Icma.az
close
up
RU
Sülh müqaviləsi tez imzalanmalıdır: Ermənistanın əsas imtahanı 2026 da olacaq

Sülh müqaviləsi tez imzalanmalıdır: Ermənistanın əsas imtahanı 2026 da olacaq

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Natiq Cəfərli:  “Əfsanəvi xəritələrlə yaşayan cəmiyyətin gələcəyi yoxdur. Tarix deyil, reallıq qalib gələcək”

“Paşinyan Ermənistan cəmiyyətini sağaltmağa çalışır”

“Azərbaycanın yol polisi belə İrəvana qədər gedər”

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə müxalifətini hiddətləndirən açıqlamalarla çıxış edib. Baş nazir deyib ki, 44 günlük müharibə nəticəsində daha suveren, daha müstəqil, daha özünü təmin edən bir dövlət əldə ediblər. Baş nazir müharibədən sonra Rusiya sərhədçilərinin Ermənistanın İranla sərhəd-keçid məntəqəsi və “Zvartnots” beynəlxalq hava limanından çıxarılmasına diqqət çəkib: “Sərhədçilərimiz Ermənistan Respublikasının bütün sərhəd-keçid məntəqələrində öz vəzifələrini yerinə yetirəcəklər, bu, çox məntiqlidir. Çünki biz müstəqil dövlətik və orada bizim sərhədçilərimiz dayanmalıdır. Mən bu qərarı 2024-cü ildə vermişəm. 2019-cu ildə (Ermənistan daxilində) siyasi və hər cəhətdən daha güclü və möhkəm göründüyüm zaman bu qərarı verə bilərdimmi? Xeyr, mən o qərarı 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə verə bilməzdim". Paşinyan sosial şəbəkədə erməni istifadəçilərlə də mübahisə edib. Artur Soqoyan adlı erməni Paşinyanı “Qarabağı satmaqda”, “Azərbaycana işləməkdə” ittiham edib. Paşinyan da şərh bölməsində ona cavab verib: "Mən türkün ayaqlarını yalayıram? Qarabağı mən satmışam? Bu və digər suallarınıza cavab vermək üçün sizi və belə düşünən hər kəsi “Təhsil dəbdədir” hərəkatının toplantılarına dəvət edirəm. Əminəm ki, sizi maraqlandıran suallara cavab tapacaqsınız". Daha sonra hökumətin iclasında çıxış edən Paşinyan bildirib ki, Ermənistanın keçmiş hakimiyyətlərinin nümayəndələri (sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı nəzərdə tutur – red.) talanla ələ keçirdiklərini yavaş-yavaş qaytaracaqlar: "Başqa variant yoxdur: heç yana qaça bilməyəcəklər. Dediyim kimi, bir dənə də olsun balıq və siçan sürüşüb aradan çıxa bilməyəcək. Artıq qaça bilmirlər, buna görə səs-küy salırlar, nizamsız hərəkətlər edirlər". Paşinyan əlavə edib ki, onların hakimiyyəti dövründə qeyri-qanuni yolla mənimsənilən bəzi əmlaklar artıq geri qaytarılıb: "Bundan sonra qanunsuz mülkiyyətdən danışarkən onun kimə məxsus olduğu göstəriləcək. Mən bunu hər dəfə vurğulayacağam. Biz nəinki mülkləri, həm də bunlarla əlaqəli insanları öz adları ilə çağıracağıq ki, yanlış şərhlər olmasın".


ReAL Partiyasının sədri Natiq Cəfərli deyib ki, Nikol Paşinyan reallığı qəbul edərək, erməni mifologiyasının mənbəyi revanşistlərlə, kilsə ilə mübarizə apararaq, Ermənistanı “sağaltmağa” çalışır. Partiya rəhbərinin sözlərinə görə, bu komanda Ermənistana normallaşmaq üçün bir şansdır: 


"Tələbələri belə “zəhərlənmiş”, monoetnik toplumun “sağalması” çətin prosesdir. Mifologiya bu toplumun “genlərinə” işləyib. Hələ də guya 300 min kv.km. ərazisi olan “tarixi” Ermənistandan danışanlar var. Bu “əraziyə” Türkiyənin, Azərbaycanın, Gürcüstanın bir hissəsi “daxildir”. Həmin xəstə təfəkkürlü insanlara sual vermək lazımdır ki, ay biçarələr, cəmi 3 milyon əhaliniz var, fantastik və absurd ssenari təsəvvür edək və deyək ki, 300 min kv.km. ərazisi olan Ermənistan qurdunuz. Belə bir mifik ölkənin sərhədlərini necə qoruyacaqsınız?! Bütün əhalinizi sərhədlərə düzsəniz belə qoruya bilməzsiniz. NATO-nun Avropa hissəsinin ən güclü ordusu olan Türkiyədənmi ərazi istəyirsiniz?! Azərbaycanın möhtəşəm əsgəri bir qırağa, yol polislərimiz belə İrəvana qədər gedib çıxarlar, bunu anlamırsınızmı?! Hələ mən uzun illərdir Türkiyə tərəfindən təlim görən, standartları yüksələn Gürcüstanı demirəm. Sizlər heç onlarla belə bacara bilməzsiniz. Görünür, Rusiyanın Ermənistanda revanşistləri qızışdırmağa çalışdığı dövr yenidən başlayır. Provokatorların “ideya babası” da ruslardır. Paşinyan və komandası cəmiyyətin “sanitarları"dır, uğurları da var. Cəmiyyətin böyük qismi “sağalıb”, amma hökumətin əsl imtahanı 2026-cı ilin seçkiləri olacaq. Əgər o seçkiləri Paşinyan və komandası udsa, artıq əminliklə demək olacaq ki, Ermənistan cəmiyyəti “sağalıb”, revanşistlər “marginallaşıb” və təsirlərini tam itiriblər. Bunun üçün biz də bəzi addımlar atmalı, sülh müqaviləsini seçkilərə qədər imzalayaraq, Ermənistanın normallaşmasına öz töhfəmizi verməliyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri