Sübut etdik ki, olduğumuz yerə layiq deyilik Kaxaber Sxadadze
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"İkinci hissədəki oyunumuza baxanda deyə bilərəm ki, bu gün 2 xal itirdik. Birinci hissə bir qədər əsəbi keçdi. Bizim oyunlarda həmişə belə olur. Turnir cədvəlindəki yerimizə baxanda bizim üçün normaldır. Futbolçularda gərginlik var. İkinci hissədə biz yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Bu da stress və ustalıqla bağlıdır. Futbolçularıma təşəkkür edirəm. Xarakter göstərdilər. Bundan sonra bizim üçün bütün oyunlar final kimi olacaq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlardan xahiş edirəm ki, sona qədər komandanın yanında olsunlar".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 29-cu turu çərçivsində "Araz-Naxçıvan" ilə baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşərkən deyib. Baş məşqçi Turan Manafov və Quimbilanın heyətdə yer almaması ilə bağlı verilən sualı qısa cavablandırıb:
"Bu sualı klub rəhbərliyinə versəniz, yaxşı olar".
Mütəxəssis qarşıdakı turlarda komandanın hədəfləri və xal planları barədə suala isə belə aydınlıq gətirib:
"Hər oyunda mübarizə aparmaq lazımdır. Hər matç çətin keçəcək. Sona qədər mübarizə aparmalıyıq. Bu gün çoxları "Araz-Naxçıvan"ın rahat qələbə qazanacağını düşünürdü. Amma biz göstərdik ki, turnir cədvəlində olduğumuz yerə layiq deyilik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 Aprel 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















