Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

PUA konsepsiyası nəticə verdi, PKK çəkildi ŞƏRH

Sükuta bələnən yazıçı heyrəti

Sükuta bələnən yazıçı heyrəti

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Avdı QOŞQAR

"Müsəlmanın ən böyük bəlası düşüncə kasadlığıdır. Etiqad kor-koranə təqliddir". İmam Rzanın məqbərəsi qarşısında dilənçi ilə söhbətində deyib Nadir şah bu fikirləri. Cəmiyyəti, müsəlman aləmini ayıq gözlə görən bir filosofun düşüncəsidir - Nadir şahın diliylə deyilən bu fikirlər. İndi gəlin görək bunlar Nadir şahın sözləridir, yoxsa əsərin müəllifi Eyvaz Zeynalovun? Söhbət zamanı müəllif etiraf elədi ki, öz fikirləridir. Amma mən çox istəyərdim ki, bu, özünü Əmir Teymurun, Çingiz xanın davamçısı, onların nəslindən hesab eləyən Nadir şahın fikirləri olaydı. Əgər bu cür düşünsəydi, hakimiyyətinin axırına çıxan ziddiyyətlərə, etirazlara asanlıqla son qoya bilərdi. Belə düşünə bilmədiyi üçün o xaos onun, eləcə də böyük Avşar imperiyasının axırına çıxdı.

Nadir şah sərkərdə idi, hökmdar yox. Çünki qurduğu dövlətin idarə strukturları yox idi. Ölkə qılıncla idarə olunurdu. O, sərkərdə kimi torpaq tuturdu, Səfəvi imperiyasının itirdiyi əraziləri cəsarətlə geri qaytarırdı. Qan ocağıydı, müharibə tanrısıydı. Basıb Hindistana, Dehliyə hücum edirdi. Az bir qoşunla düşmənin böyük ordularını çökdürürdü. İki il Hindistanı, Dehlini tutdu, fəth elədi. Böyük sərvətlə geri döndü öz ölkəsinə. Vergiləri yüngülləşdirmək barədə fərman imzaladı, hətta iki il vergi almamaq tapşırığı verdi. Amma iki ay keçməmiş hər şeyi ləğv elədi, xəzinəni doldururdu və ölkədə zülmü, işgəncəni artırırdı. Avropa missioneri Bayandurluyla I Pyotrun söhbəti bir oxucu kimi məndə maraq doğurdu: "Bu boyda sərvəti, gəliri olan ölkə niyə çökür? I Pyotrun sualına Bayandurlu belə cavab verir: "Çünki ölkəni yelbeyinlər idarə edir". Bu, Nadir şahın idarəçilikdə buraxdığı bağışlanmaz səhvi idi. Mənə lazım deyil dünyanın yarısını, ya hamısını fəth elə. Mənə lazımdır ki, milli düşüncəyə xidmət eləyən dövlət qur. Gözünü çıxardığı oğlu Rzaqulu xan "Atam dünyanı tutmaq istəyir. Hər yerdə döyüşlər gedir. Ölməsə, nə biz, nə də qonşu dövlətlər dinclik tapacaq" - deyir. Nadirin sərkərdə fəaliyyətinin ən doğru qiymətini verir. Bu, Nadir şahın Rzaqulunun gözünü çıxartdırmasından xeyli qabaqların söhbətidir.

Roman stilistikasına xas olaraq hadisələr tarixi dövrlərə səpələnir. Tarixi xronika qorunur. Nadir şahın xarakteri daha çox məişət, ailə fonunda açılır. Sərkərdə kimi görünmür bəzən. Ancaq bu, daha qabarıq olmalı idi. Çünki sərkərdəlik Nadir şahın həyatının mənası, qılıncının kəsəri idi. Qılınsız Nadir şah yoxdur. O, fəthlərə hökmdardan çox sərkərdə kimi gedir. Təəssüf doğuranı da odur ki, xalqla da sərkərdə kimi davranır. Hakimiyyəti ailə-sülalə üsuluyla idarə eləyir. Muğanda keçirdiyi tacqoyma-gənəşmə mərasimində silsilənin düzülüşünə diqqət yetirin. Nadir şahın solunda qardaşı İbrahim, sağında oğlu Rzaqulu, qardaşı oğlu Əliqulu xan... Hər üçünün tarixi aydındır - bu, bəlkə də taleyin görküydü. Qardaşı Dağıstanda ləzgilərlə döyüşdə öldürüldü, oğlu Rzaqulunun gözünü çıxartdırdı, qardaşı oğluna isə Nadirin başını ərməğan apardılar. Çox maraqlıdır, yazıçı bu boyda burulğanlar çevrəsində zərrə qədər də tövrünü dəyişmir. Sakitcə seyrçi mövqe tutur. Elə bil, bu olayların şərqli balasına zərrə qədər aidiyyəti yoxdur. Demirəm münasibət bildirsin, mövqe sərgiləsin, heç olmasa gərgin situasiyanın mətnləri bir qədər diri, canlı olsun.

Nadir şahın özünü şah elan eləməsindən on bir il əvvəl dünyasını dəyişən I Pyotrun Rusiya üçün gördüyü işlər göz önündəydi. Bir-birini didən, parçalayan knyazlıqları birləşdirdi dəli Petro deyilən çar. Ölkədə islahatlar apardı, yeni texnologiyalar gətirdi Rusiyaya, gedib Niderlandda gəmiçilik öyrəndi. Ayrı-ayrı sahələrə investisiya qoydurdu. Geridə qalmış, aqrar ölkə olan Rusiyanı ön sıralara çıxardı. Rusiya idarəçiliyində I Pyotr elə bir dövlətçilik ənənəsi qoydu ki, özündən sonra bu dövlət daha da böyüdü, inkişaf elədi, qanadlarını daha geniş aça bildi. Və bir qanadının da altında biz qaldıq.

Avropanın təsirilə I Pyotr dini dövlətdən ayırdı. Keşişləri kilsələrə doldurdu. Bu yerdə yazıçı qəzəbini cilovlaya bilmir, yerində vətəndaş mövqeyi sərgiləyir: "Ancaq Osmanlı Avropanın içində ola-ola bunu bacarmadı".

Hər bir əsərin cövhəri, kim nə deyir-desin, can yanğısı, içini göynədən milli heysiyyatdır. Əgər o, yoxdursa, qalın-qalın kitabların kimə lazımdır?

Müəllif Bayandurun diliylə çox haqlı olaraq deyir ki, "Tanrıçılıqdan təkallahlığa keçid misilsiz bir səhv idi. Ən böyük yalan səmavi dinlər, ən böyük yalançı bu dinləri Allah adından uyduran, ən böyük cahillik onların dalınca sürü halında getməkdir".

Əsərdə maraqlı məqamlar çoxdur. Tarixi roman yazmağa əl qoyan yazıçı gərəkdir ki, tarixi gedişatı dərindən qavraya. Onun bütün keçid və dolaylarına, aşırımlarına nəzər yetirə bilə. Təkcə tarixi xronikanı qələmə almaya, eyni zamanda yazdığı dövrün ən xırda incəliklərini ümumiləşdirə bilə. İsa Muğannanın "Məhşər" romanında dövrün epoxası bütünlüyüylə oxucu gözü önündə sətir-sətir açılır. Fikrini daha dolğun çatdırmaq üçün bəzən qələmə aldığı zamanın hadisələrinə yaxşı mənada əlavələr eləyir. İki nəhəng şəxsiyyəti - Nəsimiylə Əmir Teymuru qarşı-qarşıya gətirir. Onlara dialoq qurur - qılıncla sözü üz-üzə qoya bilir. Və bu "əlavə" tarixi gedişatın bədii açımına xidmət eləyir. İndi açıq deyək, tarixi mövzuda ustad meydanı boşdur. Odur ki, konveyer kimi tarixi romanlar "istehsal" olunur. Daha çox da tarixi şəxsiyyətlər əsas mövzuya çevrilir. Daha çox da qılınc bahadırları haqqında əsərlər, romanlar durna qatarı kimi sıralanır. Müəlliflərin çoxu da özlərini təsdiq eləmiş qələm sahibləri deyil. Açıq deyək, bunun çoxu mövzu kasadlığından tarixə üz tutur. Nə yaxşı müasir mövzuda romanlarıyla özünü təsdiqləmiş Eyvaz Zeynalov tarixi mövzuda təzə olsa da, ümumən roman janrında özünü təsdiqləmiş nasirdir.

Romanın çox orijinal girişi var. Müəllif uçaqda bir almanla Frankfurt şəhərinə "Nadir şah" əsərinin Beynəlxalq Kitab Sərgisində təqdimatına gedir. Guya kitab alman dilinə tərcümə olunub və müəllif də o tədbirə dəvət alıb. Bu həm də arzudur. Uçaq yoldaşı olan almana danışır ki, Nadir şahın oğlu Əli Mirzə Almaniyada yaşayıb, orada da torpağa tapşırılıb. Təzada bax ki, o boyda Avşar imperiyasında Nadir şahın oğluna yer tapılmayıb ki, orada ömrünü başa vursun. Çünki tərəfdarları bilirlər ki, Nadir şahın ölümündən sonra onu orda öldürəcəklər. Odur ki, sağ qalması üçün onu Almaniyaya qaçırdırlar. Bunu hökmranlığı dövründə qılıncının hökmüylə qazanıb Nadir şah. O qədər haqsızlıq eləyib ki, indi oğlu daşımalı olur o zülmü. Yaxşı olmazdımı ki, ədalətli bir dövlət quraydı, ölkənin şahlıq taxtında ədalət əyləşəydi və övladları da öldürülməyəydi, şad-xürrəm atalarının qurduğu dövlətdə yaşayaydılar?

Yazıçı manerası vacib şərtdir. O qədər vacibdir ki, onsuz yazıçının üslubu görünməz. Üslub da yoxdursa, yazıçılıqdan söhbət gedə bilməz. Yazıçı çox usta şəkildə Raziyə Sultan məsələsindən yan keçir. Toxunmur o məsələyə. Belə bir fikir var ki, Nadir şahın oğlu Rzaqulunun gözünə mil çəkilməsinin kadrarxası təşkilatçısı da, qardaşı İbrahimin Dağıstanda öldürülməsinin sifarişçisi də, ölkəni üsyanların bürüməsinin baiskarı da həmin Raziyyə Sultan olub. Çünki onun atasının, babasının, ulu babasının idarə elədiyi dövlətin sütunları üstündə hakimiyyəti mənimsəmişdi Nadir şah. Bəlkə onlardan o daha çox layiq idi hakimiyyətdə şahlıq eləməyə. Ancaq bir haqq-divan da var axı. Ondan heç cür qaçmaq olmur.

Saleh bəy şah çadırının qorunmasına cavabdehdir. Onunla yanaşı, Məhəmmədqulu şah Əfşar da. Nadir şah onun Əliqulu xanla əlaqəsindən xəbərsizdir. Əhməd xan əfqanların, tükmənlərin komandanıdır. O, Nadir şaha təmizləmə əməliyyatını axşam-axşam etməyi təklif edir. Lakin Nadir şah sabaha saxlamağı məsləhət görür. Əcəli maqnit kimi özünə çəkir Nadir şah. Yazıçı manevr eləməyə bu qədər imkanı qoyub, məlum tarixi reallığı qələmə alır. Və hər şey bu qaranlıq gecədə sona yetir. Məhəmmədqulu xan Əfşar Nadir şahın kəsilmiş başını onun qardaşı oğlu Əliqulu xana göndərir.

Qonşu məmləkətlərdə rahatlıq yaranır. Nadir şahın Terek çayına qədər gəlməsindən əndişəyə düşən Rusiya rahat şəkildə ayağını yorğanından kənara uzada bilir.

Və yenə də yazıçı heyrəti sükuta bələnir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see225

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see223

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see212

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see196

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see165

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see150

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see147

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see146

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see143

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see139

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see139

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see137

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see130

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see128

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see128

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see124

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see123

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see120

PUA konsepsiyası nəticə verdi, PKK çəkildi ŞƏRH

27 Oktyabr 2025 22:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri