Icma.az
close
up
RU
“Sülh göyərçini”ndən atəş əmri...

“Sülh göyərçini”ndən atəş əmri...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Şərti sərhəddə təxribatlar səngimir

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra regionda dayanıqlı sabitliyin təmin edilməsi imkanı yaranıb. Rəsmi İrəvan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, bunun üçün məlum şərtləri yerinə yetirməyi unutmamalıdır. Amma görünən odur ki, erməni tərəfi yenə də spekulyasiya etməklə məşğuldur. Əgər belə olmasaydı, özünü “sülh göyərçini”  təqdim edən Ermənistan  sazişi imzalamaq üçün praktiki addımlar atmaq əvəzinə, şərti dövlət sərhədində hərbi təxribatlar törətməzdi.

Erməni hiyləgərliyi...

Məlumdur ki, martın 13-də rəsmi Bakı iki ölkə arasında sülh müqaviləsi üzrə bütün bəndlərin razılaşdırıldığını və layihə üzrə danışıqların başa çatdığını bəyan edib. Erməni tərəfi də bu faktı təsdiqləyib, hətta müqavilənin imzalanmasının vaxtını və yerini müəyyən etmək üçün danışıqlara hazır olduğunu iddia edib. Əslində isə bu, ənənəvi erməni hiyləgərliyindən başqa bir şey deyil. Çünki sülh üçün ümidlərin artdığı vaxtlarda erməni tərəfi həmişə təxribatlar törədib. Ermənistan bu dəfə də “ənənəsinə” sadiq qalıb. Belə ki, sazişin mətnin razılaşdırılmasından sonra erməni tərəfi davamlı olaraq şərti sərhəddə təxribatlar törədir. Ermənistan hərbi birləşmələri Basarkeçər, Dərələyəz, Gorus və digər ərazilərdə ordumuzun Naxçıvan, Kəlbəcər, Tovuz və s. istiqamətindəki mövqelərini atəşə tuturlar. Sonuncu belə təxribat  Azərbaycan Müdafiə Nazirliyinin mayın 14-də yaydığı məlumatına görə, Gorus və Çəmbərək rayonları istiqamətlərində olub. Belə ki, həmin ərazidə yerləşən erməni hərbçilər Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Ordumuz heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır

Lakin erməni tərəfi bütün bunları təkzib etməyə çalışır, Ermənistan ordusu tərəfindən atəşkəs rejiminin pozulması halının baş vermədiyini iddia edirlər. Hətta bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yayıb. Bununla da, ermənilər beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, ordumuzun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Yalnız qarşı tərəfə adekvat cavab verilir.

Bundan əlavə, erməni rəsmiləri atəşkəs rejiminin pozulması hallarının və ya oxşar məlumatların araşdırılması üçün birgə Ermənistan-Azərbaycan mexanizminin yaradılması təklifini tez-tez xatırlatmaqla məşğuldur. Əslində, bütün bunlar erməni tərəfinin manipulyasından başqa bir şey deyil. Rəsmi İrəvan həm atəşkəs, həm konstitusiyada dəyişikliklər, həm də kommunikasiyaların açılması ilə bağlı qeyri-ciddi təkliflər və mülahizələr irəli sürür. 30 il Azərbaycana qarşı işğalçı siyasəti yürütmüş bir ölkənin hazırda özünü konstruktiv tərəf kimi təqdim etməyə çalışması absurddur.

Sual olunur, rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırdırsa, nə üçün şərti dövlət sərhədində davamlı hərbi təxribatlar törədir? Əlbəttə, erməni tərəfi əvvəlki təcrübəyə əsasən faktiki sülhə maraqlı olmadığını nümayiş etdirir. Təsadüfi deyil ki, Ermənistan hakimiyyətinın xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlarına baxmayaraq, vaxtaşırı olaraq mediada Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşması barədə məlumat yayılır. Rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə üzləşəcəyi haqda fikirlər səsləndirilir. Sülh sazişi ilə bağlı danışıqların  yekunlaşmasından sonra Ermənistanda müharibəyə hazırlıqların getdiyini sübut edən digər faktlar da var. Belə ki, kütləvi informasiya vasitələri tərəfindən bu yaxınlarda Ermənistanın Azərbaycanla  şərti sərhəddəki erməni postlarında mühəndis-istehkam işləri həyata keçirməsi barədə video-görüntülər yayımlayıb.

Ermənistanın silahlanması region üçün təhdiddir

Bütün bunların fonunda sülh sazişinin qısa müddətdə imzalanması ilə mətndən kənar məsələləri arxa fona keçirməyə çalışan N.Paşinyan bəzi dövlətlərin dəstəyini əldə edərək Azərbaycan qarşısında balansı öz xeyrinə dəyişdirməyə cəhd göstərir. Erməni tərəfinin diplomatik addımlara paralel olaraq, şərti sərhəddə yenidən təxribatlara əl atmaları da beynəlxalq gündəliyi “regional sabitliyin yolu sülh sazişinin qısa müddətdə imzalanmasından keçir” istiqamətində formalaşdırmaq məqsədi daşıyır. Qarşıdakı dövrdə təxribatın və “sazişin tezliklə imzalanması” çağırışlarının intensivliyinin artması da istisna deyil. Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaratmasından Qərbdən və Hindistandan yeni silahlar  alınmasını özü üçün bir bəhanə kimi istifadə edə bilər. Yəni bu təxribatlar Ermənistan ordusunun gücləndirilməsi cəhdi üçün də istifadə olunur. Hətta Ermənistanın yeni aldığı silahların sərhəddə toplanması barədə mediada məlumatlar da yayılıb. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum məqsədli olduğunu göstərir. Avropa İttifaqının “mülki missiyasının” Ermənistanın son təxribatlarına səssiz qalması da bu baxımdan, ciddi suallar yaradır.

Bütün hallarda, rəsmi İrəvanın hazırkı davranışı qəbulolunmazdır. Erməni tərəfi anlamalıdır ki, Azərbaycanın şərtlərini yerinə yetirməklə sülh sazişini imzalamalıdır. Yəni, sülh müqaviləsinin mətni üzrə danışıqlar yekunlaşsa da, sənədi imzalamaq üçün İrəvan məlum şərtləri yerinə yetirməlidir. Belə ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar aradan qaldırılmalıdır. Paşinyanın və digər erməni rəsmilərinin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sözlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni bu məsələlər hüquqi sənədlərlə tənzimlənir.  Ermənistanın konstitusiyasında, müstəqillik bəyannaməsində və parlamentinin qərarlarında ölkəmizə qarşı ərazi iddiaları hələ də mövcuddur. Ona görə də, Azərbaycan öz tələblərində haqlıdır. Rəsmi İrəvanın başqa seçimi yoxdur.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri