Icma.az
close
up
RU
“Bizə bölgədə davamlı sülh lazımdır” Qüdrət Həsənquliyev

“Bizə bölgədə davamlı sülh lazımdır” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, ABŞ-nin dövlət katibi Marko Rubionun sabah Ermənistana gözlənilən səfəri və imzalanacaq sənədlər Paşinyanın 7 iyun seçkilərində qələbəsinə əhəmiyyətli töhfə verə bilərmi?

- Demokratik dəyərlərin inkişaf etmədiyi cəmiyyətlərdə insanların davranışının motivasiyasını ali dəyərlər yox, qorxu təşkil edir. İnsan şüurla yox, instinktlə davranan və qərar qəbul edən başqa bir canlıya çevrilir. Ermənistandakı seçkinin nəticələri daha çox ondan asılı olacaq ki, Ermənistan vətəndaşı Ermənistanın Ukrayna ola biləcəyi barədə Rusiyadan gələn hədələri nə dərəcədə ciddi qəbul edəcək. ABŞ vitse-prezidentinin seçki öncəsi Macarıstana səfəri və Trampla birlikdə Orabana açıq siyasi dəstək ifadə etməsi, Orbanı ağır məğlubiyyətdən xilas etmədi. Paşinyan Trampın xoşlamadığı Sorosun yetirməsi kimi tanınır və Trampın ələ salıb həqarət etdiyi Fransa prezidenti Makronun himayəsi altındadır. Ona görə Trampın Paşinyanın qələbəsində maraqlı olduğunu düşünmürəm. Paşinyan Şaakaşvili kimi davransa onun taleyi Saakaşvilinin taleyindən ağır olacaq.

- Türkiyənin Ermənistanla dəmir yolu xəttini açması Paşinyana kömək edə bilərmi?

- 2021-ci il seçkilərində Azərbaycan və Türkiyənin Ermənistana münasibətdə sərt ritorikadan istifadə etməsi onun xeyrinə işlədi. Bu dəfə biz Ermənistana dəmir yolu xəttini açmışıq, Ermənistana yanacaq satırıq, Rusiyadan Ermənistana yüklər Azərbaycan üzərindən daşınır. Amma bunun erməni seçicisinə birbaşa təsiri hələlik əhəmiyyətli deyil və yekun sülh sazişi də imzalanmayıb, Türkiyə ilə quru sərhədləri açılmayıb. Revanşistlər bundan istifadə edib, türkə nifrət ruhunda böyüdülmüş və hələ də məğlubiyyət acısı yaşayan seçicini türkün hambalı adlandırdıqları, Əliyev tərəfindən idarə olunduğunu dedikləri Paşinyandan üz döndərməyə inandıra bilərlər. Revanşistlər çalışırlar cəmiyyəti inandırsınlar ki, məhz Paşinyana görə 44 günlük savaşda Rusiya onlara açıq dəstək verməyib.
Dəmir yolu xəttinin açılmasının Paşinyanın xeyrinə, yaxud ziyanına işlədiyini zaman göstərəcək.
O da mümkündür ki, Rusiya Paşinyanın qalib gəlməsinə bu seçkidə də mane olmayacaq, sadəcə əsas məqsədi güclü Rusiyayönümlü müxalifət formalaşdırmaqla, Paşinyanı qorxudub daha sözəbaxan etməkdir. Ermənistanda Rusiyayönümlü siyasətçi hakimiyyətə gəlsə, Qərb ona sanksiyalar tətbiq edə bilər. Bu isə Rusiyaya lazım deyil. Hazırda Qərbdən Rusiyaya satılmayan bir çox malları Rusiya Ermənistan üzərindən alır.

- Azərbaycana kimin qalib gəlməsi daha faydalıdır?

- Paşinyan sülh prosesini aparır və bizə bölgədə davamlı sülh lazımdır. Güclü və ağıllı xalqlar istəyirlər ki, qonşularında sabitlik və rifah olsun. Paşinyan qalsa, Ermənistan hərtərəfli inkişaf edəcək. Güclülərlə yaxşı mənada yarışmaq insanlarımızın rifahının yüksəlməsinə, inkişafımıza xidmət edəcək. Biz sülh istəyiriksə, qonşulara münasibətdə sülhpərvər siyasət yürütməli, sərhədlərimizi, qapılarımızı açmalı və onlarla yaxından əməkdaşlıq etməliyik. Bununla yanaşı, daxildə güclü milli birliyimiz, güclü müttəfiqlərimiz və güclü iqtisadiyyatımız olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 May 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see280

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see271

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see267

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see253

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see251

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see251

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see243

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see232

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see229

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see224

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see223

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see220

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see216

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see211

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see209

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see206

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see200

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see200

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see191

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri