Icma.az
close
up
RU
Ermənistanın Konstitusiyası sülh sazişi üçün əsas maneədir ŞƏRH

Ermənistanın Konstitusiyası sülh sazişi üçün əsas maneədir ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı irəliləyiş əldə olunsa da, hələ bəzi məsələlər həll olunmamış qalır. Bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

Məsələ ilə əlaqədar Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov qeyd etdi ki, sülh sazişinin imzalanmasının qarşısında duran əsas maneə Ermənistan Konstitusiyasındakı müddəalardır. 

"Sülh sazişi layihəsinin əvvəl 16 maddədən ibarət olduğu və onun 13-nün razılaşdırıldığı bildirilirdi. Sonradan 17 maddə olduğu deyildi. İndi 15 maddə razılaşdırıb, razılaşdırılmayan iki maddə barədə nə Azərbaycan, nə də erməni tərəfi məlumat verir və verə də bilməz. Çünki danışıqlar konfidensial aparılır. Ancaq sülh sazişinin imzalanmasının qarşısında ən böyük maneə Ermənistanda konstitusiyadır. Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad var və o bəyannamədə də Qarabağın Ermənistanla birləşməsi elan olunur. Azərbaycan dəfələrlə tələb edib ki, bu müddəa Ermənistan Konstitusiyasından çıxarılsın. Amma Ermənistan buna getmək istəmir, iddia edir ki, bunun üçün referendum keçirilməlidir. Halbuki Ermənistan Konstitusiyasının 202-ci maddəsində referendum keçirilməli olan maddələr və fəsillər sadalanır. Orada preambula yoxdur. Yəni preambulanın dəyişdirilməsi üçün üç dəqiq səs çoxluğu kifayətdir. Paşinyanın da çoxluğu mövcud olsa da, nədənsə Azərbaycanın tələbi ilə preambulada dəyişiklik eləmək istəmir. Seçkilərdən sonrakı dövrdə bunu edəcəyini deyir. Seçkilər də 2026-cı ildə keçirilməlidir".

Politoloq hesab edir ki, əgər bu proses belə davam etsə, 2025-ci ildə sülh sazişinin imzalanması mümkün olmayacaq. 

"Ancaq ümid edək ki, ABŞ-də yeni prezidentin seçilməsi ilə bu prosesi sürətləndirmək mümkün olacaq və erməniləri konstruktiv mövqeyə gətirib çıxaracaqlar. Düzdür, Ermənistan konstitusiyada olan problemləri Konstitusiya Məhkəməsinin həll etdiyini iddia edir. Çünki delimitasiya komissiyaları haqqında reqlament təsdiq edilərkən, Ermənistan Konstitusiyasının yalnız yazılanlardan ibarət olduğu bildirilib. Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qəsd, iddia yoxdur. İndi Ermənistan istəyir ki, biz bunu kifayətedici bir arqument sayaq və hesab edək ki, Ermənistanın Azərbaycana olan ərazi iddiaları artıq konstitusiyada yoxdur. Ancaq bu cür təkliflərdənsə, yaxşı olardı ki, o preambuladakı bir cümlə - Müstəqillik Bəyannaməsinə istinad oradan çıxarılsın və bununla da problem həll edilmiş olar. Bunu da parlamentdə üçdə iki səs çoxluğu ilə reallaşdırmaq mümkündür. Ermənilər hələ ki, bunu etmək istəmirlər və proses uzanır", - deyə A.Səmədov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri