Icma.az
close
up
RU
Türk Mətbəxi Həftəsi keçiriləcək

Türk Mətbəxi Həftəsi keçiriləcək

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, baş tutacaq.


Missiya.Az xəbər verir ki, bu dəfə ənənəvi tədbir mayın 21-dən 27-dək keçiriləcək. 

Builki tədbir, davamlı, sağlam və ənənəvi bişirmə üsullarını ön plana çıxararaq “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusu ilə yadda qalacaq. Türk Mətbəxi Həftəsi hər il Türkiyənin ölkə daxilində və xaricindəki nümayəndəlikləri tərəfindən təşkil olunan silsilə tədbirlər və sosial media kampaniyaları ilə qeyd olunur. Bu təşəbbüs, minilliklər boyu mədəni mübadilə, davamlı təcrübələr və dərin köklü qastronomik ənənələrlə formalaşan Türkiyənin kulinariya zənginliyini dünyaya tanıtmağı hədəfləyir. Hər il fərqli bir mövzu seçilərək Türk mətbəxinin çoxşaxəliliyi nümayiş etdirilsə də, bu il təşkil olunacaq müxtəlif tədbirlər vasitəsilə Türk mətbəxinin əsasını təşkil edən klassik yeməklər və ənənəvi Türk qonaqpərvərliyi xüsusi vurğulanacaq.


Anadolu süfrələrindən dünyaya açılan Türk mətbəxinin təməl yeməkləri Türkiyənin zəngin kulinariya mənzərəsi məhsuldar coğrafiyası və əsrlər boyu formalaşmış ənənələri ilə dərin köklərə sahibdir və onu əsl qastronomik cənnətə çevirir. Nəsildən-nəslə ötürülən, ölkənin hər bir bölgəsində sevgi ilə hazırlanan bu klassik ev yeməkləri, Türk mətbəxinin zənginliyinin əsasını təşkil edir. Yerli və mövsümi məhsullarla, sadə, lakin düşünülmüş üsullarla hazırlanan bu yeməklər, Türk kulinariya irsinin mahiyyətini əks etdirir. Ənənəvi, sağlam və israfdan uzaq mətbəx dəyərlərini bu günə daşıyan klassik yeməklər, eyni zamanda Anadolunun köklü dəyərlərinin – qonaqpərvərlik, birlik və həmrəyliyin – simvoludur. Axı, bu yeməklər ailələri, dostları və qonaqları bir araya gətirən isti və səmimi Türk süfrələrinin təməl daşıdır. 2025-ci il Türk Mətbəxi Həftəsinin menyusu zamanın sınağından çıxmış yeməklərlə zəngindir. 

“Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusuna uyğun olaraq hazırlanan menyuda bir çox tanınmış təamlar yer alacaq. Ləziz dadı ilə seçilən Mərci Şorbası və Tarhana Şorbası, soğan və pomidor içlikli badımcan yeməyi olan İmambayıldı, ənənəvi Türk mantısı, həmçinin içlikləri kartof, pendir, göyərti və ya qiymə ilə dəyişən Börek növləri təqdim ediləcək. 

Zəngin dad harmoniyası yaradan yeməklər – Karnıyarık (qiymə ilə doldurulmuş badımcan)-Düyü-Cacıq, Kuru Fasulye (ağ lobya xörəyi)-Düyü-Turşu və Qarışıq Dolma (içlikli tərəvəzlər)-Qatıq – evdə bişirilən Türk mətbəxinin dolğun kulinariya səyahətini vəd edir. Bu dadlı menyunu təravətləndirici Bostana və Çoban salatları, eləcə də müxtəlif növ Hoşaflar (kompotlar) tamamlayacaq. Şirniyyat sevərləri isə süfrənin sonunda Tavukgöğsü (toyuq ətli südlü desert), Kazandibi (karamelləşmiş südlü pudinq) və məşhur Bakıra kimi ləzzətli Türk şirniyyatları ilə unudulmaz bir dad təcrübəsi yaşayacaqlar. 

Türk Mətbəxi Həftəsi, eyni zamanda ölkənin zəngin regional müxtəlifliyinin tanıdıldığı mühüm bir platformaya çevrilir. Türkiyənin 81 vilayətinin hər biri, əsrlər boyu formalaşmış mədəni mübadilə, yerli iqlim və təbii məhsulların təsiri ilə yaranan ənənəvi reseptlərin özünəməxsus təqdimatlarını nümayiş etdirəcək. Egey sahillərinin zeytun yağlı yüngül yeməklərindən tutmuş, Cənub-şərq bölgəsinin ədviyyatlı və güclü dadlara malik spesiyalitələrinə, Qara dəniz regionunun balıq və dəniz məhsulları ilə zəngin mətbəxinədək Türk Mətbəxi Həftəsi ziyarətçiləri ölkənin hər guşəsindəki dadlı səfərə dəvət edir. 

Bölgələrdə keçiriləcək tədbirlər bu yerli klassikləri ön plana çıxararaq iştirakçılara həm əsl yerli ləzzətləri dadmaq imkanı verəcək, həm də hər bir regionun gündəlik həyatı və mədəni irsi ilə daha yaxından tanış olmaq fürsəti yaradacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://missiya.az
archiveBu xəbər 12 May 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see257

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see225

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see223

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see216

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see205

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see205

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see198

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see187

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see183

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see180

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see167

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see166

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see165

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see163

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see158

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see157

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see157

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see155

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see153

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri