Icma.az
close
up
RU
Sülh masasındakı iqtisadi maraqlar...

Sülh masasındakı iqtisadi maraqlar...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hərbi-siyasi detallar arxa plandadır

Bu gün Rusiya-Ukrayna müharibəsinin yekunlaşması fərqli müstəvidə müzakirə olunur - burada əsasən iqtisadi amillər özünü büruzə verir, hərbi-siyasi detallar isə arxa plana keçir. Bu, Tramp administrasiyasının məsələyə münasibətində özünü bariz şəkildə ortaya qoyur. Artıq Zelenski hakimiyyətinə iqtisadi kriteriyalar üzərindən sülh təklif olunur. Rəsmi Kiyev isə həm ABŞ, həm də Aİ-nin Rusiya ilə müharibənin davam etməsində maraqlı olmadığını və masa arxasına oturmaqdan başqa çarəsinin qalmadığını dərk edir.

İqtisadi əməkdaşlıq - Kiyev üçün imkanlar yaranır

KİV-lərin məlumatına görə, Ukrayna Prezidentinin bu yaxınlarda ABŞ-a rəsmi səfəri gözlənilir. İddia olunur ki, səfər çərçivəsində Kiyev və Vaşinqton arasında iki saziş imzalanacaq - Ukrayna ərazisindəki  mineral ehtiyatların istismarı və İnvestisiya Fondunun yaradılması ilə bağlı saziş gündəm mövzusuna çevrilib. Artıq bir müddətdir ki, iki dövlət arasında bu istiqamətdə intensiv danışıqlar aparılır.

Zelenski son mətbuat konfrasında bəyan edib ki, ikinci saziş ilə bağlı müzakirələr daha ciddi və çətin olacaq: “Fondla bağlı sövdələşmə planlaşdırılıb. Orada tərəfdaşlıq münasibətləri, maliyyə və digər məsələlər dəqiqləşdiriləcək”. O, vurğulayıb ki, ABŞ və Ukrayna arasında imzalanması planlaşdırılan nadir metallarla bağlı saziş gəlirin 50 faizinin kompensasiya edilməsini nəzərdə tutur: “Mənim üçün vacib olan bizim borclu olmamağımızdır, sazişdə də nə 500, nə 350, nə də 100 milyard dollarlıq borc qeyd olunub. Bu, bizə qarşı ədalətsizlik olardı”. Ukrayna prezidenti bir məqamı da qeyd edib ki, fondla bağlı sövdələşmə Ukraynanın maraqlarının nəzərə alındığı tərəfdaşlıq layihəsidir.

Eyni zamanda ABŞ-ın maliyyə naziri Skot Bessent “Financial Times”a yazdığı məqaləsində qeyd edib ki, Vaşinqton resursları idarə etmək üçün xüsusi fond  yaratmağı təklif edir - Ukrayna istehsaldan əldə olunacaq gəlirlərin üçdə ikisini fonda verəcək. Bu da təxminən 500 milyard dollara bərabərdir. ABC-ın “This Week” verilişinə müsahibə verən Respublikaçı Mayk Louler isə deyib ki, Zelenski Tramp administrasiyası ilə iqtisadi əməkdaşlıq etməlidir: “ABŞ Ukraynanı dəstəkləmək üçün yüz milyardlarla dollar sərmayə qoyub və bu müharibə nəhayət başa çatdıqda, Ukraynanın yenidən qurulması üçün əhəmiyyətli investisiyalara ehtiyacı olacaq”.

Sözsüz ki, Ukraynada mineral ehtiyatların istismarı birbaşa ABŞ şirkətləri tərəfindən həyata keçiriləcək - ehtiyatlardan əldə olunacaq milyardlarla dollar dəyərində gəlir isə İnvestisiya Fonduna yatırılacaq. Fond  isə gəlirləri zaman-zaman həm Ukraynanın ABŞ-a olan borclarını bağlayacaq, həm də Ukraynada müharibənin fəsadlarının aradan qaldırılmasına - ölkədəki şəhərlərin və qəsəbələrin bərpasına, sənaye və enerji obyektlərinin yenidən qurulmasına sərf olunacaq. Bu o deməkdir ki, burada ABŞ-la yanaşı Ukrayna da qazanclı çıxacaq. Ən önəmli məqam isə Ukrayna bununla ABŞ-dan təhlükəsizlik zəmanəti də alacaq, yəni ABŞ şirkətlərinin Ukraynada fəaliyyət göstərəcəyi təqdirdə münaqişənin yenidən alovlanması qeyri-mümkün olacaq - Vaşinqton buna imkan verməz.

Ekspertlər hesab edirlər ki, regionda münaqişə dondurulmuş vəziyyətdə davam etsə belə, Vaşinqton ilə Kiyev arasında yeni iqtisadi əməkdaşlıq Ukrayna üçün münasib imkanlar yaradacaq - bu, ölkənin həm dirçəlməsində, həm iqtisadi inkişafında, həm də təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

ABŞ Rusiya ilə də bu sahədə əməkdaşlıq etmək istəyir

Tramp ABŞ-Rusiya münasibətləri ilə bağlı son çıxışında Vaşinqtonun Moskva ilə böyük iqtisadi layihələr üzərində işləməyə hazır olduğunu bildirib - o, qeyd edib ki, bu istiqamətdə ikitərəfli danışıqlar aparılır: “Mən birbaşa Rusiya Federasiyasından özümüz  üçün faydalı nəsə almaq istəyirəm. Biz Rusiya ilə iqtisadi inkişafla bağlı bir neçə müqavilə bağlamağa çalışırıq. Rusiyanın  nadir torpaq metalları, digər böyük resursları var, biz onları istəyirik”.

Kremlin Trampın təklifinə reaksiyası gecikməyib - Rusiya prezidentinin biznes və investisiya üzrə xüsusi nümayindəsi Kiril Dmitriyev bildirib ki, Rusiya tərəfi ABŞ-la iqtisadi əməkdaşlığa hazırdır. Putin də Trampın təklifinə müsbət yanaşıb  - o bildirib ki, Rusiya ABŞ-la nadir torpaq ehtiyatlarının istismarı sahəsində birgə əməkdaşlıq etməyə hazır olacaq: “Rusiya nadir torpaq metal ehtiyatlarına görə dünya liderlərindən biridir.  Moskva öz mineral ehtiyatlarının yeni regionlarda işlənməsi üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazırdır” - deyə Putin onu da vurğulayıb ki, Rusiya ABŞ bazarına 2 milyon ton alüminium tədarük edə bilər.

Hazırda ABŞ ilə Rusiya arasında gedən danışıqlar prosesində müzakirə olunan ən mühüm məsələlərdən biri ikitərəfli iqtisadi münasibətlərin bərqərar olunmasıdır - həm Ağ Ev, həm də Kreml anlayır ki, bu istiqamətdə ortaq maraqların bölüşdürülməsi hər iki ölkə arasında böyük investisiya layihələrinin həyata keçməsinə və hər iki ölkənin qlobal bazarda birgə əməkdaşlığına yol açacaq. İlkin razılaşma mineral ehtiyatların istismarından başlaya bilər. 

Trampın geoiqtisadi hədəfləri 

Tramp administrasiyasının həm Ukraynada, həm də Rusiyada nadir torpaq elementlərinin istismarında maraqlı olması birbaşa geoiqtisadi hədəflərə söykənib - ABŞ-a həm regional, həm də beynəlxalq səviyyədə iqtisadi mənfəət qazandırmaq. Ağ Ev Ukraynadakı mineral ehtiyatların istismarından əldə olunacaq gəlirlərlə Kiyevin Vaşinqtona olan borclarını bağlamaq, Rusiyadakı ehtiyatların istismarına gəlincə, Moskva ilə böyük iqtisadi layihələr həyata keçirməklə ABŞ-ın şirkətlərinə milyardlarla dollar vəsait qazandırmaq niyyəti güdür. ABŞ-ın beynəlxalq rəqabətdə rolunu daha da gücləndirmək hazırki administrasiya üçün ilkin prioritetdir. Bu baxımdan ABŞ-ın digər regionlardakı mineral sərvətlərə də maraq göstərəcəyi istisna deyil.

Avropa da oyundan kənar qalmaq istəmir

ABŞ-ın ardınca Avropa İttifaqı da Ukraynaya “kritik əhəmiyyətli” faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlıq haqqında saziş bağlamağı təklif edir - Avropa Komissiyasının sənaye strategiyasına cavabdeh olan Stefan Sejourne bildirib ki, Ukrayna Aİ sənayesini 30 mineraldan 21-i ilə təmin edə bilər. 

Təbii ki, Ukraynanın çıxılmaz durumda olduğunu görən Aİ də vəziyyətdən sui-istifadə etməyə çalışır. Rəsmi Brüssel Kiyevə onunla da belə bir sazişin imzalanmasına sövq edə, hətta öz kriteriyalarına uyğun investisiya fondunun təsis edilməsini təklif edə bilər. Aİ çox yaxşı başa düşür ki, Ukraynadakı nadir torpaq elementləri həm Rusiyaya, həm də ABŞ-a milyardlarla dollar mənfəət qazandıracaq. Bu baxımdan Aİ də Ukraynadakı imkanlardan yararlanmaq istəyir. 

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see504

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see416

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see279

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see258

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see217

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see214

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see199

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see191

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see181

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see178

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see175

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see173

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see171

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see167

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see165

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see164

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see163

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see159

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see156

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri