Icma.az
close
up
RU
Sülh müqaviləsi nə vaxt imzalana bilər? AÇIQLAMA

Sülh müqaviləsi nə vaxt imzalana bilər? AÇIQLAMA

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqelərinin bir-birinə kifayət qədər yaxınlaşdığını bildirib. 

Dövlət başçısı sülh müqaviləsinin mətninin 17 paraqrafdan ibarət olduğunu və tam razılaşdırıldığını deyib:

"Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir", - deyə Prezident İlham Əliyev əlavə edib.

Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyan isə bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, konstitusiyanın yeni mətni üzərində işləyirlər. O, bu prosesin 8-10 aydan tez başa çatmayacağını vurğulayıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi doğrudan da, ciddi işdir:

"Açıq desək, ermənilər son zamanlarda bir çox məsələlərdə bizi başa düşüblər. Həmçinin bu məsələdə də şərtimizin həyata keçirilməsi üçün addımlar atmağa başlayıblar. Onlar maksimum müddət kimi götürüb 8-10 ay deyirlər, amma gecə-gündüz işləsələr, 5-6 ay ərzində konstitusiya layihəsinin mətnini hazırlaya bilərlər.

Bundan sonra, onlar referendum da keçirməlidirlər. Referendumun keçirilməsi də təxminən 2-3 ay vaxt aparır. Buna qədər ermənilər referendumun keçirilməsini və konstitusiyaya dəyişikliyin edilməsi işlərinin 2027-ci ilədək yekunlaşacağını bildirirdilər.

Artıq 2027-ci ildən 8-10 aylıq bir müddətə qədər eniblər. Bu, özü də çox böyük bir nailiyyətdir. Eyni zamanda, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin bu məsələyə ciddi yanaşmasının nəticəsidir.

Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya işləri də davam etdirilə bilər", - deyə Q.Hüseynli qeyd edib.

Murad İbrahimli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri