Sükan arxasında “oyun çıxarıb” özünü “avtoş” kimi aparan sürücü 90FG488 VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu “TikTok” sosial platformasında paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Hərəkətdə olan 90-FG-488 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yolda avtoxuliqanlığa meyilli hərəkətlər edib. Belə ki, o, yol boyu təhlükəli manevrlər edərək döngəyə sərt daxil olub. Bu zaman sürücü özüylə yanaşı avtomobildə olan sərnişini də təhlükəyə atıb. Digər kadrda isə, o, “Toyota Prius” markalı maşını ötmək üçün sürət həddini aşıb və sərt manevrlərinə davam edərək qəza şəraiti yaradıb.
Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən nizamlanır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 29 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















