Icma.az
close
up
RU
“Sülh göyəçini”ndən atəş əmri...

“Sülh göyəçini”ndən atəş əmri...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın hərbi təxribatlarının pərdəarxası

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra regionda dayanıqlı sabitliyin təmin edilməsi imkanı yaranıb. Rəsmi İrəvan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, bunun üçün məlum şərtləri yerinə yetirməyi unutmamalıdır. Amma görünən odur ki, erməni tərəfi yenə də spekulyasiya etməklə məşğuldur. Əgər belə olmasaydı, özünü “sülh göyərçini”  təqdim edən Ermənistan  sazişi imzalamaq üçün praktiki addımlar atmaq əvəzinə, şərti dövlət sərhədində hərbi təxribatlar törətməzdi.

Ermənistanın dəyişməz “ənənəsi”

Məlumdur ki, martın 13-də rəsmi Bakı iki ölkə arasında sülh müqaviləsi üzrə bütün bəndlərin razılaşdırıldığını və layihə üzrə danışıqların başa çatdığını bəyan edib. Erməni tərəfi də bu faktı təsdiqləyib, hətta müqavilənin imzalanmasının vaxtını və yerini müəyyən etmək üçün danışıqlara hazır olduğunu iddia edib. Əslində, isə bu, ənənəvi erməni hiyləgərliyindən başqa bir şey deyil. Çünki sülh üçün ümidlərin artdığı vaxtlarda erməni tərəfi həmişə təxribatlar törədib. Ermənistan bu dəfə də ənənəsinə “sadiq qalıb”. Belə ki, sazişin mətnin razılaşdırılmasında sonra erməni tərəfi davamlı olaraq şərti sərhəddə təxribatlar törədir. Ermənistan hərbi birləşmələri Basarkeçər, Dərələyəz, Gorus və digər ərazilərdə ordumuzun Naxçıvan, Kəlbəcər, Tovuz və s. istiqamətindəki mövqelərini atəşə tuturlar. Erməni hərbi birləşmələri tərəfindən sonuncu belə təxribat  Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində olub. Belə ki, həmin ərazidə yerləşən erməni hərbçilər Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Manipulyasiya nəticəsiz qalacaq

Lakin erməni tərəfi bütün bunları təkzib etməyə çalışır, Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulması halının baş vermədiyini iddia edirlər. Erməni rəsmiləri atəşkəs rejiminin pozulması hallarının və ya oxşar məlumatların araşdırılması üçün birgə Ermənistan-Azərbaycan mexanizminin yaradılması təklifini tez-tez xatırlatmaqla məşğuldur. Əslində, bütün bunlar erməni tərəfinin manipulyasından başqa bir şey deyil. Rəsmi İrəvan həm atəşkəs, həm konstitusiyada dəyişikliklər, həm də kommunikasiyaların açılması ilə bağlı qeyri-ciddi təkliflər və mülahizələr irəli sürür. 30 il Azərbaycana qarşı işğalçı siyasəti yürütmüş bir ölkənin hazırda özünü konstruktiv tərəf kimi təqdim etməyə çalışması absurddur.

Sual olunur, rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırdırsa, nə üçün şərti dövlət sərhədində davamlı hərbi təxribatlar törədir? Əlbəttə, erməni tərəfi əvvəlki təcrübəyə əsasən faktiki sülhə maraqlı olmadığını nümayiş etdirir. Təsadüfi deyil ki, Ermənistan hakimiyyətinın xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, vaxtaşırı olaraq mediada Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşması barədə məlumat yayılır. Rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə üzləşəcəyi haqda fikirlər səsləndirilir. Sülh sazişi ilə bağlı danışıqların  yekunlaşmasından sonra Ermənistanda müharibəyə hazırlıqların getdiyini sübut edən digər faktlar da var. Belə ki, kütləvi informasiya vasitələri tərəfindən son günlər Ermənistanın Azərbaycanla  şərti sərhəddəki erməni postlarında mühəndis-istehkam işləri həyata keçirməsi barədə video-görüntülər yayımlayıb.

Region üçün təhdid

Bütün bunların fonunda sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan N.Paşinyan bəzi dövlətlərin dəstəyini əldə edərək Azərbaycan qarşısında balansı öz xeyrinə dəyişdirməyə cəhd göstərir. Digər tərəfdən, Paşinyan yəqin ki, Fransanın timsalında Avropanın dəstəyinə nail olmaq və Parisin vasitəsilə Bakıya qarşı Qərbdən “sülh sazişinin imzalanması” çağırışlarını təşkil etməyi düşünür.

Görünən odur ki, Ermənistan Azərbaycana qarşı regional-regiondankənar təzyiq trayektoriyası formalaşdırmağa çalışır. Diplomatik addımlara paralel olaraq, şərti sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması da istisna deyil. Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaratmasından Qərbdən və Hindistandan yeni silahlar  alınmasını özü üçün bir bəhanə kimi istifadə edə bilər. Yəni, bu təxribatlar Ermənistan ordusunun gücləndirilməsi cəhdi üçün də istifadə olunur. Mediada  yayılan məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhəddə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir. Avropa İttifaqının “mülki missiyasının” Ermənistanın son təxribatlarına səssiz qalması da bu baxımdan, ciddi suallar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda dediyi kimi Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionu üçün təhdid yaradır. 

İrəvan məlum şərtləri yerinə yetirməlidir

Bütün hallarda, rəsmi İrəvanın hazırkı davranışı qəbulolunmazdır. Erməni tərəfi anlamalıdır ki, Azərbaycanın şərtlərini yerinə yetirməklə sülh sazişi imzalamalıdır. Yəni, sülh müqaviləsinin mətni üzrə danışıqlar yekunlaşsa da, sənədi imzalamaq üçün İrəvan məlum şərtləri yerinə yetirməlidir. Belə ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar aradan qaldırılmalıdır. Paşinyanın və digər erməni rəsmilərinin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sözlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni bu məsələlər hüquqi sənədlərlə tənzimlənir.  Ermənistanın konstitusiyasında, müstəqillik bəyannaməsində və parlamentinin qərarlarında ölkəmizə qarşı ərazi iddiaları hələ də mövcuddur. Ona görə də, Azərbaycan öz tələblərində haqlıdır.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri