Icma.az
close
up
RU
Sülh, həmrəylik və dayanıqlı inkişaf ŞƏRH

Sülh, həmrəylik və dayanıqlı inkişaf ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Bu günlərdə dünyanın diqqəti yenidən Bakıya yönəlib və Azərbaycanda növbəti tarixi hadisə yaşanır. Ölkəmiz BMT miqyasında ikinci ən böyük tədbir olan XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) evsahibliyi edir. 17-22 may tarixlərində Bakıda keçiriləcək forumda müxtəlif ölkələrdən ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir.
WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Tədbir çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək. 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiridir. Forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır. COP29-un tarixi uğurlarından dərhal sonra şəhərsalma üzrə dünyanın bu ikinci ən böyük platformasının Bakıda keçirilməsi, Azərbaycanın qlobal liderlik missiyasının və etibarlı tərəfdaş imicinin növbəti zirvəsidir.
Prezident İlham Əliyev XIII Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib və bu uğuru Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətində belə vurğulayıb: "2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir".
Dövlətimizin başçısı qeyd edib ki, bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.
Qlobal urbanizasiya proseslərinin sürətləndiyi müasir dövrdə şəhərlərin dayanıqlı inkişafı, yeni şəhərsalma modelləri, iqlim dəyişikliyinin şəhər mühitinə təsiri və sosial inklüzivlik kimi mövzular beynəlxalq gündəliyin prioritetlərinə çevrilib. Bu kontekstdə dünyanın ən mötəbər platformalarından sayılan Ümumdünya Şəhərsalma Forumuna Bakının evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal proseslərdə artan rolunun bariz göstəricisidir.
Ümumiyyətlə, Azərbaycanın evsahibliyi etdiyi qlobal forumlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir.Hər mötəbər tədbir Azərbaycanın nüfuzunu bir pillə yüksəyə daşıyır.
Belə mühüm tədbirlər Azərbaycan üçün həm də strateji təbliğat vasitəsidir. Minlərlə xarici nümayəndənin, dövlət başçılarının və dünya mediasının Bakıya toplaşması Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsini sürətləndirir, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını genişləndirir.
Ümumdünya Şəhərsalma Forumu da Azərbaycan üçün həm qlobal həmrəyliyin gücləndirilməsi, həm də ölkənin beynəlxalq reytinqlərdəki yerinin möhkəmlənməsi baxımından əvəzsizdir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın inkişaf strategiyasının güzgüsüdür. WUF13-ün timsalında isə dünyanın yeni şəhərsalma fəlsəfəsi Bakıda formalaşacaq. Bakı bəşəriyyətin gələcək taleyinin, dayanıqlı yaşayış mühitinin və qlobal urbanizasiya siyasətinin formalaşdığı mühüm siyasi paytaxtlardan biri olduğunu bütün dünyaya göstərəcək. Azərbaycan özünün yüksək təşkilatçılıq imkanlarını və bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, regional sabitliyin və qlobal inkişafın mərkəzi olduğunu bir daha təsdiqləyəcək. Forum çərçivəsində qurulacaq siyasi əlaqələr, formalaşacaq tərəfdaşlıqlar uzunmüddətli perspektivdə Azərbaycanın xarici siyasət kursunun uğurlu davamını şərtləndirəcək. Bakıdan dünyaya yayılacaq yeni ideyalar, qəbul ediləcək qərarlar və qurulacaq tərəfdaşlıqlar bəşəriyyətin ortaq gələcəyinin dizayn edilməsində Azərbaycanın silinməz imzasını qoyacaq. Ölkəmiz hər bir tədbirdə həm öz mədəniyyətini, həm də yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirərək dünyanı sülh, həmrəylik və dayanıqlı inkişaf ətrafında birləşdirməyə davam edəcək.
Uğurlar Azərbaycan!
Seyfəddin Əliyev
YAP Masallı rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 May 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri