Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Mənəvi həmrəylik və regional sülh ŞƏRH

Mənəvi həmrəylik və regional sülh ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından, habelə Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etməsi İslam dünyasında və Türk coğrafiyasında mənəvi həmrəyliyin, milli-dini dəyərlərə sədaqətin və beynəlxalq müstəvidə birgə fəaliyyətin növbəti parlaq təzahürüdür. Dövlətimizin başçısı öz konseptual çıxışında təkcə regional dini-mənəvi mühitin real mənzərəsini təhlil etməmiş, aynı zamanda qlobal miqyasda baş verən mürəkkəb geostrateji və ideoloji proseslərə Azərbaycanın prinsipial münasibətini ifadə etmişdir. Bu görüş bütövlükdə Türk-İslam dünyasının inteqrasiyası, dinlərarası və məzhəblərarası dialoqun möhkəmlənməsi, regional təhlükəsizliyin və sülhün dayanıqlı xarakter alması baxımından müstəsna siyasi və mənəvi əhəmiyyət daşıyır.
​Ölkə rəhbərinin vurğuladığı ən mühüm məqamlardan biri Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətdir. Azərbaycan sadəcə bəyanatlarla kifayətlənməyən, İslam birliyini konkret əməli-praktiki addımlarla, real layihələrlə və öz gündəlik fəaliyyəti ilə möhkəmləndirən aparıcı dövlətlərdəndir. Tarixən müxtəlif məzhəblərin və dini konfessiyaların dinc, yanaşı yaşamasına nümunə olan ölkəmiz, bu gün də ümumislami dəyərlərin dünyada təbliğində, müsəlman xalqları arasında qarşılıqlı etimadın dərinləşməsində ön cərgədə dayanır. Dini liderlərin bir araya gəlməsi, ortaq ideallar ətrafında birləşməsi və Türk dövlətləri arasında mənəvi körpülərin daha da möhkəmləndirilməsi həyata keçirilən bu qətiyyətli siyasətin əməli bəhrəsidir.
​Dövlət başçısının nitqində xüsusi yer tutan digər strateji məsələ regionda bərqərar olunmuş yeni reallıqlar, sülhün təmin edilməsi və uzunmüddətli müharibə səhifəsinin bağlanmasıdır. Azərbaycan Xəzər və Qafqaz regionunda hərbi münaqişəyə son qoyaraq tarixi ədaləti, beynəlxalq hüququ və öz ərazi bütövlüyünü təmin etmişdir. Bu gün regionda müharibə dayanıb, sülh və sabitlik üçün möhkəm zəmin yaranıb. Əldə olunmuş bu tarixi zəfər və təhlükəsizlik mühiti bütün bölgə xalqlarının dinc coxyaşayışına, iqtisadi dirçəlişə və mədəni-mənəvi inkişafa xidmət edir. Azərbaycanın nümayiş etdirdiyi sülhməramlı mövqe regional inteqrasiya proseslərini sürətləndirməklə yanaşı, Türk-İslam dünyasının ümumi gücünün və nüfuzunun artmasına böyük töhfə verir.
​İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri fonunda mənəvi irsin bərpasına verilən xüsusi diqqət dövlətimizin milli-dini dəyərlərə nə qədər böyük həssaslıqla yanaşdığını göstərir. Erməni işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan onlarla məscid, ziyarətgah və tarixi-dini abidə vandalizmə məruz qalmış, dağıdılmış və təhqir olunmuşdur. Zəfərdən dərhal sonra Azərbaycan dövləti azad olunmuş torpaqlarda ilk bərpa və yenidenqurma işlərinə məhz müqəddəs məbədlərimizdən, məscidlərimizdən başlamışdır. Şuşada, Ağdamda, Füzulida, Zəngilanda və digər azad edilmiş rayonlarımızda tarixi məscidlərin bərpası, yenilərinin təməlinin qoyulması və modern infrastruktura malik dini komplekslərin inşası prosesi bu gün də böyük əzmlə davam etdirilir. Bu addımlar təkcə architektur bərpa deyil, həm də işğal dövründə mənəviyyatımıza vurulmuş yaraların sağaldılması və tarixi yaddaşımızın bərpa olunmasıdır.
​Prezident İlham Əliyev müasir dünyada İslam aləminə qarşı yönəlmiş ideoloji təhdidlərə, xüsusilə islamofobiya meyllərinə də obyektiv və cəsarətli qiymət vermişdir. Bəzi qərb ölkələrində və beynəlxalq platformalarda müşahidə olunan islamofobiya təzahürləri təsadüfi bir fenomen deyil, əslində müqəddəs dinimizə və ümumilikdə İslam dünyasına qarşı elan olunmamış ideoloji müharibənin kiçik bir tərkib hissəsidir. Müəyyən siyasi dairələr tərəfindən dinimizin təhrif olunması, müsəlmanların hədəf göstərilməsi və ikili standartların tətbiq edilməsi qlobal sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır. Azərbaycan bu cür zərərli meyllərə qarşı beynəlxalq səviyyədə ardıcıl mübarizə aparır, islamofobiya ilə mübarizə mövzusunda beynəlxalq konfranslara ev sahibliyi edir və dinlərarası dözümlülük modelini dünyada fəal şəkildə təbliğ edir.
​Müsəlman dini idarə rəhbərlərinin və nüfuzlu dini xadimlərin Bakıda bir araya gəlməsi, Yəhya Bakuvi kimi böyük mütəfəkkir və alimlərin mənəvi irsinin öyrənilməsi İslam dünyasının intellektual və ruhani potensialının səfərbər olunması baxımından mühüm addımdır. Yəhya Bakuvinin fəlsəfi-dini irsi insanları saflığa, mənəvi kamilliyə, adət-ənənələrə hörmətə və sülhə dəvət edir. Bu cür böyük şəxsiyyətlərin irsinin müasir dövrdə yeniden tədqiq olunması və geniş ictimaiyyətə çatdırılması gənc nəsillərin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Qafqaz xalqları arasında olan tarixi və mənəvi bağların qorunması da bu kontekstdə regional sabitliyin vacib sütunlarından birini təşkil edir.
​Nəticə etibarilə, Prezident İlham Əliyevin proqram xarakterli bu çıxışı Azərbaycanın həm regional, həm də qlobal miqyasda mənəvi-siyasi mövqeyini bir daha nümayiş etdirdi. İslam həmrəyliyinin konkret işlərilə gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə dini-tarixi irsin sürətlə bərpası, regionda dayanıqlı sülhün qorunması və islamofobiyaya qarşı birgə mübarizə çağırışları müasir dövrün ən vacib çağırışlarına verilən dolğun cavabdır. Bu strateji xətt Türk və İslam dünyasının birliyini daha da sarsılmaz edəcək, regional əməkdaşlığı və mənəvi həmrəyliyi yeni zirvələrə qaldıracaqdır.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri