Icma.az
close
up
RU
Diplomatiya və Dadların Görüşü: Səfirlər Bakıdakı Fələstin Mətbəxi Günlərində FOTOLAR

Diplomatiya və Dadların Görüşü: Səfirlər Bakıdakı Fələstin Mətbəxi Günlərində FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərinin nüfuzlu məkanlarından olan “Safran Hotel”də keçirilən “Azərbaycanda Fələstin Mətbəxi Günləri” tədbiri böyük maraq və coşqu ilə yekunlaşdı. Tədbir Peşəkar Qənnadçılar İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi, Qida Təhlükəsizliyi Hərəkatı və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı, Fələstinin Azərbaycandakı Səfirliyi, Qan Donorları Assosiasiyasının tərəfdaşlığı, Safran Hotelin sosial tərəfdaşlığı, həmçinin Yenicağ Media Qrupu, editor.az, crossmedia.az, azxeber.az, demokrat.az, veteninfo.az, saglamqida.az və nazarmedia.az birgə media tərəfdaşlığı ilə baş tutdu. 
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və tədbirin moderatoru Asim Vəliyev çıxış edərək bildirdi ki, bu tədbir xalqlar arasında dostluğun, mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin təntənəsidir, Fələstin mətbəxinin Azərbaycan xalqı tərəfindən sevgi ilə qarşılanması isə xüsusi qürur doğurur. 
Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev çıxış edərək bildirdi ki, “Fələstin Mətbəxi Günləri” xalqların mədəni və qastronomik körpüsünü gücləndirən mühüm təşəbbüsdür. 
Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov çıxış edərək bildirdi ki, tədbir təkcə mətbəx zənginliyini deyil, həm də insanlıq dəyərlərini nümayiş etdirir və Fələstin xalqına dəstək üçün başlatdıqları qan donorluğu kampaniyası həmrəyliyin ən gözəl nümunəsidir. 
Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani çıxış edərək bildirdi ki, tədbir iki qardaş xalqın mədəni və qastronomik əlaqələrini daha da möhkəmləndirib. 
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxış edərək bildirdi ki, regionun qida mədəniyyətinin zənginliyi bu cür tədbirlərlə daha da görünür olur. 
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar çıxış edərək bildirdi ki, qastronomiya həm ürəkləri, həm də mədəniyyətləri birləşdirir və bu kimi tədbirlər xalqlar arasında dostluğu möhkəmləndirir. 
Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini çıxış edərək bildirdi ki, Fələstin mətbəxinin incəliklərini Azərbaycanın qonaqpərvərliyi ilə birləşdirmək qürurvericidir. 
WICS-in qurucusu, Azərbaycan milli mətbəxinin ustadı Tahir Əmiraslanov çıxış edərək bildirdi ki, mətbəx sadəcə yemək deyil, eyni zamanda bir xalqın tarixini, mədəniyyətini və ruhunu yaşadan ən qiymətli irsdir və bu tədbir xalqlar arasında mədəni körpülərin qurulmasına töhfə verir. 
Smart Hotels Group və Skal International Bakunun rəhbəri Ceyhun Aşurov çıxış edərək bildirdi ki, bu tədbirdə iştirak etmək onların qonaqpərvərlik missiyasının bir hissəsidir. 
WICS-in Fələstin nümayəndəliyinin rəhbəri Hüsameddin Kefah çıxış edərək bildirdi ki, “Fələstin mətbəxinin dünyada təbliği üçün Azərbaycanla birgə layihələr həyata keçirməkdən qürur duyuruq.” 
Səfirlər və digər qonaqlar Fələstin mətbəxinin ənənəvi yeməklərindən olan musaxxan, Məkkə şorbası, Fələstin üslubu qovurma, şirniyyatlardan kənəfə, baklava, qatayif ilə yaxından tanış oldular. Tədbir 100-ə yaxın iştirakçını bir araya gətirərək Fələstin–Azərbaycan mədəni əlaqələrinə mühüm töhfə verdi. Qonaqlar həm Fələstin ləzzətlərini dadmaq, həm də Azərbaycan şirniyyat sənətinin incəlikləri ilə tanış olmaq imkanı qazandılar.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Avqust 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri