Icma.az
close
up
RU
Sülh təxirə salınır?

Sülh təxirə salınır?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanacağına və ratifikasiya ediləcəyinə ümid edir.

Paşinyan bu barədə hökumətin iclasında  deyib. Baş nazir Azərbaycanla sülh sazişinin imzalanmasının həm Ermənistan hökumətinin, həm də şəxsən onun qarşısında duran ən mühüm məsələlərdən biri olduğunu bildirib.

“Mən özüm üçün konkret vəzifə və qrafik müəyyənləşdirmişəm: 2031-ci ilədək bu məsələnin həllinə nail olmaq. Təbii ki, bu, bütövlükdə hökumətimizin və siyasi komandamızın da vəzifəsidir. Lakin Baş nazir kimi bunu şəxsi gündəliyim baxımından da çox vacib hesab edirəm”, - deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı belə bir imkanın olduğunu düşündüyünü vurğulayıb. Onun sözlərinə görə, əks halda bu məsələni gündəmə gətirməzdi.
Qeyd edək ki, bu, Paşinyanın ilk belə açıqlaması deyil. O, bu il iyunun 5-də də analoji bəyanatla çıxış edib. “Biz 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalamağı və təsdiqləməyi qarşıya məqsəd qoymuşuq”, - deyə Ermənistanın Baş naziri deyib. 

Halbuki, Nikol Paşinyan oktyabrın 13-də tamamilə fərqli açıqlama verərək tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına diqqət yönəltməyin lazım olduğunu bildirib. Onun bu sözləri qarşıdakı aylarda Ermənistanda konstitusiya referendumunun keçiriləcəyi və sülh sazişinin imzalanacağı kimi şərh olunub.

Lakin iki gün sonra Paşinyanın “2031-ci ilə qədər” ifadəsini dilə gətirməsi paradoksal məzmun yaradır və sülhün qısa müddətdə reallaşacağına ümidləri azaldır. Bu baxımdan, Paşinyanın yekun sülhə nail olunması üçün 2031-ci ili vəd etməklə nəyi nəzərdə tutduğu müxtəlif cür təhlil edilə bilər. Çünki Ermənistanın Baş naziri sülhdən imtina etmir və sənədin tezliklə imzalanaraq ratifikasiya edilməsinin vacibliyindən danışır. Əsas rəy isə bundan bundan ibarətdir ki, 2026-cı ildə Baş nazir seçilən Paşinyan 2031-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər bu vəzifədə  qalacaq.

Bununla da Paşinyan sülh sazişinin onun hakimiyyəti dövründə imzalanacağına və ratifikasiya ediləcəyinə işarə edir. Yəni Paşinyan bu məsələni növbəti hakimiyyətə miras qoymayacağını bildirmək istəyir. Əks təqdirdə, post-Paşinyan dövründə revanşist müxalifət hakimiyyətə gələrsə, sülh mümkün olmayacaq. Lakin Azərbaycanla razılaşmanın növbəti 5 il ərzində ləngiməsi tərəflər arasında de-fakto mövcud olan sülhün pozulmasına və eskalasiyaya səbəb ola bilər. Ona görə də Ermənistan sülh sənədinin imzalanmasında maraqlı olmalıdır.

2027-ci ilin əvvəlinə qədər Ermənistanın yeni konstitusiyası qəbul olunarsa, sülh müqaviləsinin imzalanması üçün real zəmin yaranacaq. Azərbaycan tərəfi konstitusiyaya dəyişiklikdən dərhal sonra sülh müqaviləsi bağlamağı təklif edəcəyini bildirib. Bu halda, sülhün baş tutmaması üçün Ermənistan açıq şəkildə sazişdən imtina etməlidir. Paşinyanın isə belə bir addım atacağı inandırcı görünmür.

Digər bir ehtimal isə referendumun hələ bir neçə il təxirə salınması ilə bağlıdır. Yəni Paşinyan sülh prosesini ləngitmək məqsədilə yeni konstitusiyanın qəbulunu bir neçə il sonraya saxlaya bilər. Bu isə Azərbaycan və Türkiyə sərhədlərin 5 il də bağlı qalmasına, Paşinyanın “Real Ermənistan” konsepsiyasının konstitusiyada təsbit edilməsi planının baş tutmamasına gətirib çıxara bilər.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: sülh Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see338

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see337

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see326

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see289

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see256

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see225

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see223

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see221

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see213

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see207

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see204

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see188

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see183

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see172

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see166

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see162

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see157

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see150

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri