Icma.az
close
up
RU
Süd məhsullarının etiketlənməsi qiymət artımına səbəb olmamalıdır Ekspert

Süd məhsullarının etiketlənməsi qiymət artımına səbəb olmamalıdır Ekspert

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bazarda satılan süd məhsullarında etiketləmə məsələsini  dəfələrlə gündəmə gətirmişik. Bazarlarda, piştaxtalarda, metro çıxışlarında, eləcə də həftəsonları təşkil olunan yarmarkalarda etiketsiz süd və süd məhsullarının satışı ilə bağlı dəfələrlə narahatlığımızı ifadə etmişik. AQTA-nın atdığı addım gecikmiş olsa da, zəruri qərardır. Əslində bu, daha əvvəl həyata keçirilməli idi. Çünki hər bir istehlakçının aldığı məhsulun tərkibi, istehsalçısı, istehsal tarixi, son istifadə müddəti və qablaşdırılma tarixi barədə məlumat almaq hüququ var. Bütün bu məlumatlar məhsulun markalanmasında öz əksini tapmalıdır. Məsələnin ən vacib tərəfi də məhz budur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ağartı məhsullarının mərhələli şəkildə etiketlənməsinə başlamasından danışarkən səsləndirdi.

"Əslində markalanmanın, yəni etiketlərin hazırlanması və çapı məhsulun ümumi maya dəyərində çox cüzi paya malikdir. Buna görə də qısa müddətdə yalnız markalanmanı əsas gətirərək süd və süd məhsullarının qiymətini artırmaq süni qiymət artımı kimi qiymətləndirilə bilər. AQTA sahibkarlar və istehsalçılar üçün də şəffaf və əlçatan mexanizm yaratmalıdır. Qanuni fəaliyyət göstərən hər bir istehsalçı markalanma prosesindən rahat şəkildə yararlana bilməli, bu istiqamətdə heç bir problemlə üzləşməməlidir".

Müsahibimizin sözlərinə görə, problemlə üzləşən istehsalçıların sayı artsa bazarda müəyyən məhsullar üzrə qıtlıq yarana və qiymət artımı baş verə bilər:

"İstehsalçılar üçün bu proses əslində ciddi itki yaratmır. Sadəcə olaraq markalanmamış məhsulların bazardan çıxarılması nəzərdə tutulur. Bu gün də insanların böyük hissəsi həyət təsərrüfatında istehsal olunan məhsullara etibar edir. Bir çox ailələrdə 2-3 baş iribuynuzlu heyvan saxlanılır, həmin süd, qatıq və digər süd məhsulları satışa çıxarılır. Bu həm istehsalçı ailələrin gündəlik gəlir əldə etməsinə kömək edir, həm də istehlakçılar etibar etdikləri insanlardan məhsul almağa davam edirlər. Bu ənənə bundan sonra da davam edəcək. Lakin yaxşı olardı ki, belə kiçik istehsalçılar üçün də uyğun şərait yaradılsın və onlar markalanma ilə bağlı problem yaşamasınlar. Əgər AQTA bunu yalnız pilot layihə kimi həyata keçirəcək və sonradan nəzarət mexanizmi zəifləyəcəksə, bu məsələ bir müddət gündəmdə qalacaq, daha sonra isə diqqətdən kənarda qalacaq. Belə olan halda nəzarət yalnız vaxtaşırı keçirilən reydlərlə məhdudlaşacaq. Buna görə də bu proses pilot layihə kimi deyil, istehsalın ayrılmaz hissəsi kimi tətbiq edilməlidir. Hər bir istehlakçı aldığı südün, qatığın, pendirin, şorun, qaymağın tərkibi, istehsalçısı, istehsal ünvanı və istehsal tarixi barədə tam məlumat əldə edə bilməlidir. Ən vacib məsələlərdən biri də odur ki, istifadə müddəti bitmiş süd və süd məhsullarının yenidən dövriyyəyə buraxılmasının qarşısı alınsın. Təəssüf ki, bəzi şəxslər üçün istehlakçını aldatmaq adi haldır və onlar tətbiq olunan cərimələrdən də çəkinmirlər. Burada artıq vicdan məsələsi ön plana çıxır. Belə insanlar qazancı insanların sağlamlığından üstün tuturlar. Bu baxımdan istehlakçı hüquqlarını pozan və insanların sağlamlığını təhlükəyə atan şəxslərə qarşı ciddi cərimələrin tətbiqi zəruridir və bu tədbirlər mütləq həyata keçirilməlidir", - deyə ekspert yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Avqust 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri