Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Sülh göyərçinləri”nin avromüdafiəçiləri

“Sülh göyərçinləri”nin avromüdafiəçiləri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 12-də Avropa Parlamentində Bakıda saxlanılan erməni məhbuslarla bağlı vəziyyət müzakirə olunub. Burada maraqlı məqam Avroparlamentə üzv ölkələrin deputatlarının “sülh göyərçinləri”ni – Bakıda məhkəməsi keçirilən hay dələduzlarını müdafiə etmələri oldu...

Bakıda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir. Cinayət işində 15 nəfərin adı keçir. Məhkəmə prosesində təqsirləndirilən şəxslərin hər biri erməni dilində tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin edilib və hüquq və vəzifələri onlara erməni dilində izah olunub. Təqsirləndirilən şəxslər saxlanma şəraiti, onlara qarşı hər hansı bir təzyiq göstərilmədiyini özləri də məhkəmə iclasında bildiriblər. Məsələn, təqsirləndirilən şəxs Ermənistan Respublikasının vətəndaşı olan Arayik Arutyunyan deyib ki, saxlanma şəraitinə dair qanunla tanışdır: “Təcridxanada bütün qaydalara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı onları ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni şəkildə təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar”. Hətta buna görə Arutyunyan təşəkkür də edib.

Təqsirləndirilən şəxs Davit Babayan da saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib. Qeyd edib ki, bizimlə hörmətlə davranırlar və yerimizdə başqası olsa nə edərdi? Onu özlərinə sual versinlər. Bizim həqiqəti demək cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox yaxşıdır.

Bakıda məhkəməsi aparılan təqsirləndirilən şəxslərdən digərlərinin də adını çəkməklə siyahını uzatmaq olar. Bütün bunlar onu göstərir ki, Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa sadiqdir.

* * *

Amma Avropa Parlamentinin bəzi deputatları bu şəxslərin adından danışmağa, onların müdafiəçisi rolunda çıxış etməyə başlayıblar. Sanki Bakıda keçirilən məhkəmə prosesi heç bir beynəlxalq hüquq normalarına aid deyil, qanunun aliliyi gözlənilmir. Bəs “hayların taleyinə görə narahat olan” deputatları nə deyirlər?

Avropa Parlamentinin Slovakiyadan olan deputatı Miriam Leksman Bakıda 20-dən çox “siyasi girov”un qeyri-insani şəraitdə saxlanıldığını və ömürlük həbslə nəticələnə biləcək saxta məhkəmələrə məruz qaldığını bildirib. Deyib ki, biz əsas insan hüquqlarının aşkar pozuntularını aradan qaldırmaq və girovların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etmək üçün təcili tədbirlər görməliyik: “Bakıda keçirilən saxta məhkəmə proseslərində iştirak edən azərbaycanlı prokuror və hakimlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Biz əmin olmalıyıq ki, Azərbaycanla hər hansı gələcək əməkdaşlıq bütün məhbusların azad edilməsinə və Bakının sülh sazişi imzalamağa hazır olmasına əsaslansın”.

Rumıniyadan olan deputat Vasile Dinku qeyd edib ki, Avropa Parlamenti heç vaxt öz prinsiplərindən kənara çıxmayıb və həmişə Ermənistanın suverenliyini və müstəqilliyini dəstəkləyib: “Bakıda saxlanılan erməni “siyasi məhbusların” vəziyyəti Qafqazda ədalət, sabitlik və sülhün bərqərar olması ilə bağlı ciddi suallar yaradır”.

Avropa Parlamentinin Kiprdən olan üzvü Geadis Geadi isə daha irəli gedərək özünü ermənilərdən daha çox “erməni” kimi təqdim etməyə çalışıb. Deyib ki, Azərbaycanın “Dağlıq Qarabağa” hücumundan bir ildən çox vaxt keçir və ermənilər hələ də yaralarını sağalda bilmirlər. Belə bir qurumda təmsil olunan şəxs, əgər ona deputat demək mümkündürsə, hələ bilmir ki, Qarabağ əzəli Azərbaycan torpağı olub. Heç olmasa ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədləri barədə məlumata yiyələnsin. Kiprli deputat Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ittihamlar səsləndirib.

Fransanın təmsilçisi Natali Luazo da Bakıda məhkəməsi aparılan 23 (?) erməni girovunun azad olunmasını tələb edir. O, məhkəmə prosesini Stalin dövründə aparılan məhkəmələrlə müqayisəyə cəhd göstərir, hətta Azərbaycanı təhdid edir. Avropa Parlamentində iştirak edən deputatlara üz tutaraq deyir ki, siz İrəvan və Bakıya proporsional yanaşmaya çağıranların qarşısında dayanmalısınız. Luazo Azərbaycanın Fransaya qarşı siyasəti apardığını, bunun cavabsız qalmayacağını söyləyir.

Natali Luazo adı bizə yaxşı tanışdır. Bu zat Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgiləyir. O, Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqa zidd yanaşmasını bir daha ortaya qoyur.

Polşanı təmsil edən Mixail Şerba bildirib ki, Ermənistanın Qərblə inteqrasiyasını istəyiriksə, iqtisadi əlaqələrimizi dərinləşdirməliyik: “Bakıda saxlanılan ermənilərlə bağlı daxil olan məlumatlara etinasız yanaşmaq olmaz. Biz Avropa dəyərləri, insan ləyaqəti və qanunun aliliyi uğrunda mübarizə aparmalıyıq”.

Avroparlamentin Litvadan olan üzvü Vityanis Andriukaitis isə Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etmədiyinə görə sanksiyalara məruz qalmasını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda saxlanılan ermənilərin saxlanma şəraiti dəhşətlidir və onların sağlamlıqları təhlükə altındadır: “Siyasi məhbuslar tez bir zamanda azad edilməlidir. Azərbaycan bu münaqişəyə son qoymaq, beynəlxalq ictimaiyyətin tələblərinə cavab vermək istəmir”.

* * *

AP deputatların səsləndirdiyi qərəzli, ermənipərəst fikirlərlə bağlı politoloq Zaur Məmmədov XQ-yə bildirdi ki, Avropa Parlamentinin və Qərbin ayrı-ayrı təsisatları açıq şəkildə müəyyən mərkəzlərə işləyirlər: “Onların Qarabağ ermənilərinin, separatçıların və cinayətkarların azad edilməsi ilə bağlı bəyanatları məhkəmə işinə müdaxilədir. Bu, Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququ ciddi şəkildə pozmaq deməkdir. Vaxtilə Kataloniya liderinin də məhkəməsi gedirdi. Hələ Kataloniyada vəziyyət başqa cür idi. Burada isə Azərbaycan vətəndaşlarına, mülki əhalisinə qarşı cinayət törədən terrorçu dəstədən söhbət gedir ki, dünyanın gözü qarşısında bu cinayət əməllərini törədiblər. Onların müdafiəsi terrorçuluğun müdafiəsi deməkdir. Onların müdafiəsi elə özü cinayətdir. Həmin avropalı parlamentarilər özləri də Ruben Vardanyanın, Arayik Arutyunyanın yanında mühakimə olunmalıdırlar. Çünki onlar cinayətləri törədən, uşaq ölümünə səbəb olan şəxsləri dəstəkləyən bəyanatlar verirlər. Və həmin şəxslərin azad olunması üçün çıxışlar edirlər”.

Bakıda keçirilən məhkəmə prosesi şəffaf şəkildə aparılır. Bu, hüquqi dövlətlərin, cəmiyyətlərin maraqlarına uyğundur. Azərbaycan əleyhinə Qərb ölkələrində və təşkilatlarında çirkin kampaniyanın aparılması xoşagələn hal deyil. Bu, Avropanın ali qurumundan Azərbaycana qarşı atılan növbəti iftiradır. “Qoca qitə”də Azərbaycana qarşı aparılan bu tip diplomatik hədələr qətiyyən insan haqları ilə bağlı deyil. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə qiymət verməyən Avropanın bu gün insan haqlarından danışmağa haqqı yoxdur.

Azər MUSTAFAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri