Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Süfrədən Süfrəyə Diplomatiya: Türk Mətbəxi ilə Qurulan Beynəlxalq Bağlantılar

Süfrədən Süfrəyə Diplomatiya: Türk Mətbəxi ilə Qurulan Beynəlxalq Bağlantılar

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə tarixən İpək Yolunun mərkəzində yerləşdiyi üçün, müxtəlif mətbəx mədəniyyətlərini özündə birləşdirərək qonşu xalqların təsiri ilə formalaşdırdığı bu zənginlik sayəsində Türk mətbəxinin başqa xalqlara təsir gücü daha da artmışdır.Osmanlı İmperiyasında yemək yalnız qida vasitəsi deyildi, siyasətin də bir parçası idi.

Topqapı sarayında xarici elçilərə verilən ziyafətlər, imperiyanın ehtişamını göstərməklə yanaşı, dostluğu möhkəmləndirməyin də bir yolu idi. Elçilər süfrədə gördükləri bolluqdan və nizamdan təsirlənməklə yanaşı, kağıza köçürülən müqavilələrin daha güclü ittifaqlar yarada biləcəyi inamını da onlarda artırmışdır. 1533-cü ildə Osmanlı ilə Avstriya arasında imzalanan sülh müqaviləsinin şərəfinə verilən ziyafət, tarixçilər tərəfindən “süfrə diplomatiyasının klassik nümunəsi” kimi dəyərləndirilir. XIX əsrdə Osmanlı ilə Avropa ölkələri arasında hədiyyə mübadiləsi təkcə qızıl və zinətlərlə məhdudlaşmırdı. İngiltərə kraliçası Viktoriyanın sarayına göndərilən lokum bağlamaları, Fransaya aparılan sarma və paxlava siniləri həm də münasibətlərin yumşaldılmasında rol oynamışdır.

XX əsrdə Azərbaycan və Türkiyə arasında qurulan münasibətlərdə də mətbəxin rolu diqqətəlayiqdir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə kimi Türkiyənin Bakıda təşkil etdiyi ziyafət süfrəsi, sadəcə bir dövlət tədbiri deyil, iki xalqın qardaşlığının süfrədə təcəssümü idi. Bu gün də bu ənənə davam edir. Prezident Sarayında xarici liderlərə təqdim olunan yeməklər əksər hallarda Anadolunun yörəsəl dadlarını əhatə edir. Bu seçim təsadüfi deyil; çünki mətbəx mədəniyyəti Türkiyənin çoxqatlı kimliyinin izahıdır.

Bəzən bir dilim paxlava, ən mürəkkəb siyasi görüşlərdən daha yumşaldıcı təsir göstərə bilir. Çünki mədəniyyətin bu incə forması insanlar arasında ortaq emosional bağ yaradır. Türk mətbəxi, Türk süfrəsi çox zaman mürəkkəb siyasi görüşləri bir anlıq ortadan qaldıraraq, paylaşmaq mədəniyyətini. adətini ön plana çıxara bilməkdədir. Türkiyənin bu şirniyyatının UNESCO-da qeydiyyata alınması əslində “qastro-diplomatiya”nın ən aydın nümunələrindən biri oldu. Bugün dünyanın hər yerində paxlava deyiləndə ağıla ilk gələn ölkə Türkiyədir. Bu hal həm mədəni irsin qorunmasını təmin edir, həm də turizmə töhfə verir. Paxlava nümunəsi yeməklərin necə bir yumşaq güc vasitəsinə çevrilə biləcəyini göstərir. 

XVI əsrdə Osmanlıdan Avropaya yayılan qəhvə, qısa müddətdə qitənin ictimai həyatını dəyişdirdi. Qəhvəxanalar intellektual görüşlərin ünvanına çevrildi. Bugün də bir diplomatın qonağına təqdim etdiyi Türk qəhvəsi simvolik məna daşıyır. “Bir fincan qəhvənin qırx il xətri var” sözü, əslində beynəlxalq münasibətlərdə bir fincan qəhvənin uzunmüddətli təsirini izah edən metafordur.

Türkiyənin xarici ölkələrdəki səfirliklərində Ramazan ayında təşkil olunan iftar süfrələri müxtəlif dinlərdən insanları bir araya gətirir. Bir xristian diplomat, müsəlman həmkarı ilə eyni xurmanı paylaşanda, əslində kağız üzərində imzalanan müqavilədən daha davamlı bir bağlantı qurulur. Beynəlxalq münasibətlərdə özünə yer etmiş bu yumşaq güc hər zaman mədəniyyətlərarası anlaşmanın və dostluğun ən gözəl simvolu olaraq qalacaqdır.
Fikrət Əkbərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri