Icma.az
close
up
RU
Xankəndi Cənubi Qafqazın sülh körpüsü

Xankəndi Cənubi Qafqazın sülh körpüsü

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Bu il – “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm diplomatik qələbələrlə, tarixi anlarla, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Məhz 30 ildən artıq müddətdə Cənubi Qafqazda həsrətində olduğumuz əmin-amanlıq, ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə başlanan Vətən müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü üçrəngli Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında Günəş kimi parlaması və nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanla sülhə doğru razılaşmanın əldə olunması ilə taclandı. Bu, hər bir azərbaycanlının müasir tariximizdə qüdrətli dövlətin vətəndaşları olduğunun bariz göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurları Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladlarına, qüdrətli Ordumuzun əsgərlərinə, qəhrəman igidlərimizə borcludur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, iki il bundan öncə, oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdıqdan sonra doğma xalqımıza müraciəti, “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu. Həmin müraciət, eyni zamanda, gündən-günə cənnətə çevrilən doğma Qarabağımızın hər bir şəhər, rayon və kəndinin daha da çiçəklənəcəyini, Azərbaycanın suverenliyinin tam təmin olunmasını nəinki xalqımıza, eləcə də bütün dünyaya bildirdi.

“Qarabağa səfəri çərçivəsində Prezident İlham Əliyevin Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində Dövlət Bayrağımızı ucaltması o torpaqlarda Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq normalarına uyğun idarəçiliyin təkmilləşməsinə şərait yaratdı, habelə Cənubi Qafqazda beynəlxalq hüquq və prinsiplərə əsaslanan, ədalətli, uzunmüddətli sülh müqaviləsinin imzalanmasına təkan verdi. Bu, doğrudan da, Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu anlardan oldu.

Həmin anları bizə qürurla yaşadan bir digər məqam isə, əlbəttə ki, bu hadisələrin oktyabrın 15-də baş verməsidir. Məhz 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu”, - deyə deputat bildirib.

O qeyd edib ki, keçdiyimiz yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi. Dövlətimizin başçısı keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, humanizm və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.

“Beləliklə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, Prezident İlham Əliyev isə onu güclü dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Əminik ki, qürurlu və güclü xalqımız qazandığı zəfərləri, müstəqilliyimizi əbədi etmək üçün bundan sonra da yeni zirvələr fəth edəcək, yenilməz Azərbaycan Sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını, daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirəcək”, - deyə M.Əfəndiyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri