Icma.az
close
up
RU
Sülh, yoxsa müharibə? Bakının ikinci şərti belədir

Sülh, yoxsa müharibə? Bakının ikinci şərti belədir

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İlin sonuna kimi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı iddia edilirdi. Hətta bir müddət öncə Nikol Paşinyan 90 faizlik nəticədən danışmışdı. Təqvimin başa çatmasına sayılı günlər qalsa da, sülh sənədi ilə bağlı heç bir müsbət irəliləyiş yoxdur. Prosesi əngəlləyən səbəb nədir?

- Bir neçə başlıca şərtlər icra edilməyib. İlk növbədə Azərbaycan Ermənistan konstitusiyasından özünə qarşı olan əsassız ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasını tələb edir. Eyni zamanda Ermənistanın müstəqillik bəyannaməsindəki bəzi müddəalar dəyişdirilməlidir. Bakının digər tələbi ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır. Minsk Qrupu artıq tarixə qovuşub. Onun məşğul olduğu münaqişə yoxdur. 30 ilə yaxın Minsk Qrupu turist səfərləri həyata keçirib. II Qarabağ müharibəsinin nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Ona görə Minsk Qrupunun bundan sonra saxlanılmasına ehtyac yoxdur. Bu yaxınlarda ATƏT Parlament Assambleyasının nazirlər şurasının iclasında yenidən Minsk Qrupunun maliyyələşməsi yenidən gündəmə gəlmişdi. Bu absurd məsələdir. Çünki heç bir fəaliyyəti olmayan bir qurumu saxlamaq, onu maliyyələşdirmək heç bir məntiqə sığmır. Bu mənada Bakının tələbləri tam haqlıdır.

- Bir müddət öncə isə qarşılıqlı güzəştdən bəhs edilirdi. Bu anlayışları necə izah etmək olar? Bakı və İrəvan arasında hansı güzəştdən söhbət gedə bilər?

- Erməni tərəfinin əsassız iddiaları var. 30 il Azərbaycan ərazilərinin 20 faizini talayan, viran qoyan rəsmi İrəvan sözsüz ki, buna görə hərbi-siyasi müstəvidə olduğu kimi beynəlxalq hüquq müstəvisində də cavab verməlidir. Azərbaycanın bu tələbi beynəlxalq hüquqa uyğundur. Əgər belə bir addım atılmasa və beynəlxalq hüquq tərəfindən buna lazımi qiymət verilməsə, bu sonrakı proseslərin gedişində mənfi tendensiyaların ayaq açmasına president yarada bilər. Ona görə də Azərbaycan sona kimi beynəlxalq müstəvidə Ermənistanın işğala, etnik təmizləməyə, soyqırım və ekoloji terrora görə məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

- Ermənilərin Azərbaycana qarşı qaldırdığı iddialar nədən ibarətdir?

- Rəsmi İrəvan heç bir əsas olmadan guya Azərbaycanın onların hansısa ərazilərini nəzarətdə saxladığını iddia edir. Bununla bağlı beynəlxalq məhkəməyə əsassız şikayətlər ünvanlanıb. Ermənistan bu absurd iddialarından geri çəkilməlilməlidir. Eyni zamanda digər həlli mümkün olan məsələlər də var.

- Sülhün pozulmasında kənar təsirlərini rolunu necə dəyərləndirirsiniz?

- Hazırda tərəflər sülhə daha yaxındır. Proses artıq yekun mərhələyə çatdıqda kimlərsə, onu pozamağa çalışır. Ona görə də, sülh məsələsində yekun nəticəni görmək çox çətindir. Azərbaycan hər zaman olduğu kimi sülhün tərəfdarıdır. Ermənistana kənar təsirlər çoxdur. Avropa İttifaqı başda olmaqla, Fransa və ABŞ kimi ölkələr Ermənistanı sülh sazişinə imza atmağa imkan vermir.

- Sülh yoxdursa, müharibə riski var. Bunun fonunda Ermənistan davamlı olaraq silahlandırılır….

- Bu gün Ermənistanı kimlərin silahlandırmasından asılı olmayaraq, onun Azərbaycanla hərbi müstəvidə dayanması mümkün deyil. 44 gündə darmadağın edilmiş, məğlub ordunu yığıb toparlamaq asan deyil. Həm də indi şərtlər tamam dəyişib. İnsan resursları və digər amillər burada başlıca rol oynayır. Ona görə də İravana hansı silahlar göndərilsə belə reallığı dəyişmək mümkün olmayacaq. Sözsüz ki, Ermənistan tərəfindən həmişə olduğu kimi hansısa hərbi təxribatların olması istisna edilmir. Amma Azərbaycanın bu hərbi təxribatlara cavabı sarsıdıcı olacaq. Bu mənada, hərbi müstəvidə Ermənistanın edə biləcəyi heç nə qalmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Dekabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri