir-birinə bənzəyən bu gənclərin bir çoxunun ümumiyyətlə bu subkulturanın məğzindən məlumatlı deyildi. İntihara meylli, daxilinə qapanmış, cəmiyyətlə ziddiyyətli fikirləri olan bu gənclər zamanla azaldı.

Hər sahədə qloballaşmanı təşviq etdiyi kimi sosial şəbəkələr subkulturaların yayılmasında da böyük rol oynadı. Əvvəl bu kimi cərəyanlar lokal idi, hər bölgəyə, mühitə, çevrəyə xas idi, amma sosial şəbəkələr əlçatanlığı asanlaşdırdı, fərqli bölgələrdə yaşayn, amma baxışı, tərzi, zövqləri eyni olan insanları yaxınlaşdırdı, subkulturları kütləviləşdirdi deyə bilərik. Özləri trend yaratdılar, eyni tərkibli paylaşımlar etdilər, xüsusi həştəqlərdən istifadə etdilər, özlərinə virtual məkan təyin etdilər, qruplaşdılar, müəyyən simvolları paylaşmaqla virtual məkanda da öz kimliklərini hiss etdirdilər, həyat tərzlərini, baxış bucaqlarını əks etdirən vloq çəkdilər, “edit”lər hazırladılar, daha böyük çevrələri oldu, daha çox dost tapdılar. Bir sözlə, qlobal oldular.

Faydalı cərəyanlar, mülayim subkultura gənclərə zərər vermir, əksinə, inkişaf etdirir. Gününü internetdə gəzişmək yerinə bu cür subkulturanın bir yerə topladığı eyni düşüncəli, eyni səviyyəli, aydın gənclərin əhatəsində keçirirsə, bu ona yalnız fayda gətirər. Lakin, yuxarıda da qeyd etdiyim kimi, subkultura həmişə faydalı olmur, radikal yönümlü subkulturanın təsirinə düşüb bütün həyatını təcrid edənlər üçün eyni şeyi demək olmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri