Icma.az
close
up
RU
SÜLH ŞURASI XXI ƏSRİN PARADİQMASIDIR!

SÜLH ŞURASI XXI ƏSRİN PARADİQMASIDIR!

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru

“Sülh Şurası güclü və parlaq insanların fantastik bir qrupudur”. Donald Tramp 

Sülh sözünün adı çəkiləndə ilk öncə Nobel Sülh mükafatı yada düşür. Alfred Nobel məşhur vəsiyyətnaməsindən: “Sülh üzrə Nobel mükafatı millətlərin dostluğuna xidmət edən, hərbi qarşıdurmaları aradan qaldıra bilən, eləcə də sülhpərvər qüvvələrin konqreslərini təşkil edən şəxslərə verilsin”. Və 1901-ci ildən başlayaraq göstərilən kriteriyalara guya əməl edən şəxslər və Beynəlxalq təşkilatlar bu mükafata layiq görülürlər. 5 sahə üzrə verilən Nobel mükafatları içərisində ən çox tənqid olunan Sülh üzrə laureatların seçimində yol verilən yanlışlıqlardır.

İndiki dünya düzənində sülhün alternativi yoxdur və nüfuzlu bir qurumun yaradılması olduqca vacib idi.

ABŞ Prezidenti Donald Tramp tərəfindən 15 yanvar 2026-cı ildə rəsmi olaraq Sülh Şurası yaradıldı . Sülh Şurası (Board of Peace) — dünyada sabitliyin təşviqi, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən təsirlənən ərazilərdə dayanıqlı sülh prosesinini dəstəkləmək üçün yaradılan beynəlxalq təşkilatdır.

Donald Tramp, 20 yanvar 2026-cı ildə Sülh Şurasını yaratmasının səbəbini də lazımınca əsaslandıra bilmişdir: “Birləşmiş Millətlər Təşkilatı arzu olunan məqsədlərə səy göstərmir və Sülh Şurası bu boşluğu doldurmaq üçün yaradılmışdır”. Azərbaycan həmtəsisçi olaraq 21 yanvar 2026-cı il tarixində təşkilata üzv olduğunu təsdiq etmişdir. Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib. İclasda ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: “...Siz 30 ildən sonra sülh şəraitində yaşamağı öyrənirsiniz, elə deyilmi? 30 il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz”. ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasından sonra yekun qətnaməni imzalayıb.

Ermənistanla Azərbaycan arasında yaranan münaqişənin baiskarı Mixail Qorbaçov və erməni millətçiləri oldu. Qorbaçov ətrafında olan Akanbekyan, Sitaryan və başqalarının təsiri altına düşdü. Və ermənilər Azərbaycana qarşı torpaq iddiası qaldırdılar. 1988-ci ildə Qərbi Azərbaycandan 200.000 soydaşımız qovuldu. Qarabağımızda ekosid, urbisid, genosid və kultursid kimi beynəlxalq cinayətlər törədildi. 1990-cı ilin 20 yanvarında Qorbaçovun əmri ilə Bakıda dəhşətli qırğın törədildi və elə həmin ildə ona Sülh üzrə Nobel mükafatı verildi. Onun “müəllifi” olduğu münaqişə nəticəsində 30 ildən çox müddətdə müharibə şəraitində yaşadıq. Doğma torpaqlarımızdan bir milyondan çox qaçqın düşənlər oldu, 10 minlərlə bacı qardaşımız insanlığa sığmayan vəhşiliklərlə öldürüldü.

Trampın BMT-nin fəaliyyətsizliyinin fonunda Sülh Şurasının yaradılması təşəbbüsü rasionaldır.

Nobel Sülh Komitəsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını 3 dəfə, Təşkilatın özünü və sülhməramlı qüvvələri mükafata layiq görüb.

Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kofi Annan 2001-ci ildə “daha təşkilatlanmış sülhün bərqərar olunması və bütün dünyada sülhün möhkəmlənməsinə verdiyi töhfələrinə görə” Sülh üzrə Nobel mükafatına layiq görülüb. Bütün dünya dedikdə Annanın fəaliyyət dairəsinə Qarabağ münaqişəsi daxil olmadı. Ermənistan Annanın Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etdiyi dövrdə (1997-2006-cı illərdə) də 4 qətnamənin heç birinə əməl etmədi. O isə, səhv etmirəmsə, bir dəfə də olsun, münaqişəni dilinə gətirmədi.

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında (25 sentyabr 2025-ci il) söylədiyi nitqdən: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı”. Dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər Donald Trampın Sülh Şurasının yaradılması ideyasının fəlsəfəsini ehtiva edir.

Hesab edirəm ki, Sülh Şurasının xüsusi mükafat Fondu da təsis edilməlidir. Bu, “Tramp sülh mükafatı” da adlandırıla bilər. Mükafat dünyada ədalətli sülhün bərqərar olunmasına verdikləri töhfələrə görə dövlət başçılarına, nüfuzlu ictimai-siyasi xadimlərə və beynəlxalq təşkilatlara verilməlidir.

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Fevral 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri