Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Regional əməkdaşlıq, sülh və həmrəylik çağırışı ŞƏRH

Regional əməkdaşlıq, sülh və həmrəylik çağırışı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Müasir beynəlxalq münasibətlər sistemində informasiya məkanı, media diplomatiyası və qlobal siyasi proseslər dövlətlər arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu baxımdan, Azərbaycanın ev sahibliyi etdiyi IV Şuşa Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin, ekspertlərin və siyasətçilərin bir araya gəldiyi nüfuzlu platforma kimi xüsusi əhəmiyyət daşıyır. Forum qlobal informasiya təhlükəsizliyi, media mühitində yeni çağırışlar, regional əməkdaşlıq və beynəlxalq münasibətlərdə aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkənin xarici siyasət kursu, regional sabitliyin təmin olunması, beynəlxalq əməkdaşlığın inkişafı və sülh təşəbbüslərinə dair mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı çıxışında Azərbaycan–Türkiyə qardaşlığının strateji əhəmiyyətini, müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini, Azərbaycanın beynəlxalq münasibətlərdə konstruktiv və nəticəyönümlü rolunu, eləcə də Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində ölkəmizin mövqeyini ətraflı şəkildə ifadə etdi. Səsləndirilən fikirlər Azərbaycanın milli maraqlara söykənən, eyni zamanda regional və qlobal sabitliyə töhfə verməyi hədəfləyən xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Türkiyə və Azərbaycan kimi iki ölkəyə verilə biləcək əsas mesaj yalnız dostluq və qardaşlıqdır. Bu fikir iki dövlət arasında uzun illər ərzində formalaşmış strateji tərəfdaşlığın və qarşılıqlı etimadın ifadəsidir. Azərbaycan və Türkiyə siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat və humanitar sahələrdə uğurla əməkdaşlıq edir. İki ölkənin münasibətləri ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər üzərində qurulub. "Bir millət, iki dövlət" prinsipi bu əməkdaşlığın ideoloji əsasını təşkil edir və regional sabitliyin mühüm amillərindən biri hesab olunur. Son illərdə həyata keçirilən birgə enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, müdafiə sənayesində əməkdaşlıq və qarşılıqlı siyasi dəstək Azərbaycan-Türkiyə münasibətlərini dünya miqyasında uğurlu strateji müttəfiqlik nümunəsinə çevirib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq etdiyini xüsusi vurğuladı. Azərbaycanın xarici siyasətində İslam dünyası ilə əməkdaşlıq mühüm yer tutur. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda müsəlman dövlətlərinin birliyini, qarşılıqlı dəstəyini və ortaq maraqlarını müdafiə edən fəal ölkələrdən biridir. Azərbaycan müxtəlif dövrlərdə islamofobiyaya qarşı mübarizə, dini tolerantlığın təşviqi və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Eyni zamanda, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı tolerant cəmiyyət modeli təqdim edir. Bu xüsusiyyət ölkənin beynəlxalq nüfuzunun artmasına da mühüm töhfə verir.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın rolu hər zaman konstruktiv və nəticəyönümlü olub, gərginliyin azaldılmasına hesablanıb. Bu yanaşma ölkənin beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasət aparmasının göstəricisidir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edir, dialoqu və qarşılıqlı anlaşmanı dəstəkləyir, münaqişələrin siyasi və diplomatik yollarla həllinə üstünlük verir. Son illərdə ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, müxtəlif dövlətlər arasında dialoqun qurulmasına töhfə verib. Azərbaycanın təşəbbüsləri regional sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə xidmət edir.

Müasir beynəlxalq münasibətlər sistemində böyük dövlətlərin sülh təşəbbüsləri qlobal təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Dünyada davam edən silahlı münaqişələr, regional qarşıdurmalar və geosiyasi gərginliklər fonunda dialoq, diplomatiya və qarşılıqlı əməkdaşlıq daha da aktuallaşır. Prezident İlham Əliyev çıxışında ABŞ Prezidenti Donald Tramp barədə də danışaraq onu sülhsevər və dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan lider kimi xarakterizə etdi. Azərbaycan da sülh təşəbbüslərini dəstəkləyərək beynəlxalq münasibətlərdə hüquqa, suverenliyə və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsiplərinin qorunmasını vacib hesab edir.

Prezident İlham Əliyev çıxışında region ölkələrinin maraqlarının nəzərə alınmasının vacibliyini də diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, bütün regionun – Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycanın – məsələlərinə bərabər hüquq prinsipi əsasında yanaşılmalıdır. Bu da Cənubi Qafqazda davamlı sülh və uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş baxışı əks etdirir. Regionun inkişafı yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram, iqtisadi əməkdaşlıq və siyasi dialoq şəraitində mümkün ola bilər. Nəqliyyat dəhlizlərinin açılması, ticarət əlaqələrinin genişləndirilməsi, enerji əməkdaşlığının inkişafı və humanitar münasibətlərin möhkəmləndirilməsi region xalqlarının rifahına xidmət edə bilər. Bu baxımdan Azərbaycan əməkdaşlıq platformalarının yaradılması və etimad mühitinin formalaşdırılması istiqamətində öz təşəbbüslərini davam etdirir.

Şuşa Qlobal Media Forumu yalnız siyasi dialoq platforması deyil, həm də media nümayəndələrinin peşəkar təcrübə mübadiləsi apardıqları beynəlxalq tədbirdir. Müasir dövrdə informasiya müharibələrinin geniş vüsət aldığı bir zamanda obyektiv jurnalistika, etibarlı informasiya və peşə etikası xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində aparılan müzakirələr göstərir ki, media cəmiyyətlərin düzgün məlumatlandırılması, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır.

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərini bir daha ortaya qoydu. Türkiyə ilə strateji qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında həmrəyliyin təşviqi, beynəlxalq münasibətlərdə konstruktiv yanaşmanın davam etdirilməsi, sülh təşəbbüslərinin dəstəklənməsi və Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsi çıxışın əsas məzmununu təşkil etdi. Bu da Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməklə yanaşı, sülh, sabitlik və qarşılıqlı əməkdaşlığa əsaslanan gələcəyin formalaşdırılmasına xidmət edən siyasi xəttini də əks etdirir. Şuşa Qlobal Media Forumu isə bu ideyaların beynəlxalq ictimaiyyətə çatdırılması və müxtəlif ölkələr arasında dialoqun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan platforma kimi öz rolunu davam etdirir.

Samir Qocayev,

YAP Goranboy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see266

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see261

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see237

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see235

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see220

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see212

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see211

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see211

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see209

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see206

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see205

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see204

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see203

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see183

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see176

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see174

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri