Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

525ci qəzet Sülh təxirə salınır Xa­qa­ni Cəfərli yazır

525ci qəzet Sülh təxirə salınır Xa­qa­ni Cəfərli yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

ABŞ Konqresi yanvarın 6-da Nümayəndələr Palatasının və Senatın xüsusi birgə iclasında prezident seçkilərinin nəticələrini təsdiqlədikdən bir gün sonra Donald Tramp Floridakı Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirdi. Mətbuat konfransında jurnalistlərin "Ukraynadakı müharibənin bitməsinə nə qədər vaxt lazım olacaq" sualını cavablandan Tramp altı ay ərzində sülhə nail ola biləcəklərinə ümid etdiyini bildirib. Bu o deməkdir ki, Trampın seçki kampaniyası vaxtı vəd etdiyi kimi, "24 saat ərzində sülh" mümkün deyil.

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi, təqaüddə olan general-leytenant Keyt Kelloq yeni prezidentin yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra 100 gün ərzində münaqişənin həllini tapmağa çalışacağını bildirib. Trampın və Kelloqun açıqlamaları göstərir ki, ABŞ-nin yeni hökuməti qısa zamanda müharibəni dayandıra bilməyəcəyini anlayır. Buna görə də "24 saat ərzində sülh" gündəmdən çıxdığı kimi, sülhün özü də ən azı bir neçə aylığa təxirə salınır.

Sülhün təxirə salındığını təsdiqləyən başqa bir məqam Ukraynadakı müharibəni bitirmək üçün Trampın Putinə güzəştə gedəcəyinin istisna olması haqqında Keyt Kelloqun açıqlamasıdır. Kelloq bildirib ki, Tramp müharibəni "mümkün qədər tez" bitirmək istəyir, lakin bunun üçün Putinə güzəştə getməyə hazırlaşmır. General Keyt Kelloqun Kiyevə və bir sıra Avropa ölkələrinə səfəri təxrə salması da Ukraynada sülhün vəd edildiyi kimi qısa zamanda mümkün olmayacağı qənaətini gücləndirir. Üstəlik, general Keyt Kelloqun sülh danışıqlarını başlatmaq üçün Kiyevə və Avropa ölkələrinə nə zaman səfər edəcəyi də məlum deyil.

Tramp administrasiyası rəsmən fəaliyyətə başlamazdan öncə anlamağa başlayıb ki, tərəflərdən birinin kapitulyasiyası olmadan qısa zamanda sülh əldə etmək mümkün deyil. Üstəlik, tərəflərdən birinin kapitulyasiya ərəfəsində olduğunu göstərən məlumatlar da yoxdur. Bayden administrasiyası 2025-ci il ərzində müharibəni davam etdirə bilməsi üçün Ukraynanı gərəkli və yetərli silah-sursatla təmin etdirdiklərini bildirirlər. Avropada hərbi yük daşımalarını izləyən analitiklər bildirirlər ki, noyabrın 30-dan dekabrın 31-dək Ukraynaya yük daşıyan ən azı 193 yük təyyarəsi Polşanın Rzezsov hava limanına enib. Bundan əlavə, ABŞ zirehli döyüş maşınları, piyadaların döyüş maşınları və tanklar daxil olmaqla 1000-ə qədər müxtəlif texnikanı Polşanın Qdansk və Qdinya dəniz limanlarına çatdırıb. Ekspertlər hesab edirlər ki, ABŞ-nin son aylarda Ukraynaya göndərdiyi döyüş texnikası ilə Kiyev ən azı iki ordu korpusu yaradıla bilər. Rusiyalı hərbi ekspertlər isə qeyd edirlər ki, dəmir yolu ilə yük daşınmalarında gizliliyi təmin etməyin daha asan olduğu nəzərə alınsa, Qərbin Ukraynaya verdiyi silah-sursatın həcminin daha çox olduğunu düşünmək olar.

Qərb mediasının məlumatına görə, bu ayın sonuna kimi Ukrayna Fransadan "Mirage 2000-5" qırıcılarının ilk partiyasını alacaq. Məlumata görə, Paris Ukraynaya ilk olaraq altı ədəd "Mirage 2000-5" qırıcısı verəcək. Həmin qırıcıları idarə edəcək pilotlar Fransada təlim keçiblər. Fransanın "Avions legendaires" nəşri xəbər verir ki, "Mirage 2000-5" qırıcıları Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə zərbə endirmək imkanı verə bilər.

"Ramşteyn formatı" adlandırılan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun yanvarın 9-da Almaniyada Ramşteyn aviabazasında ABŞ-nin müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçirilən iclasında Ukraynanın 2027-ci ilə qədər hava qüvvələri, artilleriya, minalardan təmizləmə, pilotsuz uçuş aparatları, inteqrasiya olunmuş raket və hava hücumundan müdafiə sistemləri, informasiya texnologiyaları və dəniz təhlükəsizliyi kimi sahələrdəki ehtiyacını təmin edəcək yol xəritələri təsdiqlənib. ABŞ-nin müdafiə naziri Lloyd Ostin "Ramşteyn formatı"nın iclasında Vaşinqtonun Ukraynaya 500 milyon dollarlıq hərbi yardım göndərəcəyini açıqlayıb. Hərbi yardım paketinə Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər, hava-yer raketləri və F-16-lar üçün digər avadanlıqlar daxildir.

Siyasi təhlilçilər hesab edirlər ki, Tramp Ukraynada müharibəni dayandıra bilməsə, tərəflərdən birini günahkar elan edəcək. General Keyt Kelloqun son açıqlamalarından belə qənaət yaranır ki, Rusiyanın günahkar elan olunması ehtimalı daha yüksəkdir. Kelloq çox aydın şəkildə ifadə edib ki, Tramp Putinin istəklərini təmin etməklə sülhə nail olmaq niyyətində deyil. Digər tərəfdən Ukraynanın bir sıra addımları da Trampın mövqeyinin müəyyənləşməsinə təsir edə bilər. Məsələn, Zelenski administrasiyasının Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranzitini dayandırması Trampın dəstəyini qazanmağı təmin edəcək addımlardan biri ola bilər. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Kiyevin bu qərarını dəstəkləyib. Con Kerbi hesab edir ki, Kiyevin bu qərarı Moskvanı illik qaz gəlirlərinin təxminən 6,5 milyard dollar azalmasına səbəb olacaq. Bundan başqa, Kiyevin bu qərarı Avropanın Rusiya enerji daşıyıcılarından asılılığını azaltmaqla bağlı ABŞ-nin siyasətinə uyğundur.

Tramp Avropanın ABŞ-dan daha çox qaz və neft almasına çalışır. Ukraynanın Rusiya qazının Avropaya ixracını dayandırması Trampın istəyinin gerçəkləşməsinə əlverişli şərait yaradır. Ümumiyyətlə, hazırda Avropanın qaz idxalının təxminən yarısını ABŞ-dan təmin etməsi Rusiyanın Avropaya qaz ixracının qarşısının alınması ilə bağlıdır. Rusiya isə Avropanın qaz bazarından Ukraynaya qarşı müharibəyə başladıqdan sonra kənarlaşdırılıb. Əgər müharibəyə son qoyulsa və sanksiyalar ləğv edilsə, Rusiyanın yenidən Avropanın enerji bazarlarına qayıtması üçün imkan yaranacaq. Bu isə Avropanın ABŞ-dan neft və qaz idxalatını azaldacaq. Belə olacağı halda Trampın ABŞ-ın neft və qaz hasilatını, eləcə də ixracatını artırmaq siyasəti uğursuzluğa düçar olacaq. Buna görə də Tramp Rusiyanın Avropa bazarlarından kənarda qalmasında maraqlı olmalıdır. Bütün bunlar Rusiyanın Tramp tərəfindən günahkar elan olunması ehtimalını artırır. Tramp Rusiyanı günahkar elan etsə, Ukraynaya dəstəyini kəskin şəkildə artıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see811

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see325

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see287

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see281

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see277

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see266

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see265

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see259

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see244

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see238

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see233

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see217

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see217

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see212

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see199

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see196

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see195

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see192

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see187

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri