Icma.az
close
up
RU
Sülh logistikası quran ölkə

Sülh logistikası quran ölkə

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sülh istəyən çoxdur, amma onu quran azdır. İlk sülh sənədi hesab olunan Kadeş müqaviləsindən başlayaraq indiyə qədər dünyada minlərlə sülh sazişi imzalanıb. Bakı ilə İrəvan arasında yaxın gələcəkdə imzalanacaq sülh müqaviləsi də məhz bu xəttin davamıdır və ümidvarıq ki, bu, dünyada sonuncu olmayacaq. Lakin burada fərq yalnız sənəddə deyil, məramdadır. Adətən sülh bağlandıqdan sonra tərəflər öz aralarında hesablaşır, zərər-ziyan bölgüsü aparır. Azərbaycan isə sülhəqədər apardığı siyasətlə davamçılarına nümunə və uğurlu presedent yaradır.

Bakı yalnız öz maraqlarını deyil, həm qarşı tərəfin, həm də bütün Cənubi Qafqazın yenidən qurulmasını prioritet hesab edir. Prezident İlham Əliyevin bölgəni “sabitlik adası”na çevirmə konsepsiyası tədricən reallığa çevrilir. Azərbaycan bu prosesdə əsas memar və təşəbbüskar kimi çıxış edir.

Oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxış etdi. Çıxışında olduqca incə və vacib bir məqama toxunan İlham Əliyev bildirdi ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Birinci Qarabağ müharibəsi dövründən bəri ilk dəfə reallaşacaq bu tranzit əslində olduqca böyük məna kəsb edir. Atdığı bu addımla Bakı İrəvana təkcə kommunikasiyaları deyil, sülh qapılarını açır. Əslində, bu hadisə regionun yeni iqtisadi-siyasi xəritəsini müəyyənləşdirən dönüş nöqtəsidir. Azərbaycan sülhü ideya səviyyəsində deyil, logistika, tranzit və ticarət müstəvisində həyata keçirir. Bu, postsovet məkanında nadir modeldir: münaqişədən qalib çıxan ölkə onu illərlə təcrid etməyə çalışan qonşuya iqtisadi əlaqə kanalı açır və bunu bölgədə sırf strateji sabitlik naminə edir.

Bu addım etimadın yenidən formalaşmasıdır. Məhz ölkə başçısının bu fikirlərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Tbilisidə keçirilən V İpək Yolu Forumundakı təşəkkür bəyanatı da bu prosesin beynəlxalq rezonansını təsdiqləyir. Paşinyanın “Azərbaycanın qərarı təqdirəlayiqdir” deməsi rəsmi İrəvanın ilk dəfə real təşəkkür ritorikasına keçididir. İki ölkə arasında mövcud gərgin situasiya fonunda artıq onu deyə bilərik ki, diplomatik ton dəyişir. Təbii ki, əlaqələrin tam normallaşması bir qədər zaman alacaq. Lakin kiçik blokadaların aradan qaldırılması indiki vəziyyətdə böyük addım hesab oluna bilər. Azərbaycan artıq regionda müharibə deyil, sülh səslərinin eşidilməsini istəyir və bunun üçün real addımlar atır.

***

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın açıqlamasına görə, tranzit məhdudiyyətinin aradan qaldırılması ilə birgə Qazaxıstan buğdası Aktau–Bakı dəmir yolu vasitəsilə, oradan isə Azərbaycan–Gürcüstan xətti üzərindən Ermənistana çatdırılacaq. Bu marşrut faktiki olaraq Bakının açdığı “sülh dəhlizi”nin ilk işarəsidir. Tbilisidə keçirilən V İpək Yolu Forumunda Azərbaycanın Baş naziri Əli Əsədovun səsləndirdiyi fikirlər də eyni xətti davam etdirir. Baş nazir bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilən razılaşmalar regionda dayanıqlı əməkdaşlığın təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Rəsmi Bakının işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırması siyasi etimadın möhkəmlənməsi deməkdir. Bu, gələcəkdə kommunikasiyaların bərpası, sərhəd ticarətinin genişlənməsi və Zəngəzur dəhlizinin (TRIPP) açılması kimi proseslərə real zəmin yaradır.

Prezident İlham Əliyevin Qazaxıstanda həmçinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları regionun gələcək kommunikasiya xəritəsini müəyyənləşdirir: “Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”. Bu, Cənubi Qafqazı birləşdirən geopolitik qütb balansını dəyişən strateji dəhlizdir. Regiondakı bütün iqtisadi və diplomatik tənliklər bundan sonra bu xəttin üzərində qurulacaq. Məhz tranzit qadağasının aradan qalxması fonunda TRIPP vasitəsilə Ermənistanla növbəti illərdə tranzit əməliyyatları imkanları müzakirəyə açıq olacaq.

Azərbaycanın bu addımı klassik “postmünaqişə” dövlət modelinə sığmır. Bakı sülhü nəticə kimi deyil, proses kimi qəbul edir. Bu proses həm iqtisadi, həm psixoloji, həm də geosiyasi müstəvilərdə paralel şəkildə gedir. Cənubi Qafqazda sülh artıq təklif yox, siyasət formasıdır. Bu siyasətin memarı Azərbaycandır. Prezident İlham Əliyevin bəyanatları isə yeni reallığın siyasi kodudur. Sabitlik bir dövlətin marağı deyil, regionun gələcəyi üçün qurulan ümumi sistemə çevrilsə, daha effektiv nəticə verər. Azərbaycan məhz bu sistemi qurmaqda qərarlıdır.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Təbii ki, bu yüklər birbaşa Ermənistana daxil olmur, əvvəlcə Gürcüstana yönəlir, sonra Gürcüstandan Ermənistana keçir. Lakin Ermənistan üçün bu həyati nəqliyyat yoludur. Çünki indiyə qədər bütün yükdaşımalar, demək olar ki, Lars vasitəsilə həyata keçirilirdi. Orada yolun darlığı və ya hər hansı bir hadisəyə görə gedişin dayandırılması Ermənistan üçün ciddi çətinliklər yaradırdı.

Üstəlik, elə mallar var ki, onları yük avtomobilləri ilə daşımaq həm bahalıdır, həm də çətindir. Məsələn, daş kömür, taxta, neft məhsulları və s. Azərbaycan tərəfi təxminən 1997-1998-ci illərdə Gürcüstandan keçib Ermənistana yönələn daşınmalara qəti qadağa qoymuşdu. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. İndiyə qədər dəfələrlə deyirdilər ki, Azərbaycan Ermənistanı nəqliyyat blokadasında saxlayır, amma indi açıq şəkildə göstərildi ki, heç bir blokada yoxdur.

Sadəcə olaraq, dəmir yolu Zəngəzur dəhlizində (TRIPP) hələ tam bərpa olunmayıb. Avtomobil yolu isə mövcuddur və o yoldan istifadə, yəni Naxçıvanla əlaqələri yaratmaq mümkündür. Düşünürəm ki, Ermənistanla ciddi danışıq aparmaq lazımdır ki, dəmir yolu bərpa olunsun, amma avtomobil yolu da istifadə edilsin. Həmin yol üzrə 20-50 avtomobil birlikdə hərəkət edə bilər. Azərbaycan sərhədçiləri və gömrükçüləri ilə erməni tərəfi həmin prosedurları həyata keçirə bilərlər. Fərz edirəm ki, bu məsələ də müzakirə oluna bilər.

Qafan ilə Gorus arasındakı yolun 20 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir. Bakı bir müddət bu yolu ermənilərin istifadəsinə açmışdı, lakin sonradan, məsələn, İran tərəfindən benzin daşıyan maşınlar Qarabağa Azərbaycanın icazəsi olmadan daxil olmağa çalışdıqda yol bağlandı. Hər halda, indiki mərhələdə rəsmi Bakının atdığı bu addım təqdirəlayiqdir. Demək olar ki, Azərbaycan ürək genişliyi nümayiş etdirərək, birtərəfli qaydada tranzitə icazə verdi. İndi növbə Ermənistandadır.

Tacir SADIQOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri