Icma.az
close
up
RU
“Sülh çağırışlarımıza əhəmiyyət vermirlər” Qüdrət Həsənquliyev

“Sülh çağırışlarımıza əhəmiyyət vermirlər” Qüdrət Həsənquliyev

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Moderator.az həmin müsahibəni təqdim edir:

-Qüdrət bəy, Azərbaycan Respublikası Prezidenti 2026-cı il 11 sentyabr sərəncamı ilə “Rəqabətin inkişafına və inhisarşılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planını” təsdiq etdi. Bu hansı zərurətdən qaynaqlanırdı?

-Sənədin özündə qeyd olunur ki, Milli Fəaliyyət Planının hazırlanmasında əsas məqsəd qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi şəraitdə əmtəə və xidmət bazarlarında rəqabət mühitini yaxşılaşdırmaqla ölkə iqtisadiyyatına özəl investisiya qoyuluşu artımının stimullaşdırılmasına, eləcə də dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaqdır.

Sənəd qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcəkmi, bunu zaman göstərəcək. 2016-cı il 6 dekabrda qəbul olunmuş “Milli iqtisadiyyat və itisadiyatımın əsas sektorları üzrə strateji yol xəritələri” demək olar ki, icra olunmadı. Biz MFP-nin qəbulunu iqtisadi islahatlara başlamanın anonsu da hesab edə bilərik. Bizə güclü siyasi iradə ilə yanaşı mülkiyyəti, rəqabət mühitini qoruyacaq və bu istiqamətdəki mübahisələri ədalətli həll edəcək güclü məhkəmələr lazımdı. Biz, həm də xarici investorlara təhlükə mənbəyi kimi baxmamalıyıq. Əlverişli biznes mühiti üçün ölkənin bütün qapı və pəncərələri açılmalıdır. Çin nümunəsi gözümüz önündədir (iqtisadiyyatın liberallaşdırılması, xüsusi iqtisadi zonaların yaradılması, xarici investisiyaların və onunla bərabər Qərbin qabaqcıl texnologiyasının cəlbi). Ələt Azad İqtisadi Zonasına investorlar cəlb etmək üçün hökumət səylərini artırmalıdır. Dünən Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və Yəhya Bakuvi Beynəlxalq Konfransının istirakçılarını qəbul edərkən söylədi ki, “bizim birliyimiz hər birimizi gücləndirəcək.Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz”. Bunun üçün biz türk dövlətləri və yaxın qonşularımızla ümumi iqtisadi bazar (malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkət etdiyi, xidmətlərin göstərildiyi vahid iqtisadi məkan), Gömrük İttifaqı yaratmaq haqqında düşünməliyik. Türk dövlətləri ortaq dil kimi Anadolu türkcəsini qəbul etməli və öz ölkələrində həmin dil öyrədilməlidir. Daha böyük və güclü iqtisadiyyata, əhali sayına malik Türkiyə bu işdə digər türk dövlətlərinə yardımçı olmalıdr. Güclü iqtisadi inteqrasiya türk xalqlarının humanitar, mədəni, elmi fəaliyyət sahəsində yaxınlaşmasını təmin edəcək, sülhə və təhlükəsizliyə, insanların firəvan həyatının təmin edilməsinə xidmət edəcək.

-Qüdrət bəy, siz qonşularla iqtisadi inteqrasiyadan danışırsınız, amma Ermənistan xarici diplomatların işğaldan azad olunmuş ərazilərə səfərini top-tüfənglə qarşıladı. Yaxın zamanlarda Ermənistanla sülh sazişinin imzalanacağına və əməkdaşlığın genişləndiriləcəyinə inanırsınızmı?

-Ermənistana güclənmək və revanş götürmək üçün vaxt lazımdır və buna görə sülhdən danışır, amma bu istiqamətdə real addım atmır. Son seçkilər də göstərdi ki,cəmiyyətdə revanşist əhval-ruhiyyə çox güclüdür və hökumət vəziyyəti dəyişmək üçün ciddi səy göstərmir, ölkəmizə qarşı düşmənçilik siyasətindən əl çəkilmir. Görünür Ermənistana dəmiryol xəttini açamağımızı və onlara yanacaq satmağımızı bizim zəifliyimiz kimi qəbul edir, bütün münaqişə dövründə olduğu kimi, sülh çağırışlarımıza əhəmiyyət vermir. Ermənistan tezliklə TRİPP layihəsiinin icrasına başlamasa və sülh sazişinin imzalanması üçün referenduma getməsə hökumət öz qərarlarına yenidən baxmalıdır. Bu zaman vaxtilə səsləndirdiyim, güc tətbiqi ilə Zəngəzur dəhlizinin açılması variantı da nəzərdən keçirilməlidir. Bu istiqamətdə Türkiyə, Rusiya və ABŞ ilə, o cümlədən qonşularla və müttəfilqlərlə məsləhətləşmələrə başlamaq lazımdı. Azərbaycan tezliklə Ermənistanı sülh sazişi imzalamağa məcbur etməli və diqqəti iqtisadiyyatımızın inkişafına yönəltməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri