Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsindən əziyyət çəkən Avropa İttifaqının sülh masasındakı yerini ABŞ tutur

Rusiya Ukrayna müharibəsindən əziyyət çəkən Avropa İttifaqının sülh masasındakı yerini ABŞ tutur

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib. EU Observer-in məlumatına görə, təkliflərin yayın əvvəlində təqdim ediləcəyi proqnozlaşdırılır. Lakin Aİ yenə də ABŞ, Rusiya və Ukrayna arasında sülh danışıqlarının necə inkişaf edəcəyini nəzərə alacaq. Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı müzakirələr Moskva və Kiyevin Vaşinqtonla apardığı münaqişənin həlli danışıqları fonunda intensivləşib. Bununla belə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini ən azı iyulun 31-dək, bütün üzv ölkələrin məhdudiyyətlərin uzadılmasına səs verməli olacağı vaxta qədər dəyişməyəcək.Bu günə qədər Rusiyaya qarşı tətbiq olunan 16 sanksiya paketinin hansısa təsiri olubmu?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinin gedişatına Amerika Birləşmiş Ştatları ilə ən azından görüntü olaraq fərqli düşündüyünü demək olar.

Xəyal Bəşirov

“Ukrayna mövzusunda sanki Avropa İttifaqı özünü prosesdən kənarda qalan tərəf kimi görür və buna görə hətta Cozef Baydenin hakimiyyətdə olduğu dönəmdə daha aktivlik nümayiş etdirməyə çalışırdılar. Bu da təbii ki, anlaşılan vəziyyətdir. Çünki Ukraynada baş verən müharibənin ilk təhdid yaratdığı region elə Avropanın özüdür. ABŞ onsuz da okeanın o tayındadır. Təhlükəsizlik baxımından, müharibə baxımından, iqtisadi baxımdan Rusiya-Ukrayna müharibəsi Avropanı daha çox narahat edir və etməlidir, nəinki Amerika, Birləşmiş Ştatlarını. Düzdür, ABŞ fövqəldövlət sayılır. Dünyada baş verən proseslərə müdaxilə etmək imkanlarını və istəklərini bilirik. Hər bir halda Avropa İttifaqının Rusiyaya qarşı bu sanksiyalar paketini yeniləməsi və davam etdirməsi də anlaşılandır. Çünki Ukraynada müharibə bitməyib, müharibə davam edir. Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddət və hətta ondan sonra belə nəticələr Avropa İttifaqını qane etməsə, bu məhdudiyyətlər davam etdiriləcək”-deyən politoloq qeyd edib ki, bu sanksiyalar paketinin davam etdirilməsi Ukraynaya dəstəyin davam etdirilməsi görüntüsünü yaratmaqla yanaşı, prosesdə “Avropa İttifaqı da söz sahibidir”, amilini diqqətə çatdırmaq baxımından əhəmiyyət kəsb edir.

Xəyal Bəşirov hesab edir ki, Rusiyaya qarşı bu addımları atmaqda, həm də Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya-ABŞ arasında gedən danışıqlar prosesinə özlərinin də tərəf kimi daxil edilmələrinə cəhd göstərirlər: “Birmənalı şəkildə bu prosesdən kənarda qalmamaq, Rusiya-Ukrayna müharibəsinin bitməsi nəticəsində Ukraynada və ümumiyyətlə bu prosesdə söhbət birbaşa maddi dividentlərdən getməsə də, ümumilikdə prosesdən özlərinə çatacağını əldə etmək baxımından onlar üçün önəmlidir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri