Icma.az
close
up
RU
Siyasi iradə + referendum = sülh

Siyasi iradə + referendum = sülh

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paşinyan iqtidarı üçün ən sadə ev tapşırığı budur

Bu mövzu ona görə aktuallığını saxlayır ki, sülh müqaviləsinin taleyi, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması məhz bundan asılıdır. Artıq tərəflər sülh sazişinin mətnini parafladılar. Qalır münaqişənin tam həllini isbatlayan sülh müqaviləsinin imzalanması. Bunun üçün rəsmi İrəvan ondan tələb olunan konkret addımı atmalı, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Ermənistan hakimiyyəti yeni konstitusiyanı tərtib etməyə başladığını, bir ildən sonra onun referenduma çıxarılacağını bildirir. Bəlkə bu yeni layihə ümumxalq səsverməsində rədd edildi? Deməli, belə qənaət formalaşır ki, sülh razılaşması uğursuzluğa düçar ola bilər. 

Arxada qalan reallıq deyir ki, Azərbaycan və Ermənistan otuz ildən çox sürmüş şiddətli münaqişədən sonra münasibətləri normallaşdırmağa lap yaxındır. Bunun əyani konturları avqustun 8-də Ağ Evdə təşkil olunan ikitərəfli və üçtərəfli görüşlərdə təsdiqləndi. Fəqət, ABŞ Prezidenti Donald Trampın səyi ilə baş tutan bu görüş və orada imzalanan bəyannamələr özünün məntiqi yekununu gözləyir. Hayların baş naziri son çıxışlarında bəyan edir ki, sülhün əldə olunmasında başlıca maneə Ermənistanın öz konstitusiyasına düzəliş etməyincə Azərbaycanın sazişi imzalamayacağını irəli sürməsidir. Bəli, rəsmi Bakı Ermənistanın 1990-cı ildə qəbul edilmiş və Azərbaycanın ərazisində olmuş, erməni əsilli şəxslərin də yaşadığı “Dağlıq Qarabağ”ın Ermənistana “birləşməsi” məqsədini müəyyən etmiş sənədə istinadın aradan qaldırılmasını tələb edir. Həmin istinadla Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ortaya qoyur. Belə bir iddiadan əl çəkməyənlə dünyanın hansı ölkəsi sülh sənədinə imza atar?

***

Ağ Evdə baş tutmuş, bütün tərəflərin təbəssüm və əlsıxma anları ilə müşayiət olunan mərasimin müsbət əks-sədası hələ də eşidilməkdədir. Amma Cənubi Qafqazda vəziyyət fərqlidir. Çünki qarşılıqlı etimad mühiti hələ formalaşmayıb. Ermənistan vətəndaşlarının çoxu uzun müddət inanıb ki, Azərbaycan yaxın gələcəkdə onların ölkəsinə hücum çəkəcək, Zəngəzuru və Göyçəni işğal edəcək. Hay ictimai rəyində qəsdən yaradılan bu xof bölgədə sülhün heç vaxt bərqərar olmaması üçün dəridən-qabıqdan çıxan kənar aktorların ideoloji həmləsidir. Avqustun 9-dan sonra Ermənistan–Azərbaycan münaqişəsini həll etmək məqsədini daşıyan razılaşma uzunmüddətli sülhü təmin etməsə də, hər iki ölkənin əhalisində barışa və əməkdaşlığa ümidləri çoxaldıb. Bakının İrəvanla sülh sazişini yalnız konstitusiya referendumundan sonra imzalayacağını bildirməsi təzə mesaj deyil. Amma Nikol Paşinyan Bakının beynəlxalq hüquqa və ədalətə söykənən bu tələbini özünə sərf edən formada interpretasiya etməkdən əl çəkmir. Oxuculara xatırladaq ki, Ermənistan Baş naziri avqustun 31-də mətbuat konfransında növbəti dəfə Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən bir sıra açıqlamalar verdi. Onun açıqlamasına görə, guya, Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar yer alır. Hayların baş naziri Azərbaycan konstitusiyası ilə Ermənistan konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi birinci dəfə deyil müşahidə olunur. Sadəcə, rəsmi İrəvanın bu yanlış və təhrif olunmuş informasiyanı 9 avqust razılaşmasından sonra ictimai rəyə sırımaq səyini axıradək anlamaq mümkün deyil. Axı Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir. Çünki bunun qeyri-ciddi mülahizə olduğunu hamı bilir. Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. ADR dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistanın tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Yəni üstündən 107 il keçəndən sonra bu, heç bir halda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddiasının olması anlamına gələ bilməz. Bundan başqa, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasına istinad edərək, bu ölkənin konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Nəzərə çatdıraq ki, heç bir beynəlxalq saziş ölkənin Konstitusiyasından üstün tutula bilməz. Bu postulat hüquq təhsili olmayanlara da gün kimi aydındır.

***

Ermənistan konstitusiyasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərinə dair iddiaların yer alması bir çox aspektdən ciddi nəticələr törətməyə qadirdir. Həmin müddəalar, sadəcə, daxili hüquqi norma olmayıb, eyni zamanda Ermənistanın siyasi iradəsinin və dövlət siyasətinin rəmzi kimi beynəlxalq hüquq müstəvisində də öz əksini tapmalıdır. Bəli, hüquqi baxımdan indiki durum Azərbaycan tərəfi üçün fundamental problem yaradır. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü əsas prinsip kimi qəbul edilir. Bu prinsipə hamı riayət və hörmət etməlidir. Bu prinsip hər bir dövlətin suverenliyinin və müstəqilliyinin təməl daşı sayılır. BMT Nizamnaməsində, Helsinki Yekun Aktında və digər əsas beynəlxalq sənədlərdə təsbit olunub. Dövlətin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı həm hüquqi, həm də siyasi müstəvidə prioritet təşkil edir. Amma Ermənistan konstitusiyasındakı ərazi iddiaları bu prinsipi sarsıdır və münaqişənin hüquqi tənzimlənməsi prosesinə ciddi çətinliklər yaradır. Yəni bunlar sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün əsas hüquqi zəminin möhkəmlənməsinə maneə olur. Başqa sözlə desək, belə konstitusional müddəaların mövcudluğu sülhün hüquqi legitimliyini sual altına qoyur. Siyasi aspektdən Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlərin qalması özündə ölkənin siyasi cameəsinin və ictimaiyyətinin əsas hissəsinin mövcud münaqişəni necə qəbul etdiyi, hansı mövqedən çıxış etdiyini əks etdirir. Yəni konstitusiyada məlum iddiaların olması, sadəcə, hüquqi məsələ deyil. Bu, eyni zamanda Ermənistanın daxili və xarici siyasətində hansı istiqamət götürdüyünün güzgüsüdür. 

Həm kənar müşahidələr, həm də ciddi siyasi analizlər göstərir ki, Ermənistanın daxili ictimai mühitində münaqişə ətrafında formalaşan daşnak-millətçi, şovinist təsəvvür hələ silinməyib. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialar konstitusiyada yer almaqla yanaşı, siyasi elitanın, həm də cəmiyyətin müəyyən qruplarının bu mövqeyi dəstəkləməsinə və fürsət yarananda onun legitimləşdirməsinə xidmət edir. Tərəfləri sülhə aparan yolda belə təhlükəli təmayüllərin «müşayiət etməsi» müəyyən risklər yaradır, hay cəmiyyətində daxili siyasi balansı pozmaq xofunu artırır.

Ermənistan tərəfinin sülh sazişini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Əslində, hayların konstitusiyasında Azərbaycan ərazilərinə dair iddiaların qalması yalnız hüquqi problem deyil, həm də siyasi iradənin, daxili siyasi mübarizənin və cəmiyyətin sülhə hazır olmamasının rəmzidir. Bu düşüncənin aradan qaldırılması üçün yalnız qanuni addımlar deyil, həm də dərin siyasi transformasiya, dialoq və kompromisə hazır olan geniş ictimai dəstək tələb olunur. Əks təqdirdə, sülh prosesində irəliləyişin əldə olunması hələ uzun müddət mümkün olmayacaq. Prezident İlham Əliyevin açıq və qətiyyətli mesajı da məhz bunu təsdiqləyir: Ermənistan tərəfi öz “ev tapşırığını” — yəni konstitusiyadakı ərazi iddialarının ləğvini — vaxtında və tam şəkildə yerinə yetirməlidir.

Məsələnin birmənalı yekunu budur: Bölgədə real və davamlı sülhün təminatı Ermənistan konstitusiyasındakı məlum müddəaların aradan qaldırılması ilə bağlı keçiriləcək referendumdan keçir. Yəni rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarının ləğvi üçün siyasi iradə nümayiş etdirməlidir. Bunsuz diplomatik səylər, razılaşmalar, bəyannamələr formal xarakter daşıyacaq, sülh sazişinin mətninin çap olunduğu kağız elə kağız parçası olaraq qalacaq.

İmran BƏDİRXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Siyasi iradə
29 Noyabr 2024 11:21
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see338

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see264

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see254

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see251

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see239

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see201

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see199

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see192

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see180

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see177

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see176

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see169

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see164

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see164

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see164

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see161

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see159

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see159

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see157

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri