Icma.az
close
up
RU
Sülh, dialoq və inkişafa yönələn siyasi iradə

Sülh, dialoq və inkişafa yönələn siyasi iradə

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşü türk birliyinin yeni tarixi mərhələsinin əsasını qoydu. Eyni zamanda, TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yekunlarına dair qəbul edilmiş Qəbələ Bəyannaməsi türk dövlətlərinin strateji hədəflərini müəyyənləşdirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandanın çıxışı türk dövlətləri arasında əməkdaşlığın yeni mühüm istiqamətini müəyyən etdi. Təhlükəsizliyi təmin etmədən və güclü ordu mövcud olmadan qüdrətli dövlətin formalaşdırılması və ölkələrin mütərəqqi inkişafı qeyri-mümkündür. Ölkə başçısı cənab İlham Əliyevin Zirvə Görüşündəki fikirləri bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsləri Türk dünyasında inteqrasiya proseslərini sürətləndirir.
Özbəkistan, Türkmənistan, Macarıstan, Qırğızıstan və ŞKTC liderlərinin çıxışları da məzmunluluq və türk dövlətlərinin qarşılıqlı fəaliyyətinə töhfə vermək istəyi ilə seçilib. Qəbələ Bəyannaməsinin 12 bəndinin əsasını siyasi iradə və gələcək əməkdaşlıq istəyi təşkil edib.
Zirvə Görüşünün yekunları göstərir ki, Qəbələ Bəyannaməsi təşkilata üzv dövlətlərin suverenlik və ərazi bütövlüyünə sadiqliyini, həmçinin əsas regional çağırışlar üzrə müntəzəm məsləhətləşmələrə ehtiyac olduğunu bir daha təsdiq edir. Qəbələdə keçirilən TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin aydın şəkildə təzahürüdür.
Bəyannaməyə əsasən, TDT əlaqələndirilmiş xarici siyasətini gücləndirməyə sadiqdir; xarici işlər nazirləri daha tez-tez görüşəcək, aparıcı beyin mərkəzləri və universitetlər yeni Türk Strateji Vizyon Şəbəkəsi çərçivəsində qüvvələrini birləşdirəcək. Bəyannamədə təhlükəsizliyinin təmin edilməsinin bütün türk regionunda sülh və firavanlıq üçün mühüm əhəmiyyət kəsb etdiyi Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetirilir.
Bundan başqa, ölkələr arasında Strateji Tərəfdaşlıq, Əbədi Dostluq və Qardaşlıq haqqında Müqavilə üzərində iş sürətləndirilir, müdafiə sənayesi sektorunda mütəmadi əlaqələr qurulur.
Türk dünyasının aparıcı beyin mərkəzləri hesab edirlər ki, Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycanın Qəbələ şəhəri təkcə coğrafi deyil, həm də mənəvi-ideoloji mərkəz kimi xüsusi əhəmiyyət daşıyır.
TDT dövlət başçılarının bu mötəbər tədbirdəki çıxışları bütün Türk dünyasının strateji hədəflərini və gələcəyinə baxışı müəyyən etmiş oldu. Hətta çoxşaxəli tərəfdaşlığın dinamikasını daha da genişləndirmək və sürətləndirmək məqsədilə 2030-cu ilə qədər inkişaf Strategiyasının və ayrıca yol xəritəsinin hazırlanması təklif olunur. Bu o deməkdir ki, Türk Dövlətləri Təşkilatı artıq öz inkişaf strategiyasını müəyyənləşdirir və həmin istiqamət üzrə əmin addımlarla irəliləyir.
Təhsil sahəsində əməkdaşlığı gücləndirmək və istedadlı alimlərin tədqiqatlarını stimullaşdırmaq üçün Özbəkistanda Beynəlxalq Türk Dövlətləri Universiteti açılır. Bu təhsil ocağı türk ölkələrindən olan gəncləri elmi əməkdaşlıq və intellektual inkişaf sahələrində bir araya gətirəcək. Bundan başqa, süni intellekt və kreativ iqtisadiyyat sahəsində yol xəritəsi layihəsi də müasir təhsil sisteminə doğru mühüm addımdır. Bu təşəbbüs sayəsində türk universitetləri beynəlxalq arenada lider mövqelərə yüksələ biləcəklər.
İqtisadi sahəyə aid əsas qərarlar arasında Xidmətlər Ticarətinin və İnvestisiyaların Asanlaşdırılmasına dair Saziş üzrə danışıqların başlanması, TDT-nin Mərkəzi Banklar Şurasının institusionallaşdırılması və Türk İnvestisiya Fondunun mandatının genişləndirilməsi yer alır. Zirvə Görüşündə İqlim tərəfdaşlığı, davamlı maliyyələşdirmə və yaşıl texnologiyaların tətbiqi üzrə addımlar təsdiq edilib. TDT ölkələrinin enerji sistemlərini Avropa bazarları ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş regional yaşıl enerji dəhlizinin yaradılmasına xüsusi diqqət yetirilib. Təbii ki, bu da Türk dünyasının gələcəyi üçün atılmış addımdır və təqdirəlayiq nüanslardandır.
Bəyannamədə Trans-Xəzər Beynəlxalq Marşrutuna daha çox diqqət yetirilir. Liderlər regionun tranzit daşımaları üzrə rəqabət qabiliyyətini artırmaq üçün rəqəmsal inteqrasiya, qaydaların unifikasiyası və logistikanın inkişafına ehtiyac olduğunu vurğulayıblar. Zəngəzur dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı, eləcə də Çin-Qırğızıstan-Özbəkistan avtomobil yolunun təşviqi layihələri dəstəklənib. Bir sözlə, Qəbələ Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının təhlükəsizlik, davamlı inkişaf və mədəni inteqrasiya məsələlərində ölkələrin səylərini birləşdirməyə qadir olan effektiv regional platforma kimi artan əhəmiyyətini təsdiqlədi.
Eyni zamanda, Qəbələdə keçirilən TDT Zirvə Görüşündə səslənən hər bir təklif sadəcə bəyanat deyil, yeni tarixin başlanğıcıdır. Qədim kökləri və ortaq mədəniyyəti olan Türk dünyası 21-ci əsrdə yeni sivilizasiyanın mərkəzinə çevrilir.

Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri