Icma.az
close
up
RU
SUİ QƏSD CƏHDİNƏ MƏRUZ QALDIM! Mənə ağır dozada arsen və civə verilmişdi + VİDEO

SUİ QƏSD CƏHDİNƏ MƏRUZ QALDIM! Mənə ağır dozada arsen və civə verilmişdi + VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 4-5 il bundan əvvəl sui-qəsdə məruz qalıb. O bu haqda heç vaxt açıqlama verməyib.

Hurriyyet.az xəbər verir ki, Hakan Fidan bunu haqda televiziya verilişlərdindən birində danışıb.

"FETÖ-çülərin və digər mütəşəkkil cinayət qruplarının mənim və ailəmlə bağlı apardıqları təbliğat dünyanın heç bir yerində görülməyib. Mənə ağır dozada arsen və civə verilmişdi. Harada olduğunu bilmirəm. Daha sonra analiz nəticəsində üzə çıxdı. Bu səbəbdən bir müddət müalicə aldım", - o, deyib.

Ona qarşı sui-qəsdin kim tərəfindən həyata keçirilməsi ilə bağlı suala isə o belə cavab verib: "Gəlin o detallara girməyək. Bunlar çöldə baş verən məsələlərdir. Təkcə içəridə düşmən yoxdur, hər yerdə düşmən var".

Qeyd edək ki,  Hakan Fidan qatıldığı televiziya proqramında gündmə dair mühüm açıqlamalar verib.  Fidanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:

"Bu gün xəbərlərdə PKK terror təşkilatının qərarının açıqlanacağı bildirildi. Amma deyəsən PKK-nın tarixi çağırışa reaksiyasını eşitmək üçün bir qədər də gözləməli olacağıq.Türkiyə artıq terrorun əsasını ortadan qaldırıb. Buradan müsbət cavab bizim üçün gözəl nəticə olardı. Qanunsuz və qeyri-leqal strukturları aradan qaldırılmalıdır. Türkiyədə demokratik, şəffaf, hesabatlı hər bir təşkilat tanınır. Bizim də müsbət gözləntilərimiz var. Amma buna sahib olmamaq həyatın sonu deyil. Suriyada yeni nizam qurulur. Biz elə bir bölgə qurmalıyıq ki, orada silahlı qarşıdurma olmasın və hamı bir-birinə hörmət etsin.

PKK indiki vəziyyətində Türkiyənin "qan itirməsinə" səbəb olacaq vəziyyətdə deyil. Türkiyə ilə regional rəqabətdə olan müəyyən ölkələr də var. Türkiyə kimi böyük potensiala malik olan və bunu güclü liderliklə reallaşdıran bir ölkənin "qan itirməsi" bir çox ölkənin marağındadır. Belə gözləntilər ola bilər, amma biz onların öhdəsindən gələ bilərik. Kəşfiyyatımızın olduğu nöqtədə dəfələrlə oyunların oynandığını görürük.. Burada heç bir problemimiz yoxdur. Çünki heç kimə qarşı oyun qurmuruq. Heç kimə oyun oynamadığımız üçün bizə qarşı qurulan hiylələrə reaksiya vermək hüququna malikik.

Suriya ilə bağlı fundamental qərarların suriyalılar tərəfindən verildiyinə əminik. Bölgədə silahlı terror ünsürlərinin olmaması lazımdır. Zamanla biz hamımız görəcəyik ki, PKK özünü ləğv etmək üçün silahı yerə qoyacaq. Çoxlu alternativ ssenarilərimiz var. Biz bütün alternativlərə hazırıq.

Suriya və İraqda sürüşkən zəmin var. İraq hər gün daha böyük sabitliyə doğru irəliləyir. Türkiyənin müəyyən bölgələri silahlı qarşıdurma bölgəsi deyil. Bizim üstün sivilizasiyamız var. Hazırda PKK Türkiyədə 1 kvadratmetr ərazini belə tutmur. İsrail İraqda Sincar da daxil olmaqla bir çox yeri işğal edir. Suriyada da belədir.  Suriya sanksiyaları aradan qaldırmaq üçün çalışır. Biz Suriyanın sıx diplomatik gediş-gəlişini normal hesab edirik və hətta bunu təşviq edirik..."

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri