Sülh üzrə Nobel mükafatı laureatı Trampı hərbi eskalasiyaya çağırdı
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu il Sülh üzrə Nobel mükafatını qazanan venesuelalı siyasətçi Maria Korina Maçado ABŞ Prezidenti Donald Tramp administrasiyasını regionda hərbi eskalasiyaya çağırıb.
“Qafqazinfo” “The Latin Times” nəşrinə istinadən xəbər verir ki, onun fikrincə, bu, Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmağın yeganə yoludur.
“Təzyiqin və eskalasiyanın gücləndirilməsi - Maduroya getmək vaxtının gəldiyini başa salmaq üçün yeganə yoldur”, - o deyib.
Bundan əlavə, Maçado rejimin mümkün süqutundan sonrakı ilk 100 saat üçün konkret fəaliyyət planının olduğunu bildirib.
Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan o, seçkilərdə başqa namizədlə əvəzlənib. 58 yaşlı siyasətçi 2025-ci ilin oktyabrında Sülh üzrə Nobel mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















