Icma.az
close
up
RU
Sülh sazişi nə vaxt imzalanacaq? “Ermənistanda vəziyyəti qarışdırmağa çalışacaqlar”

Sülh sazişi nə vaxt imzalanacaq? “Ermənistanda vəziyyəti qarışdırmağa çalışacaqlar”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Sülh sazişinin imzalanması prosesində əsas maneə Ermənistanın konstitusiyasında hələlik dəyişikliklərin aparılmamasıdır. Azərbaycan sənədin imzalanmasına hazır olsa da, bunun baş verməsi üçün İrəvanın daxili siyasi addımlar atması vacibdir".

Bunu "Yeni Sabah"a politoloq Oqtay Qasımov bildirib:

“Əgər Paşinyan hakimiyyəti qısa müddətdə bu məsələni həll edə bilsə, sazişi ən qısa zamanda imzalamaq mümkündür. Amma hazırkı dövrdə bu, bir ilə qədər davam edə bilər, çünki Paşinyanın müəyyən risklərə gedəcəyini düşünmürəm", - deyə politoloq vurğulayıb.  Dominos pizza

Oqtay Qasımov əlavə edib: "Qarşıda Ermənistanın seçkiləri var. Seçkilərdən sonra bu məsələlər öz həllini tapa bilər. Həm də yalnız Paşinyan qələbə qazandığı təqdirdə.

Nəzərə alsaq ki, Rusiya və İran da bu məsələdən çox narazıdırlar, onlar Azərbaycana təsir göstərməkdən daha çox Ermənistanda vəziyyəti qarışdırmağa çalışacaqlar. Paşinyan bu təzyiqlərə tab gətirsə və prosesi irəli aparsa, seçkilərdən sonra bunu həyata keçirmək mümkündür”.

Politoloq qeyd edib ki, mümkün variantlardan biri Paşinyanın növbədənkənar parlament seçkisi keçirməsidir:

“Bu halda proses bir neçə ay sürətləndirilə bilər. Yaxud Ermənistanda şərtlər imkan verərsə, konstitusiya dəyişiklikləri seçkilərlə birgə keçirilə bilər. Amma bu ehtimal olduqca azdır. Çünki Paşinyanın referendum məsələsində bu qədər riskə gedəcəyini düşünmürəm. Bu məsələ Ermənistan cəmiyyəti üçün olduqca həssasdır”.

Oqtay Qasımov əlavə edib ki, keçən ilin iyul ayında Azərbaycanın təklifi ilə kommunikasiya xətlərinin açılması məsələsi sülh müqaviləsinin mətnindən çıxarılıb və ayrıca müzakirə mövzusuna çevrilib:

“Zəngəzur dəhlizi məsələsində qərarı Ermənistan verdiyindən, bu məsələ ikitərəfli qaydada öz həllini tapıb. Prinsip etibarilə, artıq razılaşma əldə olunub və müqavilə çox güman ki, hazırdır. Anlaşılan odur ki, bu istiqamətdə müzakirələr uzun müddətdir davam edib. Sadəcə bundan sonrakı mərhələ texniki məsələlərdən ibarət olacaq. İnşaat işlərinin başlanması və təhlükəsizliklə bağlı məsələlər gündəmdə olacaq”.

Rəvan Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri