Bayram Beqay: Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mən, həmçinin Albaniya ilə Azərbaycan arasında mövcud olan dostluğu vurğulamaq istərdim. Bizim çoxillik dostluğumuz qarşılıqlı əməkdaşlığımızda, xüsusilə də iqtisadiyyat və infrastruktur sahələrində özünü göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
Albaniya Prezidenti deyib: “Mən bu dostluq münasibətlərini xalqlarımızın rifahı naminə davam etdirməyə və möhkəmləndirməyə sadiqəm. Bu, gələcəyimizi vətəndaşlarımızla, qonşularımızla, coğrafi ərazi baxımından yaxınlıqdan asılı olmayaraq tərəfdaşlarımızla birlikdə qurmağa imkan verəcək. Bu foruma sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platforma olduğuna görə təşəkkür edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















