Icma.az
close
up
RU
Sülh, əməkdaşlıq və inkişaf naminə “Cənubi Qafqaz evi”

Sülh, əməkdaşlıq və inkişaf naminə “Cənubi Qafqaz evi”

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı regionda yeni reallıqlar formalaşdırır: tranzit yüklərin buraxılışının şifrəsi...

Cənubi Qafqaz son 5 ildə dərin və köklü transformasiya mərhələsindən keçir. Azərbaycan bu transformasiyanın həm memarı, həm də aparıcı qüvvəsi kimi çıxış etməkdədir. Vətən müharibəsində əldə edilən Qələbə təkcə hərbi-siyasi deyil, həm də strateji düşüncənin, diplomatik uzaqgörənliyin və iqtisadi potensialın sintezinin təntənəsi idi - qələbədən sonra Bakı bölgədə yeni geosiyasi nizamın əsas qaydalarını müəyyənləşdirdi: bu qaydaların mərkəzində sülh, qarşılıqlı fayda və əməkdaşlıq dayanır. Azərbaycanın regionda formalaşdırdığı bu yeni fəlsəfə - “Cənubi Qafqaz evi” konsepsiyası - artıq praktik nəticələr doğurmaqdadır. Qalib ölkə kimi Azərbaycan revanşizm və təzyiq yox, əməkdaşlıq və qarşılıqlı münasibətlər mühiti yaratmağa üstünlük verir. Ermənistanla tranzit əlaqələrinin bərpası və yük tədarükünə icazə verilməsi bu siyasətin məntiqi nəticəsidir. Xatırladaq ki, Prezident İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində mətbuata bəyanatında bildirib ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb: “Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”. Bu addım həm İrəvana, həm də bütün regiona aydın mesaj göndərdi: Bakı sülhün memarıdır və bu sülh təkcə siyasi yox, iqtisadi və sosial reallığa çevrilməlidir - Cənubi Qafqazda son illərdə yaranan yeni geosiyasi mənzərə artıq köhnə təsəvvürləri tamamilə aradan qaldırmalıdır. Bakı qlobal güclərin təsir zonasından asılı olmayan, milli maraqlara söykənən müstəqil regional siyasət xətti müəyyənləşdirib və bu siyasət artıq Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas parametrləri formalaşdırır.

Azərbaycan: Cənubi Qafqazı müstəqil və təsirli aktora çevirən güc mərkəzi...

Bəli, son beş ildə Azərbaycan Cənubi Qafqaza müstəqil və azad qərar verən aktor kimi tam fərqli status qazandırıb. Bakının səyləri nəticəsində artıq regional siyasət kənar mərkəzlərin müdaxiləsi ilə deyil, milli maraqların diktəsi ilə müəyyənləşdirilir. Bu mərhələdə Azərbaycanın fəaliyyətinin əsas istiqamətlərinə nəzər yetirsək:

-Təhlükəsizlik arxitekturasının yenidən qurulması: Azərbaycan müharibədən sonra bölgədə sülh və sabitlik üçün yeni təhlükəsizlik formatı formalaşdırdı. Xarici hərbi və siyasi təsir mərkəzlərinin bölgədəki təsiri minimuma endirildi. Bakı həm regional balansın təminatçısı, həm də təhlükəsizlik zəmanətçisi rolunu üzərinə götürdü. Bu, Cənubi Qafqazda illərlə hökm sürən qeyri-müəyyənlik dövrünə son qoydu.

- Yeni iqtisadi və ticarət şərtlərinin formalaşdırılması: Azərbaycan enerji istehsalçısı və ixrac edən ölkə olmaqla yanaşı, həm də regional logistika və nəqliyyat mərkəzinə çevrildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Orta Dəhliz və Zəngəzur dəhlizi (TRİPP) istiqamətləri artıq vahid iqtisadi sistemin elementləri sayılır. Bu sistem həm Avrasiyanın Şərq-Qərb ticarət xəttini gücləndirir, həm də region dövlətlərinə bir-birinə bağlı iqtisadi məkan təqdim edir.

Cənubi Qafqazı qlobal diqqət mərkəzinə gətirmə: Azərbaycan Şərq-Qərb ticarət koridorunun strateji həlqəsini öz ərazisində birləşdirməklə beynəlxalq diqqəti bölgəyə yönəltdi. COP29-a ev sahibliyi, yaşıl enerji layihələri və enerji tranziti sahəsində irəli sürülən təşəbbüslər Azərbaycanın regionaldan qlobal səviyyəyə yüksələn təsirinin göstəricisidir.

Azərbaycanın gələcək perspektivdə Cənubi Qafqazın uğurlu inkişafı ilə bağlı apardığı siyasi kursda xarici əlaqələri də mühüm təsir yaradır:

- Türkiyə ilə strateji müttəfiqlik;

- Çin ilə imzalanan strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə;

- Avropanın enerji təhülkəsizliyində oynadığımız rol.

Bu kimi töhfələr bütün mənalarda ümumən Cənubi Qafqaz coğrafiyasının inkişaf perspektivinin əsas ştrixlərinə çevrilir. Yeni nizamda siyasi üstünlüklər iqtisadi diversifikasiya ilə möhkəmləndirilir ki, burada da Azərbaycanın rolu birmənalıdır. Yeni iqtisadi vəhdət bölgənin ümumi siyasi gücünü də artırır - bu isə vurğulandığı kimi, Azərbaycanın apardığı siyasət nəticəsində Cənubi Qafqazın müstəqil aktor kimi çıxışını əsaslandırır. İllərdir ki, bir sıra xarici müdaxilə cəhdlərinə qarşı açıq mübarizə aparan və bütün proseslərdən qalib ayrılan Bakı mühüm presedent yaradır - ümumən bölgə üçün yeni inkişaf istiqamətləri müəyyənləşdirilir. Bölgədəki təhdidləri dəf etmək və yeni siyasi təşəbbüslərlə irəliləmək məqsədi Azərbaycanın bütövlükdə bölgə üçün hazırladığı strateji yol xəritəsinə çevrilməkdədir. Bu, həm regional tərəfdaşlığın yeni müstəvidə inkişafına dəstək verir, həm də Cənubi Qafqazın güc mərkəzi kimi özünü təsdiqləməsində əsas yaradır.

Ermənistan üçün yeni mərhələnin başlanğıcı

Ermənistana gəldikdə isə, burada vəziyyət daha fərqlidir. Yeni mərhələdə İrəvanın əsas hədəfi məhz sülh olmalıdır - əks halda, gözlənilən daxili və xarici kataklizmlərdən yayınmaq qeyri-mümkün olacaq. Vaşinqtonda sülh sazişinin paraflanmasının ardından başlanan mərhələ Ermənistanın özünü regional təcriddən qurtarması üçün real şansı sayılır - bu, ölkə daxilində siyasi gərginliklərə də öz təsirini göstərə bilər. O ki qaldı, Ermənistanın ümumən bölgənin xarici siyasət diaqrammasında tutacağı yerə, İrəvan özünün “siyasi şıltaqlıqlarından” əl çəkməyə məhkumdur. Ermənistanla bağlı son qərar - yüklərin tranzit buraxılışına razılığın verilməsi İrəvan üçün yaradılan bir şansdır. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib. O, Tbilisidə keçirilən V Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib. “Prezident İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan Prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı ifadə edirəm”, - deyə Paşinyan vurğulayıb.

Bəli, Bakının bu humanist davranışı olduqca strateji bir addımdır. Azərbaycan bu addımla bir neçə strateji mesaj verdi:

- Revanşizmə yox, əməkdaşlığa üstünlük: Bakı qalib tərəf kimi qarşı tərəfi təzyiq altında saxlamaq niyyətində deyil. Əksinə, Ermənistanın iqtisadi və kommunikasiya baxımından açıq mühitdə inkişaf etməsi, bölgənin sabitlik və əməkdaşlıq modelinə daxil olması üçün Azərbaycan yeni imkanlar açır.

- İrəvan üçün dövlətçilik imkanı: Sülh və əməkdaşlıq şəraiti Ermənistanın özünü müstəqil dövlət kimi təqdim etməsinə fürsət yaradır. Xarici təsirdən asılılığı azaldaraq, real iqtisadi tərəfdaşlıqlara yönəlmək Ermənistanın dövlətçilik dayaqlarını möhkəmləndirəcək.

- Zəngəzur dəhlizi (TRİPP) - yeni iqtisadi nəfəs: Zəngəzur dəhlizi (TRİPP) təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də böyük iqtisadi imkanlar yaradır. Bu dəhliz vasitəsilə Ermənistan Mərkəzi Asiya və Türk dünyası ilə birləşəcək, Şərq bazarlarına çıxış əldə edəcək. Azərbaycanın sürətli inkişaf tempi isə İrəvan üçün nümunəvi model rolunu oynayır.

- Türkiyə amili və regional sabitlik: Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik regionda sülhün əsas dayağıdır. Ermənistan sülhə imza atmaqla həm Ankara ilə münasibətlərdə yeni səhifə aça, həm də Cənubi Qafqazın bütövlükdə türkdilli dünyaya inteqrasiya prosesindən faydalana bilər.

Bunun üçün isə Ermənistan bölgənin ümumi inkişaf strategiyasının hissəsi olaraq çıxış etməlidir - başqa sözlə, bölgədə gedən proseslərdə “maneolan rol”da deyil, “köməkedici rol”da olmalıdır.  Yəni bütün manipulyativ cəhdlər kənara qoyulmalı, dinc və sülh, heç bir təhdidin olmaması şəraitində yaşamaq üçün hüquqi zəmin formalaşdırmalı (konstitusiya dəyişikliyinə imza atmalı), regional əməkdaşlığın halqasına çevrilmək üçün cəhdlər göstərməlidir.

Gürcüstan bölgədəki yeni münasibətlər sisteminin tərəfdarıdır

Vurğulanmalıdır ki, Cənubi Qafqazın hər üç ölkəsi Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin yeni nizamda daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı olmalıdırlar. Çünki bu strateji əməkdaşlıq mühiti regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Görünən budur ki, Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən səsləndirilir. Məsələn, bir neçə gün öncə Gürcüstanın baş naziri İrakli Kobaxidze azərbaycanlı və erməni həmkarlarının 5-ci Tbilisi İpək Yolu Forumunda iştirakına görə minnətdarlığını bildirib. O, onların forumda iştirakının xüsusi əhəmiyyətini qeyd edib: “Biz çox şadıq ki, strateji tərəfdaşlarımız olan Azərbaycan və Ermənistanın baş nazirləri bu mühüm tədbirdə iştirak edirlər”.

Vurğulanmalıdır ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq modelinin davamlılığı üçün Gürcüstanın rolu mühümdür. Tbilisi dəfələrlə bölgədə sülh prosesinə dəstək verdiyini bildirib, hətta nizamlanma proses ində vasitəçilik rolunu təklif edib - bu, Gürcüstanın səmimi mövqeyindən qaynaqlanır. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq yalnız diplomatik deyil, tarixi və iqtisadi köklərə malikdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz layihələri bu əməkdaşlığın təməlini təşkil edir. Bu layihələr təkcə iki ölkənin deyil, bütün Cənubi Qafqazın iqtisadi təhlükəsizliyinin təminatçısıdır. Gürcüstan hazırda öz gələcəyini regional enerji və nəqliyyat layihələri ilə sıx bağlayır. Qara dəniz limanları vasitəsilə Avropa ilə Asiya arasında əlaqələrin mərkəzinə çevrilmək istəyən Gürcüstan üçün Azərbaycanın yaratdığı sabit mühit mühüm əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsləri Gürcüstanı regionun iqtisadi sabitlik dayaqlarından birinə çevirir. Bununla da Bakı Cənubi Qafqazda üçtərəfli inteqrasiya modelinin əsas konturlarını formalaşdırır.

Cənubi Qafqazın gələcəyi - sülh və əməkdaşlıq məkanı

Regionun bu günkü mənzərəsi aydın şəkildə göstərir ki, sülh, əməkdaşlıq və qarşılıqlı münasibətlər sisteminə yeni baxış Cənubi Qafqaz siyasətinin yeni normasıdır. Azərbaycan bölgədə sabitlik yaradan lider dövlət kimi çıxış edir və bu, uzunmüddətli inkişafın təminatıdır. Cənubi Qafqazın gələcəyi üçün üç əsas istiqamət müəyyənləşib:

- Siyasi sabitlik və diplomatik balans - münaqişəsiz qonşuluq modeli;

- İqtisadi inteqrasiya - vahid ticarət və logistika məkanının formalaşması;

- Humanitar əməkdaşlıq - xalqlar arasında etimad və qarşılıqlı anlayış mühiti.

Azərbaycanın təşəbbüsü ilə formalaşan bu reallıq Cənubi Qafqazı qarşıdurma bölgəsindən inkişaf məkanına çevirir. Bakı diplomatiyasının məzmunu “qalib tərəf” deyil, “tərəfdaş region” fəlsəfəsinə əsaslanır. Azərbaycanın rəhbərliyi ilə formalaşan yeni Cənubi Qafqaz modeli isə həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi təmin edən mühüm mərhələdir. Bu modelin mərkəzində “sülh naminə əməkdaşlıq” prinsipi dayanır. Bakı bölgədəki bütün dövlətlər üçün ortaq ev - Cənubi Qafqaz evi qurur. Bu evin sütunları sabitlik, bərabərlik və qarşılıqlı etimaddır. Ermənistan, Gürcüstan və Azərbaycan bu evin üç dayağıdır, Türkiyə isə onun təbii strateji tərəfdaşıdır. Azərbaycanın diplomatik uzaqgörənliyi və regional məsuliyyəti nəticəsində Cənubi Qafqaz artıq konfliktlər coğrafiyasından çıxaraq sülh, əməkdaşlıq və inkişafın yeni məkanı kimi tarixə daxil olur.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Oktyabr 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see184

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see126

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see124

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri