Icma.az
close
up
RU
Sülh Körpüsü Zəngəzurdan başlayır

Sülh Körpüsü Zəngəzurdan başlayır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


• Bir müddət əvvəl Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərinin ardınca erməni nümayəndə heyətinin Bakıya gəlməsi bölgədə sülh gündəliyinin həqiqətən də ardıcıl və ciddiliyindən xəbər verir.
• Əvvəla, hesab edirəm ki, “Sülh Körpüsü” Təşəbbüsü adlanan bu ifadənin leksik və məzmun baxımından dırnaq arasında olması düzgün deyil və prosesi sanki şübhə altına salır. Ona görə də, Sülh Körpüsü ciddi siyasi-ictimai məna daşıdığından və dövlətlərarası sülh quruculuğunun bir hissəsi olduğundan dırnaqsız qeyd edilməlidir.
• Sülh təmaslarına gəlincə, Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərini qınayanlar olsa da, məsələyə yeni çağırışlar rakursundan baxmaq lazımdır, çünki reallıq uzadılmış sülh əlinin ancaq müsbət niyyətlərə xidmət etdiyini göstərir.
• Azərbaycan və Ermənistan avqust ayında Vaşinqtonda sülh anlaşması imzaladı və sülh prosesi geridönməz şəkildə irəliləyir. Bu prosesdə vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifə düşür və fəal dialoqun bərpasındakı rolu, yaxın gələcəkdə icra olunacaq birgə layihələrdə iştirakı danılmazdır.
• Hər iki tərəfin vətəndaş cəmiyyəti institutu çalışır ki, uzun illər formalaşmış nifrət və düşmənçilik hisslərini yaxın və mehriban qonşuluq, qarşılıqlı isti təmaslarla əvəz edilsin. Atılan təşviqedici addımlar, sülh quruculuğu yolunda diplomatik-ictimai təmaslar hər iki ölkənin cəmiyyətini regionda birgəyaşayışa, rifah naminə inteqrasiyalara alışdırmaqdır.
• İki xalq uzun müddət bir-birinə qarşı düşmən olub və silahlı münaqişə hər iki tərəfə ağır fəlakətlər yaşadıb. Ona görə də, bu gün sülh və firavanlığı üçün çox vacibdir. Bunu daha çox Ermənistan cəmiyyətinin əhvalında, ritorikasında son zamanlar daha çox görmək mümkündür.
• Bu baxımdan azərbaycanlıların İrəvana, ermənilərin isə Bakıya səfələri sülh bağlantısını daha da tezləşdirə bilər.
• Bu səfərlər Xalq diplomatiyasının modelinə uyğun olmaqla, digər siyasi, iqtisadi, ictimai, humanitra institutların nümayəndələrinin də qarşılıqlı səfərləri üçün yol açır. Belə ki, növbəti mərhələdə hər iki tərəfin iqtisadi, nəqliyyat, ticari, logistika, biznes təmsilçiləri, mədəniyyət və incəsənət nümayəndələri də səfərlər etməklə cəmiyyətlərdəki düşmənçiliyi tamamilə yox etmək və səmimi münasibətlər qurmaq, humanitar təmaslar yaratmaq üçün qətiyyətli addımlar atmalıdır.
• Sülh Körpüsü həm də Zəngəzur dəhlizinin açılmasından başlayır və Ermənistanın vətəndaş cəmiyyətinin üzvlərinin kommunikasiyaların açılmasına dair müsbət fikirlərini də təqdir etmək lazımdır.
• Ancaq bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim, Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı məsələdə də onların mövqeyinin, fəallığının açıq şəkildə bəyan edilməsini istərdik.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri