Icma.az
close
up
RU
Sülh və inkişaf naminə

Sülh və inkişaf naminə

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış yalnız ölkəmizin deyil, həm də bütün regionun gələcəyinə dair mühüm yol xəritəsini ortaya qoydu. Bu çıxışda dövlət başçısı həm tarixi ədalətsizliklərə son qoyulması, həm də sülh və inkişaf naminə qlobal əməkdaşlığın vacibliyini diqqət mərkəzinə çəkdi.

Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, otuz ilə yaxın müddətdə Azərbaycanın ərazilərinin 20 faizi Ermənistanın işğalı altında qaldı, etnik təmizləmə nəticəsində bir milyon azərbaycanlı yurd-yuvasından didərgin salındı. Ermənistanın törətdiyi hərbi cinayətlər, dağıdılmış şəhər və kəndlər, viran qoyulmuş məscidlər dünya birliyinin gözü qarşısında baş verdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr icra edilmədi və bu da beynəlxalq sistemdə ikili standartların bariz nümunəsi oldu.
Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdi və 44 günlük Vətən müharibəsi ilə ərazilərini işğaldan azad etdi. Bu Qələbə beynəlxalq hüququn və ədalətin təntənəsi idi. Dövlət başçısı xatırlatdı ki, müharibədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün sülh təşəbbüsləri irəli sürdü – beş fundamental prinsip əsasında sülh müqaviləsi layihəsi təqdim edildi.
Bu təşəbbüslərin nəticəsi olaraq Vaşinqton Sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsinin mətni üzərində razılığa gəldilər. Prezident İlham Əliyevin sözləri ilə desək, bu proses yalnız ikitərəfli formatda və kənar müdaxilələr olmadan aparıldığı üçün müsbət nəticələr verdi.
Azərbaycanın təşəbbüsü ilə formalaşan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) regional əlaqələrin möhkəmlənməsinə və dayanıqlı əməkdaşlığa xidmət edir. Bununla yanaşı, ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəltdi. Prezident İlham Əliyev həmçinin ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin icrasını dayandırması qərarını ikili münasibətlərdə tarixi addım kimi dəyərləndirdi.
İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır. Prezident İlham Əliyev BMT kürsüsündən bəyan etdi ki, yerlə-yeksan edilmiş şəhərlər və kəndlər yenidən qurulur, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq on minlərlə soydaşımız doğma torpaqlarına qayıdıb. Bununla yanaşı, Ermənistanın işğal dövründə ərazilərimizə basdırdığı minalar hələ də ciddi humanitar problem olaraq qalır. Bu təhdid bərpa prosesinə və insanların təhlükəsiz qayıdışına mane olur.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünya miqyasında iqlim siyasətində dönüş nöqtəsi oldu. Bakı Maliyyə Hədəfi (NCQG) qəbul edilərək inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin artırılması qərara alındı. Bu, Azərbaycanın qlobal səviyyədə balanslaşdırılmış, inklüziv və ədalətli yanaşmanı dəstəklədiyinin bariz göstəricisidir.
Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Eyni zamanda, bərpaolunan enerji sahəsinə böyük sərmayələr cəlb edilir və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin yaşıl mənbələrdən təmin edilməsi planlaşdırılır. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya bu gün mədən yanacaqlarından tam imtina edə bilməz, lakin yaşıl keçid ardıcıl və reallığa uyğun şəkildə həyata keçirilməlidir.
Azərbaycan iqtisadi dayanıqlılıq baxımından mühüm nailiyyətlər əldə edib. Yoxsulluq və işsizlik tarixi minimum – 5 faiz həddinə enib. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə bu borcu 16 dəfə üstələyir. Bu göstəricilər ölkəmizin güclü maliyyə intizamını və əlverişli investisiya mühitini təsdiqləyir.
Humanitar sahədə isə Azərbaycan 80-dən çox ölkəyə yardım göstərərək qlobal həmrəylik nümunəsi olmuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan təkcə müharibəni deyil, həm də sülhü qazanmış ölkədir.
Prezident İlham Əliyev çıxışını bütün dünya üçün çağırışla tamamladı:
“Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.”
BMT Baş Assambleyasındakı bu tarixi çıxış Azərbaycan dövlətinin qlobal miqyasda artan nüfuzunun, ədalətə, beynəlxalq hüquqa və dayanıqlı sülhə sadiqliyinin təcəssümüdür. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən liderliyi nəticəsində Azərbaycan yalnız regionda deyil, həm də qlobal səviyyədə sülhün, əməkdaşlığın və inkişafın öncül gücünə çevrilmişdir.

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri