Icma.az
close
up
RU
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? “Mənə görə deyil”

Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? “Mənə görə deyil”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yeni Sabah"ın müsahibi Xalq artisti Rasim Balayevdir.

- Türkiyədə yaşayan Xalq artisti Cahangir Novruzov bildirib ki, sənət əxlaqının ona miras qoyduğu şərtləri qəbul edərlərsə, Azərbaycana gələrəm. Bu məsələyə münasibətiniz necədir? Gərək ki siz bu məsələyə artıq bir dəfə münasiət bildirmişdiniz...

- Cahangir Novruzovun "sənət əxlaqı" dedikdə, sırf nəyi nəzərdə tutduğunu bilmirəm, amma o, mütləq Azərbaycana qayıtmalıdır. Çünki böyük sənətkardır. Həm aktyor kimi, həm rejissor kimi, savadlı insan kimi ölkəmizə lazım olan şəxsdir. Mən hər zaman deyirəm ki, ona Azərbaycanda yer verilmədi.  pizza hut

- Əgər Cahangir Zeynalova teatrda yer verilsəydi, nəticələri necə olardı? 

- Bu gün hansısa bir teatrın direktoru və baş rejissoru ola bilərdi, amma bunu etmədilər. Teatr aləmimizin belə sənətkarlara ehtiyacı var idi. O, çox ağıllı rejissordur. Heyf ki, burada etməli olduğu işləri orada görür. Yaxşı gənclər yetişdirir. Kaş bütün bunları öz ölkəmiz üçün edərdi. Burada qalıb fəaliyyət göstərsəydi, bəlkə də bizim də teatr sahəsində böyük uğurlarımız olardı. 

- Doğum günüzü qeyd etdiniz. Hər hansı xüsusi bir hədiyyəniz oldumu?

- Yox. Xüsusi bir hədiyyəm olmadı. Yuvarlaq rəqəm deyildi. 77 yaşım oldu. Adətən, yubiley doğum günüm olanda dost-tanışla yığışıb nəsə edirdik. Bu dəfə ailəmizlə birlikdə qeyd etdik. 

- Yaxın günlərdə sülh sazişi bağlandı. Bundan sonra müharibə, Qarabağ haqqında nə kimi filmlər çəkməliyik?

- Bunu film çəkənlər daha yaxşı bilər. Çünki aktyoruq, film çəkilişi məsələlərinə baxmırıq. Filmi Kino Agentliyi çəkir. Onlar bu barədə suallarınızı daha yaxşı cavablandıra bilərlər. Amma hər halda müharibəni əks etdirən filmlər çəkməliyik. Döyüşlərdə iştirak edən igidlərimizi hər kəsə tanıtmalıyıq. Düşünürəm ki, planda var, ancaq nə vaxta hazır olacağını bilmirəm. Bu mövzuda bədii film mütləq çəkilməlidir. 

- Özünüzün müharibə filmləri ilə bağlı hər hansı bir təkifiniz varmı? 

- Xeyr. Mən rejissor deyiləm, amma rol təklifi alsam, sevərək qəbul edərəm. Təbii ki, yaxşı bir obrazı canlandırmaq şərti ilə.

- Serial təklifi də gəlsə qəbul edərsiniz? 

- Yox. Seriallara çəkilmərəm. Bu barədə düşünmürəm. Fikirləşirəm ki, serial sahəsi mənə görə deyil, amma yaxşı film təklifi gəlsə çəkilərəm. Düşünürəm ki, teatrda da oynaya bilmərəm.

- Hər rolu qəbul edərsiz, ya ssenari ilə tanış olub, rol haqqında hər şeyi öyrənib sonra qəbul edirsiniz?

- Təbii ki, qəbul etdiyim hər rol ilə öncədən tanış oluram. Özümü orada görürəmsə qəbul edirəm, yoxsa yox. Hər obrazı canlandıra bilmərəm. Mütləq şəkildə özümə uyğun olmalıdır. Əks halda mümkün deyil. İmtina etdiyim rollar da olub. İndi hər kəs bilir ki, hər təklifi qəbul etmirəm. Ona görə də ehtiyatlı davranırlar. Ssenarisi zəif olan layihələrdə iştirak etmirəm. Düşünürəm ki, görülən hər iş keyfiyyətli olmalıdır. 

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Avqust 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see171

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see158

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see146

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see146

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see139

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see136

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see124

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see121

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see119

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see118

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see118

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see117

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri