Icma.az
close
up
RU
105 il əvvəl… Paris Sülh Konfransında

105 il əvvəl… Paris Sülh Konfransında

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamədə elan edilmiş prinsiplər  –  Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı. 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi de-fakto tanındı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən

Bakı şəhəri, 29 dekabr 2000-ci il

Nə yaxşı ki, o zaman Emmanuel Makron yox idi 

Əsas məqsədimizə keçməzdən öncə sərlövhədəki “nə yaxşı ki” ifadəsini  azı iki – üç dəfə təkrar eləmək zərurəti yaranır. “Nə yaxşı ki” informasiya texnologiyaları bu şəkildə inkişaf etdirilib və hamımız üçün əlçatandır. “Nə yaxşı ki” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi mövcuddur və mütəxəssislərimiz oradan istifadə edərək milli tariximizin bütün səhifələri barədə geniş oxucu kütləsinə lazım olan materialları çatdırırlar. “Nə yaxşı ki” son iki əsrdəki ilk müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınması faktının 105 illiyini işğaldan, separatçılıqdan, terrordan, təxribatlardan azad edilmiş qüdrətli Azərbaycan dövlətində, Zəfər bayrağı altında qeyd edirik. 

Bu bir faktdır ki, milli tariximizin ən dəyərli səhifələrindən biri Azərbaycan Xalq Cümhuriyyərinin elan edilməsi idi. Ancaq XX əsrin əvvəlləri elə bir dövr idi ki, müstəqilliyini elan etmiş ölkənin öz yolunu davam etdirə bilməsi üçün hansısa hegemon dövlətlərin “razılığı” olmalı idi. Başqa sözlə, bu müstəqillik beynəlxalq aləm tərəfindən tanınmalı idi. Nə yaxşı ki, siyasətçi və diplomatlarımızın yorulmaz və səmərəli fəaliyyəti nəticəsində gənc müstəqil dövlətimizin dünya ictimaiyyəti tərəfindən tanınmasına da nail olmuşduq. Bu il yanvarın 10-da həmin tanınmanın 105 illiyini qeyd edirik. 

…Yuxarıda adını çəkdiyimiz mənbələrə istinad edən alimlər yazırlar ki, çar Rusiyasının süqutundan sonra məhz həmin ərazidə  yeni yaranmış müstəqil  dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyəti də dünya dövlətləri tərəfindən tanınmaq, beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olmaq, respublikanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək baxımından Paris Sülh Konfransına böyük ümid bəsləyirdi.

Xatırladaq ki,  Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar, 1920-ci il) – Birinci Dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədilə “Antanta” ölkələri və ABŞ-ın Parisdə çağırdıqları böyük sülh toplantısı idi. Tədbirdə  27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu “Böyük dördlük” –  ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniyanın baş naziri Lloyd Corc və Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlando oynayırdılar. Məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. 

Qeyd edilir ki, Azərbaycan hökumətinin nümayəndələri Qafqazdakı müttəfiq qoşunlarının komandanlığı ilə  danışıqlar zamanı gənc müstəqil dövlətimizin həmin  beynəlxalq sülh konfransında iştirakına təminat almışdılar. Üstəlik, general Tomson Azərbaycan hökumətinə yazılı şəkildə bildirmişdi ki, bütün mübahisəli ərazi məsələləri sülh konfransının qərarı ilə həll ediləcəkdir. Beləliklə, 1918-ci il dekabrın 26-da təşkil olunmuş yeni Azərbaycan hökumətinin ilk addımı dekabrın 28-də Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini və statusunu müəyyənləşdirmək oldu. Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov sülh konfransına gedəcək heyətin başçısı, Məmməd Həsən Hacınski isə onun müavini təyin edildi.

Tarixi sənədlərdə oxuyuruq ki, 1919-cu ilin dekabrında Əlimərdan bəy Topçubaşov başda olmaqla Versaldakı Azərbaycan diplomatik missiyası Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Cəmiyyətinə qəbul edilməsi barədə memorandum hazırlayıb cəmiyyətin katibliyinə təqdim etmişdi. Azərbaycan məsələsi Millətlər Cəmiyyətinin üçüncü komissiyasının müzakirəsinə verilmiş, komissiyanın qoyduğu şərtlər daxilində Cənubi Qafqaz respublikaları de-yure tanınmadığı və aralarında ərazi məsələləri sabit olmadığı üçün onların Millətlər Cəmiyyətinə qəbul edilmələri məsələsi müvəqqəti dayandırılmışdı. 

Ancaq 1920-ci ilin əvvəllərində Qafqazda bolşevik təhlükəsi ilə bağlı yaranmış vəziyyət Azərbaycanın və Gürcüstanın müstəqilliyinin tanınmasını təxirəsalınmaz etmişdi. Bu məqsədlə Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Müttəfiqlərin Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə qəbul edilmiş qərarda göstərilirdi ki, “müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”. Bildirilir ki, Yaponiya bu qərara fevralın 7-də  qoşulmuş, ABŞ isə qərara qoşulmaqdan rəsmi olaraq imtina etmişdi. 

1920-ci il yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə dəvət edilmiş,  Azərbaycanın de-fakto tanınması barədə Paris Sülh Konfransının rəsmi qərarı Əlimərdan bəy Topçubaşova təqdim olunmuşdu. Yəqin ki, diqqətli oxucu buradakı mühüm tarixi faktın fərqinə vardı. Birinci dünya müharibəsində qalib gəlmiş ölkələr Cənubi Qafqazda Azərbaycan və Gürcüstan adlı iki dövlət tanıyırdılar. Ermənistan adlı dövlət isə onlar üçün yox idi. Yəni qədim Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistan dövlətinin Cənubi Qafqaza Rusiya tərəfindən sırıdıldığını yazanlar tamamilə haqlıdırlar. 

Bildirilir ki, Azərbaycanın müstəqilliyinin de-fakto tanınması barədə məlumatı Azərbaycan hökumətinə Böyük Britaniyanın Qafqazdakı səlahiyyətli nümayəndəsi  bildirmişdi. Onun yanvarın 12-də Tiflisdən göndərdyi teleqram alınan kimi Azərbaycan hökumətinin təcili iclası çağırılmış, yanvarın 13-də bu mühüm hadisə barədə hökumət məlumatı elan edilmişdi. Eyni zamanda, yanvarın 14-nün bütün Azərbaycanda bayram günü olduğu bildirilmişdir. Paytaxtda nümayişlərin, Azərbaycan Ordusunun hərbi paradının və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin təntənəli iclasının keçirilməsi haqqında qərar qəbul edilmişdi. Yanvarın 14-də isə hökumətin sədri Nəsib bəy Yusifbəylinin “Azərbaycan vətəndaşlarına müraciət”i elan olunmuşdu.

Xatırladılmalı başqa bir məqam isə ondan ibarətdir ki, Azərbaycan parlamentinin  yanvarın 14-də keçirilən təntənəli iclasında Böyük Britaniya, Gürcüstan, Estoniya və Polşanın diplomatik nümayəndələri də iştirak edirdilər. Təbrik nitqləri, müstəqilliyin tanınması ilə bağlı təbrik teleqramları dinlənildi. 

Daha bir mühüm məqama diqqət yetirək. Parlamentin həmin iclasının  sonunda ədliyyə naziri Xəlil bəy Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə amnistiya elan etmək haqqında hökumətin qərarını oxudu. Bu fakt isə  ilk milli dövlətimizin ruhundakı humanizm, insanpərvərlik  prinsiplərindən xəbər verirdi. 

Bu sətirləri ulu öndər Heydər Əliyevin fikirləri ilə başladığımız kimi, elə onun arqumentləri ilə yekunlaşdırırıq: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

İttifaq MİRZƏBƏYLİ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:289
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri