Icma.az
close
up
RU
Sudanda səssiz soyqırım: İnsanlar diri diri basdırılır, uşaqlar acdır

Sudanda səssiz soyqırım: İnsanlar diri diri basdırılır, uşaqlar acdır

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Sudanda davam edən daxili müharibə səbəbindən Darfur bölgəsinin Əl-Faşir şəhərindən qaçan mülki şəxslər ölkənin cənub-qərbində yerləşən Əl-Affad çadır düşərgəsinə sığınıb.

Qaynarinfo xəbər verir ki, qətliam, işgəncə və hücumlardan canını qurtaran ailələr su, ərzaq, tibbi xidmət və dərmanlara çıxışda ciddi çətinliklərlə üzləşir. Minlərlə insanın taleyi naməlum olaraq qalır, düşərgədə yaşayan uşaqlar isə təhsildən məhrumdur. Humanitar böhran hər keçən gün daha da dərinləşir.


Sudanda davam edən müharibə, xüsusilə Darfur bölgəsində ağır humanitar fəsadlara yol açır. "CNN TÜRK”ün müxbiri Mehmet Şimşek münaqişələrdən qaçaraq yerindən didərgin düşən mülki şəxslərin sığındığı Darfurun cənub-qərbindəki Əl-Affad çadır düşərgəsindən son vəziyyəti yayımlayıb.

Son aylarda Əl-Faşirdə baş verən qətliam və hücumlardan qaçan çoxsaylı ailə təhlükəsizliyi səbəbilə bu düşərgəyə yerləşib. Düşərgədə yaşayan sakinlər yaşadıqları faciəni göz yaşları ilə danışırlar. Əç-Affad çadır düşərgəsində yaşayan Adilə Məhəmməd Əl-Faşirdə üzləşdikləri zorakılığı belə təsvir edib:


"Əl-Faşirdə ağır işgəncələrə və hücumlara məruz qaldıq. Hücum edən silahlı qruplar xüsusilə ailələrimizi hədəf alırdı. Su yox idi, qida yox idi. Aylarla uşaqlarımız ac qaldı. Ailəmdən bir çox insanı itirdim. Bəzi qohumlarım Sürətli Dəstək Qüvvələrinin əlində əsirdir. Altı uşağımla bura gəldim. Qızım həyat yoldaşı ilə yanımdadır. Anam da bizimlə qalır. Uşaqlarımın atasının harada olduğunu bilmirəm".

"CNN TÜRK”ün müxbiri Mehmet Şimşek ElƏ-Faşirdə baş verən qətliamların miqyasına diqqət çəkərək, çox sayda insanın taleyinin hələ də naməlum olduğunu vurğulayıb. Onun sözlərinə görə, insanların diri-diri yandırıldığı, diri-diri basdırıldığı və kimliklərinin müəyyən edilə bilmədiyi hücumlar səbəbindən minlərlə şəxsin harada olduğu bilinmir. Onların sağ olub-olmadığı və ya hara aparıldığı barədə heç bir məlumat yoxdur.


Düşərgədə humanitar ehtiyacların hər gün artdığını bildirən Adilə Məhəmməd xüsusilə uşaqların vəziyyətinə diqqət çəkib. Onun sözlərinə görə, hazırda ən təcili ehtiyaclar qida və tibbi ləvazimatlardır.

Uşaqlar təhsildən kənarda qalıb və düşərgədə heç bir təhsil imkanı yoxdur. Təhsil üçün məktəblərin yaradılmasına ehtiyac var. Bundan əlavə, şəkərli diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkən insanlar lazımi dərmanlara çata bilmir, uyğun qida tapmadıqları üçün ciddi çətinliklər yaşayırlar.


Əl-Affad çadır düşərgəsində yaşananlar Sudandakı daxili müharibənin mülki əhali üzərində yaratdığı dağıdıcı təsiri və dərinləşən humanitar böhranı bir daha açıq şəkildə nümayiş etdirir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri