Icma.az
close
up
RU
Qəbələdə “Sülh körpüsü” görüşü

Qəbələdə “Sülh körpüsü” görüşü

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qəbələ şəhərində “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurları icra edib. Bu keçid faktının özü “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində növbəti simvolik addım olub.

İki gün ərzində dörd müzakirə sessiyası keçirilib. İştirakçılar Cənubi Qafqazda və onun ətrafında baş verən geosiyasi prosesləri və onların sülh prosesinə təsirini müzakirə ediblər. Azərbaycanlı və erməni ekspertlər, həmçinin regional inkişafla bağlı öz ölkələrinin mövqeləri və baxışları barədə fikir mübadiləsi aparıblar.

İkitərəfli dialoqdan əvvəl “Sülh körpüsü” təşəbbüsünün nümayəndələri öz ölkələrində vətəndaş cəmiyyətinin müxtəlif seqmentləri ilə görüşlər və müzakirələr keçirərək ictimai gözləntiləri və sülh prosesinə dair yanaşmaları daha yaxşı anlamağa çalışıblar. Ayrı bir sessiyada təşəbbüs iştirakçıları bu görüşlərin nəticələrini təqdim edərək cəmiyyətlərdə mövcud əsas narahatlıqları, gözləntiləri və baxışları vurğulayıblar.

İctimai gözləntiləri nəzərə alaraq, iştirakçılar yekun sessiyanı sülh prosesinin növbəti mərhələlərində həyata keçiriləcək birgə və fərdi fəaliyyətlər barədə fikir mübadiləsinə həsr ediblər.

Aprelin 11-də “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dördüncü ikitərəfli dəyirmi masanın iştirakçıları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Görüş zamanı regional təhlükəsizlik, sülh prosesinin siyasi səviyyədə gedişi və vətəndaş cəmiyyətinin normallaşma prosesinə töhfəsi müzakirə olunub.

İkigünlük dialoq dördüncü görüşün nəticələrinin yekunlaşdırıldığı mətbuat konfransı ilə başa çatıb.

Vətəndaş cəmiyyəti nümayəndələrinin son görüşü konstruktiv dialoq, açıq müzakirələr və sülh gündəliyinə alternativin olmadığına dair bir daha təsdiq mühitində keçirilib. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun iştirakçıları sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri