Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 7 fevral, AZƏRTAC
Sudanda Dubeykir bölgəsindən Şimali Kordofan əyalətinin ər-Rəhd şəhərinə köçkünləri daşıyan nəqliyyat vasitəsinin Çevik Dəstək Qüvvələri tərəfindən hədəfə alınması nəticəsində 24 nəfər, o cümlədən 8 uşaq və bir neçə qadın həlak olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
AZƏRTAC xəbər verir ki, “Sudan Həkimləri Şəbəkəsi”nin məlumatına görə, nəqliyyat vasitəsində Cənubi Kordofan əyalətindən qaçan məcburi köçkünlər olub və avtomobil ər-Rəhd şəhərinə çatarkən hücuma məruz qalıb.
Sudan üç ildir ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibənin ağır nəticələrini yaşayır. Bu münaqişə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb, ölkənin səhiyyə və təhsil infrastrukturunun böyük hissəsini məhv edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 Fevral 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















