Süd vəzi xərçəngi: elmdən həyata BDU da maarifləndirici tədbir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Çəhrayı Oktyabr” maarifləndirmə kampaniyası çərçivəsində “Süd vəzi xərçəngi: elmdən həyata” mövzusunda tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə xərçəng xəstəliklərinin profilaktikası və erkən diaqnostikasının əhəmiyyəti vurğulanıb. Biotibbi tədqiqatlar və texnologiyalar mərkəzinin direktoru Vüqar Yaqublu və Bioarxeologiya elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova BDU ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi arasında 2025-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən birgə elmi və maarifləndirici layihələr barədə məlumat verib, süd vəzi xərçənginin dünyada və Azərbaycanda qadınlar arasında ən çox yayılmış xərçəng növü olduğunu bildiriblər.
Sonra DTX-nin Hərbi-tibb baş idarəsinin mütəxəssisləri - tibb üzrə fəlsəfə doktoru, onkoloq-mammoloq, onkoplastik və rekonstruktiv cərrah Samir Qurbanov və cərrah mammoloq-onkoloq Leyla Bayramova çıxış ediblər. Mütəxəssislər təqdimatlarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Qlobal Xərçəng Müşahidə Mərkəzinin (GLOBOCAN) rəsmi statistik məlumatlarına istinad edərək bildiriblər ki, hər il dünyada süd vəzi xərçənginə təqribən 2.3 milyon yeni yoluxma faktı qeydə alınır. Ümumi qlobal statistikaya əsasən, hər 8 qadından birində həyat boyu bu xəstəliklə qarşılaşma riski özünü büruzə verir (orta hesabla 12-13%). Lakin xəstəlik erkən mərhələdə aşkarlandıqda və vaxtında diaqnoz qoyulduqda tam sağalma göstəricisi 90-95%-dən yüksəkdir.
Çıxışlar zamanı süd vəzi xərçənginin yaranma riskini azaltmaq və xəstəliyi erkən mərhələdə aşkarlamaq üçün profilaktik müayinə üsulları diqqətə çatdırılıb. Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb və tələbələri maraqlandıran suallar həkim-mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Baxış sayı:50
Bu xəbər 28 Oktyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















